Dördüncüsü, peyğəmbər hədəfinin nə olduğu barədə – birinci hədəf ədalətin bərpasıdır, ya birinci hədəf Allah ilə bəndə arasında iman və mərifət bağlılığı yaratmaqdır, yaxud hər ikisi (yəni peyğəmbər iki hədəfə malikdir), yaxud başqa bir yol da var – «Nübuvvət» (peyğəmbərlik) bəhsində bu barədə söz açmışıq və artıq onu burada təkrar etməyəcəyik. Burada mətləbi, peyğəmbərlərin iş metodu və üslubu nəzərindən araşdıracağıq. Əməli-tohid bəhsində söylədiyimiz kimi,1 peyğəmbərlər nə bəzi sufilərin düşündükləri kimi, bütün səylərini, insanın bu cəhətdə islahı üçün sərf edir (insanın daxilindən azad etmək üçün), yəni onların əşyalarla əlaqəsini kəsmək istəyirlər, nə də bəzi maddi məktəblər kimi daxili əlaqələrin islahı üçün xarici əlaqələrin islah olunmasını kafi sayırlar. Qurani-kərim bir cümlədə deyir:
«(Ya Məhəmməd!) Söylə ki: «Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin!» (O kəlmə budur ki:) «Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi özümüzə rəbb qəbul etməyək!»...» (Ali-İmran-64).
Məsələ, peyğəmbərlərin öz işlərini daxildən və ya xaricdən başlamasıdır? Birinci əqidə, iman və mənəvi həyacan yaradaraq daxili inqilab etməklə, fikri, hissi, mənəvi və tohidi inqilaba çatmış xalqı, ictimai tohidə və ictimai islah və ədalətin bərpası üçün ayağa qaldırır. Və yaxud əvvəl, maddi aləmlərə təzyiq göstərməklə – yəni, məhrumiyyətə, mənəviyyata və istismar olunmağa fikir verməklə – xalqı hərəkətə gətirir və ictimai şirk və ayrı-seçkiliyi aradan qaldırır və sonra iman, əxlaq və əqidə axtarışına başlayır?
Kiçik bir mütaliə ilə peyğəmbərlərin davranışlarına diqqət yetirsək, məlum olar ki, peyğəmbərlər, islahatçılar və bəşər islahatının iddiaçılarına zidd olaraq fikir, əqidə, iman, mənəvi istək, ilahi eşq və məadı xatırlamaqdan başlayır.
Surələrin ardıcıllığı və nazil olmuş Quran ayələrinin tərtib sırası və həmçinin, Rəsuli-əkrəmin həyatının mütaliəsi qeyd olunan mətləbi tam şəkildə aydınlaşdırır.
Dostları ilə paylaş: |