Centre bold


Cədvəlləşdirilmiş stoxastik nəticələr



Yüklə 6,03 Mb.
səhifə22/32
tarix10.01.2022
ölçüsü6,03 Mb.
#106430
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

Cədvəlləşdirilmiş stoxastik nəticələr

Aşağıdakı cədvəl stoxastik modelləşdirmənin əsas nəticələrini birləşdirir. Hər bir ssenari üçün səth dizel yanacağının beynəlxalq xüsusi iqtisadi zonanın sərhədinə minimum çatma vaxtı və ehtimalı “Orta xətti keçmə” adlı bölmədə göstərilir.


Neft dağılmasının moodelləşdirilməsinin xülasəsi




Dağılma ssenarisi / təsviri

Seysmik tədqiqat gəmisinin dizel yanacağının dağılması – 10 dəqiqə ərzində 800 ton




Orta xətti keçmə




Müəyyənləşdirilmiş orta xətt

Keçmə və minimum çatma vaxtı (saat) ehtimalı (>1%)




3a (NS3 Yaz)

3b (NS3 Yay)

3c (NS3 Payız)




Ehtimal

Günlər

Ehtimal

Günlər

Ehtimal

Günlər




Azərbaycan-İran







1

8







Azərbaycan-Qazaxıstan

2

2

1

4

1

5

Azərbaycan-Rusiya

2

10

2

5

2

6

Azərbaycan-Türkmənistan

2

8













Qazaxıstan-Türkmənistan

1

8













Rusiya-Qazaxıstan

1

11













Türkmənistan-İran

1

16













Sahilə çıxma







Sahilə çatma ehtimalı və sahilə çıxmaq üçün minimum vaxt (saat)




Proqnozlaşdırılmış yerlər

3a (NS3 Yaz)

3b (NS3 Yay)

3c (NS3 Payız)




Ehtimal

Günlər

Ehtimal

Günlər

Ehtimal

Günlər




Azərbaycan

3

4

7

2

3

2




İran







1

13










Rusiya

1

22
















Sahilə çıxmış kütlə (ən pis variant)

356 ton

486 ton

269 ton




Risk altında olan əsas həssaslıqlar




Potensial təsirə məruz qalan qorunan sahə

Bax:




Səth, sahil xətti və su sütununda dizel şleyfləri

(Təsvir – Coğrafi Koordinat Sistemi WGS 84)



Stoxastik səth OSCAR nəticələri

Stoxastik sahiş xətti OSCAR nəticələri

Stoxastik su sütunu OSCAR nəticələri




OSCAR nəticələri cədvəl detalları ilə bağlıdır




Yaz – Ssenari 3a













Yay – Ssenari 3b













Payız – Ssenari 3c














    1. Ssenari 5 (Dağılma sahəsi - FS1)


Ssenari 5-in nəticələri Əlavə 1-də xəritələr və cədvəlləşdirilmiş nəticələr kimi verilir. Xəzər dənizində səth və sahil xətti nefti və beynəlxalq qorunan sahələr arasında kəsişmə nöqtələri Əlavə 2 və Əlavə 3-də müvafiq olaraq 3 və 5-ci ssenarilər üçün verilir. Bu Əlavələrdə neftin təsirinə məruz qalan qorunan/təyin olunmuş sahələrin yüksək səviyyəli analizi verilir. Tam analiz isə ƏMSSTQ haqqında hesabatda verilir.
    1. Ssenari 7 (Dağılma sahəsi – NS3)


22m3sürtkü yağı ehtiyatının tam dağılmasının modelləşdirilməsi dizel yanacağının dağılması ssenarilərinin baş verməsi nəticəsində sahil xəttinin neftlə maksimum çirkləndiyi NS3 sahəsində həyata keçirilmişdir. Bu modelləşdirmə 800m3dizel dağılmasının ən pis real halı təmsil etdiyini sübut etmək üçün yerinə yetirilmişdir. Modelləşdirmə göstərmişdir ki, sahil xəttinin neftlə yolverilən ITOPF “neftlə az çirklənmə” həddində və ya daha böyük həddə çirklənməsi baş vermir (Bax: Cədvəl 4) və buna görə də Ssenari 3-ün dizel dağılması ən pis real hadisə variantını təmsil etmişdir. Bu səbəbdən Ssenari 7-nin nəticələrinin əlavə analizi və ya xəritələşdirilməsi bu hesabata daxil edilməmişdir.
  1. Dağılma dinamikası və kütlə balansı

    1. Sahil xəttinin neftlə çirklənməsinin ən pis variantı (Ssenari3b – 12/08/2008)


Stoxastik modelləşdirmələrdə 100 ayrı-ayrı trayektoriyanın hər birinin modelləşdirilməsi zamanı baş vermiş sahil xəttini çirkləndirən neftin maksimum miqdarı 486 ton olmuşdur. Sahil xəttinin neftlə çirklənməsi ssenarisinin ən pis variantı vahid bir deterministik ssenari kimi təkrar həyata keçirilmiş və bununla da bu dağılmanın inkişafını və dizel yanacağının aqibətini analiz etmək mümkün olmuşdur. Bu ssenarinin başlanma tarixi və vaxtı 2008-ci il avqust ayının 12-si saat 15:00 olmuşdur.

Modelləşdirmə göstərir ki, dizel yanacağı dağıldıqdan sonra dərhal qərb və sonra cənub istiqamətində hərəkət edərək Abşeron yarımadasının şimal sahil xəttinə təsir göstərir. Dizel yanacağının çoxu dağılmanın birinci 7 günü ərzində sahil xəttinin 30-40 km hissəsi boyunca sahilə gəlir. Sahil xəttində toplanan dizel yanacağının proqnozlaşdırılmış maksimum kütləsi 486 ton olmuşdur (Bax: Cədvəl 5).

Modelləşdirmənin nəticələri göstərir ki, sahil xəttinin neftlə çirklənməsi 30 gündən çox qalacaq və Sahil xətti boyunca yüksək miqdarda neftin sahilə çıxması birbaşa dağılmanın cənubunda baş verəcək. Sahil xəttinə əsas toplanmadan sonra zaman keçdikcə buxarlanma və bioparçalanma sahil xəttində dizel kütləsini azaldır. Dizelin sahil xəttindən geriyə su sütununun içərisinə yenidən az mobilizasiyası proqnozlaşdırılmışdır.

Dizel dağılması üçün proqnozlaşdırılan aqibətlər və kütlə balansı Şəkil 8-də ton ilə göstərilmişdir və bu, ümumi dağılma faizləri kimi Şəkil 9-da əksini tapmışdır. Bu şəkillər göstərir ki, dizel yanacağının əhəmiyyətli hissəsi dağılmanın birinci 5 günü ərzində əsasən dənizdə buxarlanır. Əsas sahilə çıxma hadisəsindən və xüsusən də dağılma baş verdikdən 20 gün sonra bioparçalanma dizel üçün digər bir əhəmiyyətli aqibətə çevrilir. Xüsusən də bioparçalanma toplandıqdan sonra suların sahilə çıxardığı dizel kütləsini remediasiya etməyə başlayır. Sahilə çıxma hadisəsindən öncə buxarlanma daha əhəmiyyətli bir aqibətdir.

10 gündən sonra dəniz səthində heç bir dizelin qalması proqnozlaşdırılmır. 10 gündən sonra dizelin az bir hissəsi (1-2%) dispersiya etmiş və su sütununa daxil olmuş vəziyyətdə qalır, amma dağıldıqdan 20 gün sonra əhəmiyyətli dərəcədə bioloji parçalanmaya məruz qalır.

Bütün modelləşdirmə ərzində dəniz səthində dizelin maksimum qalınlığını və modelləşdirmənin hər hansı bir məqamında su sütununda (dispersiya etmiş və həll olmuş) ümumi dizel konsentrasiyalarının 58 ppb-dən artıq olduğu regionu göstərən xəritələr də müvafiq olaraq Şəkil 10 və Şəkil 11-də verilir.



Şəkil6: Seysmik tədqiqat gəmisindən Xəzər dənizinə dağıldıqdan sonra dizelin (kütlə) aqibəti (sahil xəttinin neftlə çirklənməsinin ən pis variantı).
D230-da ən pis variant çərçivəsində sahil xəttini çirkləndirən neftin kütlə balansı (ton)



Vaxt (günlər)

Şəkil 7: Seysmik tədqiqat gəmisindən Xəzər dənizinə dağıldıqdan sonra dizelin aqibəti (%) (Sahil xəttinin neftlə çirklənməsinin ən pis variantı)



D230-da ən pis variant çərçivəsində sahil xəttini çirkləndirən neftin kütlə balansı (%) – Ssenari NS3b



Vaxt (günlər)

60-cı günə qədər sahil xəttində təxminən 325 ton emulsiyalaşmış dizelin qalması proqnozlaşdırılır. Belə ki, təqribən 500 ton ya buxarlanmış, ya da bioparçalanmaya məruz qalmış olur. 100 gündən sonra təxminən 200 ton emulsiyalaşmış dizelin sahil xəttində qalması proqnozlaşdırılır və təxminən 575 ton buxarlanır və ya bioloji parçalanmaya məruz qalmış olur.

Cədvəl5:Ən pis variant deterministik modelləşdirmə (Ssenari 3b Yay – 12/08/2008) ərzində sahildə maksimum dizel kütləsi və dəniz səthində 0,04 µm-dən qalın dizelin daha geniş məkan sahəsi


Sahildə maksimum dizel (ton)

Səthdə>0.04µm (km2) dizelinin əhatə etdiyi kumulyativ sahə

486

394


Şəkil8:Sahil xətti ən pis variant çərçivəsində neftlə çirkləndiyi müddət ərzində modelləşdirmənin hər hansı vaxt addımında hər hansı kvadratda səth dizelinin maksimum qalınlığı (>0.04µm) (Ssenrai3b – NS3 Yay - 12/08/2008) Bənd 8.1-dən deterministik modelləşdirmə.

Şəkil9:Sahil xəttinin neftlə çirklənməsinin ən pis variantı ərzində (Ssenari 3b – NS3 Yay – 12/08/2008) modelləşdirmə sahəsində hər hansı vaxt addımında hər hansı kvadratda su sütununda maksimum ümumi dizel konsentrasiyaları (> 58ppb). Bənd 8.1-də deterministik modelləşdirmə.




Şəkil10:Sahil xəttinin neftlə çirklənməsinin ən pis variantının (Ssenari 3b – NS3 Yay - 12/08/2008) 7-ci günündə saat 00:00-da sahil xəttinin 491 ton neftlə maksimum çirklənməsi. Bənd 8.1-də deterministik modelləşdirmə.



Şəkil11:Bənd 8.1-dən deterministik modelləşdirməyə əsasən Sahil xəttinin neftlə çirklənməsinin ən pis variantının Ssenari 3b – NS3 Yay - 12/08/2008) 40-cı günündə saat 00:00-da sahil xəttinin 491 ton neftlə çirklənməsi. Nəticələr sahil xəttinin neftlə maksimum çirklənməsi baş verən 7-ci gün ilə müqayisədə buxarlanma və bioloji parçalanmanın təsirlərini neftlə çirklənmənin ciddilik dərəcəsinin azalmasında göstərir (Baz: Şəkil 12).



  1. Yüklə 6,03 Mb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin