CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri


 MADDİ EHTİYACLARIN MƏNƏVİ EHTİYACALARDAN ÜSTÜNLÜYÜ



Yüklə 1,57 Mb.
səhifə26/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   22   23   24   25   26   27   28   29   ...   68

2. MADDİ EHTİYACLARIN MƏNƏVİ EHTİYACALARDAN ÜSTÜNLÜYÜ


İnsanın, öz ictimai vücudunda ən azı, iki növ ehtiyacı vardır: Çörək, su, məskən, geyim, dərman və s. kimi maddi ehtiyaclar; təhsil, elm, ədəbiyyat, incəsənət, fəlsəfi düşüncə, iman, ideologiya, əxlaq və s. kimi mənəvi ehtiyaclar. Hər iki növ ehtiyac, insanda mövcuddur. Söhbət onların hansının üstün və daha öncül olmasıdır. Maddi ehtiyac, ya mənəvi və yaxud da heç biri? Maddi ehtiyacların önəmliyi nəzəriyyəsi, maddi ehtiyacların üstün və birinci dərəcəli olması, onların birinci dərəcəliyinin «insan əvvəl maddi ehtiyaclarını ödəməyə çalışır və onları ödədikdən sonra, mənəvi ehtiyaclarına üz tutur» mənasında deyil, «mənəvi ehtiyacların mənbəyi maddi ehtiyaclardır» mənasını iddia edir. İnsan öz yaradılışında, maddi və mənəvi adlı iki növ ehtiyac fitrəti ilə yaradılmayıb. Əslində insan, birnövlü ehtiyacla yaradılıb və mənəvi ehtiyaclar ikinci dərəcəli ehtiyac olub, maddi ehtiyacların daha yaxşı ödənməsi üçün bir vasitədir.

Bu cəhətdən də mənəvi ehtiyaclar mahiyyət, keyfiyyət və forma baxımından da maddi ehtiyaclara tabedirlər. İnsanın maddi ehtiyacları hər bir dövrdə istehsal alətlərinin inkişafına uyğun olaraq, xüsusi forma və keyfiyyətə malik olur. Onun maddi ehtiyaclarından doğan mənəvi ehtiyacı da, forma, keyfiyyət və xüsusiyyət baxımından maddi ehtiyaclarına uyğun olur. Deməli həqiqətdə, maddi və mənəvi ehtiyaclar arasında iki növ önəmlilik mövcuddur: Vücud önəmliliyi, yəni mənəvi ehtiyacların maddi ehtiyaclardan doğması; keyfiyyət önəmliliyi, yəni forma və xüsusiyyət baxımından mənəvi ehtiyacların maddi ehtiyaclara tabe olması. P.Ruyanın yazdığı «Tarixi materializm» kitabında, Haymen Loyun «Fəlsəfi fikirlər» kitabının 92-ci səh-dən nəql edərək yazır: «Bəşər yaşayışının maddi yolu, insanları dünyaya, cəmiyyətə, incəsənətə, əxlaqa və s. – bunlar həmin maddi yoldan və istehsal formasından doğur – aid olan və zamanın maddi ehtiyaclarını ödəmək vasitələri əsasında olan nəzəriyyələr irəli sürülməyə vadar etdi.»1

Bu səbəbdən də elmi hakimlik, fəlsəfi düşüncə, zövq və gözəllik hissləri, əxlaqi qiymətləndirmə tərzi və hər bir fərdin dini meylləri, onun yaşayış tərzindən asılıdır. Bu prinsip fərdə aid olduqda, bu formada səslənir: «Nə yediyini söylə, nə fikirləşdiyini deyim.» Ancaq cəmiyyətə aid edildikdə, bu formada səslənir: «İstehsal alətlərinin inkişaf dərəcəsini və cəmiyyət fərdləri arasında mövcud olan rabitənin növünü de, hansı əxlaq, hansı ideologiya və hansı dinin orada hakim olduğunu deyim.»

Bu nəzəriyyənin əksi, mənəvi ehtiyacların əsas və daha vacib olması nəzəriyyəsidir. Həmin nəzəriyyəyə əsasən, insanda zaman baxımından maddi ehtiyacların daha tez meydana gəldiyinə baxmayaraq – körpə doğulduğu andan ana döşünü axtarır – tədriclə insanın fitrətində olan mənəvi ehtiyaclar özünü büruzə verir. İnsan özünün inkişaf dövründə maddi ehtiyaclarını mənəvi ehtiyaclarına qurban verir. Başqa sözlə, mənəvi ləzzətlər maddi ləzzətlərlə müqayisədə daha güclü və daha cazibəlidir.1 İnsanın tərbiyəsi və təhsili artdıqca, mənəvi ehtiyaclar, mənəvi ləzzətlər və nəhayət, mənəvi həyat maddi həyatı öz təsiri altına alır. Cəmiyyət də belədir. Yəni bədəvi və ibtidai cəmiyyətlərdə maddiyyat mənəvi ehtiyaclara hakim kəsilir. Ancaq cəmiyyət inkişaf etdikcə, mənəvi ehtiyaclar özünün əsil yerini tapmağa başlayır, insanın ali hədəfinə çevrilir və bununla da, maddi ehtiyacları öz təsiri altına alır.



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin