Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Aksizli malların üzərində vergi nəzarəti



Yüklə 0,73 Mb.
səhifə131/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   127   128   129   130   131   132   133   134   ...   171
DovletMaliyesiEnSonHali2015

Aksizli malların üzərində vergi nəzarəti
Aksizli malların markasız idxal edilməsinə, saxlanılmasına (şəxsi məqsədlər istisna olmaqla) və ya satılmasına görə mövcud qanunvericilikdə aşağıda göstərilən cəza tədbirləri nəzərdə tutulmuşdur:

  • aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markası olmadan satılan, sa-tış məqsədi ilə saxlanılan, istehsal binasının hüdudlarından kənara çıxarılan malların dəyəri şərti maliyyə vahidinin 500 mislinədək olduqda, belə mallaırn müsadirə edilməsi ilə yanaşı, fiziki şəxslərə şərti maliyyə vahidinin 35 mislin-dən 40 mislinədək, vəzifəli şəxslərə 80 mislindən 90 mislinədək, hüquqi şəxs-lərə isə 200 mislindən 300 mislinədək cərimə tətbiq olunur;

  • aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markası olmadan satılan, satış məqsədi ilə saxlanılan, istehsal binasının hüdudlarından kənara çıxarılan və idxal edilən malların dəyəri şərti maliyyə vahidinin 500 mislindən çox ol-duqda, əmlak müsadirə olunmaqla yanaşı, şərti maliyyə vahidinin 1000 mislin-dən 3000 mislinədək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək azadlıqdan məhrumetmə kimi cəza tədbirləri tətbiq olunur;

  • eyni əməllər təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törə-dildikdə və ya markalanmamış malların dəyəri şərti maliyyə vahidinin 1000 mislindən çox olduqda, əmlak müsadirə olunmaqla 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə kimi cəza tədbirləri tətbiq olunur.

Aksizli malların makrkalanmasına nəzarət vergi orqanları tərəfindən vergi ödəyicilərinin müvafiq binalarında nəzarət postları, ölçü cihazları, plomblar qur-maqla və digər tədbirlər görməklə həyata keçirilir.

9.5. HÜQUQİ ŞƏXSLƏRİN ӘMLAK VERGİSİ


Müəssisələrin balansında olan əsas vəsaitlər üçün ödənilən vergi əmlak vergisi adlanır.
Vergitutma obyekti olan rezident müəssisələr və Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr əmlak vergisinin ödəyiciləridirlər.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin