Mövzu 4. İDXAL-İXRAC ƏMƏLİYYATLARI VƏ BEYNƏLXALQ TİCARƏT SÖVDƏLƏŞMƏLƏRİNƏ HAZIRLIQ
P L A N
1.Idxalat –ixracat əməliyyatları tənziminin ticarət-siyasi vasitələri
2.İdxalat-ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
3.Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq məsələləri
4.Alqı-satqı kontraktlarının (müqavilələrin ) bağlanması
1.Idxalat –ixracat əməliyyatları tənziminin ticarət-siyasi vasitələri
Beynəlxalq idxal-ixrac münasibətləri əsasən beynəlxalq ticarət əməliyyatları vasitəsilə həyata keçirilir.Zira, beynəlxalq təcrübədə idxalat və ixracat əməliyyatları dedikdə ancaq ticarət fəaliyyəti əsasında həyata kecirilən əməliyyatları başa düşülür .Bu da beynəxlq ticarət razilaşmalarının alqı-satqı kontraktları vasitəsilə realizə oluna bilər.İdxalat-ixracat əməliyyatları yerinə yetirilməsi anı malların (məhsulların)qarşılıqlı mübadiləsi üzrə münasibətdə olan iki kontragentin məmləkətin sərhədlərinin qovuşduğu xətti ,əlbəttə, ancaq gömrük xidmətinin icazəsilə keçdiyi vaxtdan tamamlanır.Bu halda nəzərə alınmalıdır ki, dövlət , özəl , yaxud da ictimai təşkilatlar tərəfindən yardım ənam (bəxşiş, hədiyyə , mükafat və bu kimi s.)formasında əvəzsiz göndərilən əşyalar (mallar) idxalat və ixracat dəyərlərinə daxil edilmir. Fəqət , onların hökmən ayrica uçotu aparılmalıdır . Həm də nəzərə alinmalıdır ki, bunların ticarət əməliyyatları heç bir aidiyyatı yoxdur .
Yuxarıdakı deyimlərlə bağlı beynəlxalq ticarət praktikasında istifadə olunan bir sıra təriflər və müəyyənliklə nəzərdən keçirək .
1.İxracat. İxracat dedikdə mal, yaxud mallar kütləsinin satış qaydası ilə xaricə çıxarılması (göndərilməsi) başa düşülür . İxracat hökmən statistikada qeydə götürülür.Bir qayda olaraq ixracata aşağıdakılar aid edilir:
a)məmləkətdən ancaq vətəndə istehsal olunan, yaxud da əvəllər xaricdən gətirilmiş və yenidən işlənib hazirlanmiş malların xarici alıcılara (ölkələrə) satışı ;
b)əvəllər xaricdən gətirilmiş və yenidən emal olunmadan xaricə mal satışı .Bu növ ixracat reeksport (təkrar ixrac ) adlanır .
2.İdxalat. İdxalat dedikdə malların (məhsulun)bir ölkədən başqa bir ölkəyə ,başqa sözlə , xarici ölkələrdən idxalatçının ölkəsinə gətirilməsi başa düşülür. İdxal da statistik uçota alınır.İdxalata aşağıdakı növ daxilolmalar aiddir:
a)xarici mənsubiyyətli mallaın bilavasitə istehsalçı ölkələrdən yaxud vasitəçi ölkədən satınalma qaydasıyla öz ölkəsinə gətirilməsi;
b) əvvəllər xaricə göndərilmiş, lakin hec bir istehsal emaldan keçməyən vətən mallarının yenidən öz məmləktinə satış qaydasıyla qaytarilması .Bu isə reimport (təkrar idxalat) adlanir;
v)gömrük nəzarəti altında yenidən emal olunması üçün məmləkətə gətirilən mal (məhsul) .Buraya əsasən yenidən hazır məhsul kimi ixrac olunması nəzərdə tutulmuş idxal olunan mallar aiddir.
3.Gömrük ərazisi. Bu, idxal –ixrac əməliyyatları üzərində qoyulan vahid nəzarət idarəsinin (təşkilatının)ərazisidir .Adətən, sərhəd keçidlərində (dəmiryolu xətləri boyu, limanlarda, körpülərdə, avtoyolların həndəvərində) yerləşdirilir.Gömrük ərazisinin hüdudları hər bir məmləkətin höküməti tərəfindən müəyyənləşdirilir .
4.Əlavə olaraq artirma anbar . Artırma anbar dedikdə müəyyən bir gömrükxananın idarəsinə gömrük nəzarəti altında saxlanılan mallar üçün ayrılmış sahə və binalar (otaqlar) nəzərdə tutulur. Belə anbarlarda mallar gömrük müfəttişinin nəzarəti altında çeşidləndirilir, sortlaşdırılır və yenidən qablaşdırılır .Burada olan mallar hələ gömrük əməliyyatından keçirilməmiş hesab alınır .
5.Azad zona ərazisi. Bu ərazi eyni zamanda “azad ticarət” zonası , “azad iqtisadi”zona kimi adlanır . Azad zona həmin ölkə limanının (körpüsünün) gömrük ərazisinin ətrafında yerləşən ərazidir .Bu zonanın ərazisinə gətirilən mallara gömrük vergisi qoyulmur və mallar hər cür gömrük vergisindən, rüsumlarından , idxal üzrə vergilərdən və s. azad olunur .Azad zonada bir çox əməliyyatlar da aparıla bilər .Məsələn, maların təmizlənməsi, qurudulması, etiketlərin yapışdırılması, malın qablaşdırılması , şüşə taraların (butulkaların ) doldurulması, malların çeşidləndirilib yüklənməsi və s.
1995-ci ildə inkişaf emiş bazar iqtisadiyyatı ölkələrində 235 azad zona var idi :.ABŞ –da 145, Qərbi Avropa ölkələrində -90, İsveçrədə -26, İspaniyada -22, İtaliyada 11, Fransada -10 və i.a
Azad zonadan istifadə olunmasında firmaların çoxu maraqlıdır .Belə ki dənizə çıxış yolu olmayan ölkələrin firmaları beynəlxalq sazişlər əsasında yaxınlıqda yerləşən digər ölkə limanlarının azad zonasından istifadə edə bilərlər.
6.Tranzit əməliyyatlar. Bu növ əməliyyatlar iki cür olur : a) bilavasitə tranzit əməliyyatları(bu halda mallar bir ölkədən digərinə üçüncünün ərazisindən, yaxud hava zolağından keçməklə daşınır ) ; b) bilavasitə (dolayı yolla) tranzit əməliyyatlar (malların gömrük anbarlarında, onların yenidən işlənmiş formada digər ölkəyə göndərilməsi məqsədilə anbarlaşdırılması) kimi başa düşülməlidir .
Beynəlxalq ticarət əməliyyatlarının yerinə yetirilməsi metodları. Beynəlxalq təcrübədə ticarət əməliyyatlarının yerinə yetirilməsində iki əsas metoddan istifadə olunur : bilavasitə metod və bivasitə (dolayısıyla) metod. Birinci metod istehsalçı (malgöndərən ) ilə son istehlakçı arasında birbaşa əlaqələri nəzərdə tutur.İkinci, yəni bilvasitə metod isə malların ticarət –vasitəçi həlqəsi vasitəsilə alqı-satqı kimi başa düşülür .
Firmalar tərəfindən bilavasitə metod daha geniş istifadə olunur. Buraya aşağıdakı ticarət əməliyyatları aiddir:
xarici bazarlarda uzunmüddətli kontraktlar əsasında sənaye xammalının
alqı –satqısı ;
iriqabaritli və bahalı avadanlığın ixrac edilməsi ;
özünün pərakəndə satış şəbəkəsi olan xarici filialları və qız şirkətləri vasitəsilə standart çoxseriyalı avadanlığın ixracı ;
inkişafda olan ölkələrin fermer-istehsalçılarından kənd təsərrüfatı məhsullarının satın alınması.
Bilavasitə ixracat və idxalat həm sənaye cəhətdən inkişaf etmiş, həm də inkişafda olan ölkələrin dövlət müəssisələrinin və idarələrinin yerinə yetirdikləri ticarət əməliyyatlarının əsas hissəsini təşkil edir. Bilavasitə əlaqələrin inkişafında və genişlənməsində transmilli korporasiyanın (TMK) özünün yaratdığı və kontragentlər sifətində çıxış edən xarici qız şirkətlərinin böyük rolu oldu .Bu şirkətlər son istehlakçılarla əlaqəyə girərək həm özünün mənsub olduğu ölkədə , həm də digər ölkələrdə satış və istehsal vahidlərilə bilavasitə ticarət əlaqələrini genişləndirməyə səy göstərirlər.
Bilvasitə (dolayı yolla) beynəlxalq ticarət əməliyyatları metodu. Bu metod bilavasitə beynəlxalq ticarət əlaqələrinin güclü inkişafı ilə bağlı xeyli səngidi. Buna baxmayaraq bilvasitə ixrac-idxal əməliyyatları öz əhəmiyyətini tamamilə itirməmişdir .Belə ki, beynəlxalq ticarət əməliyyatlarının yerinə yetirilməsindı ticarət vasitəçi həlqənin rolu və yeri hələ də xeyli yüksəkdir .Beynəlxalq mal dövriyyəsinə cəlb olunan malların yarıdan çoxu onun köməyilə realizə olunur .İri sənaye şirkətləri özlərinin ikinci dərəcəli məhsullarını xüsusən çox çətin və az öyrənilmiş bazarlarda realizə etmək üçün onun xidmətinə çox ehtiyac duyurlar .Sənaye ixracatçılarının ticarət- vasitəçi xidmətindən istifadəsi bazarlarda onlar üçün müəyyən üstünlük təşkil edir.Əsasən də malların satışından sınra xüsusi texniki xidmətlərin göstərilməsini tələb edən standart növlü maşın və avadanlığın realizə edilməsi prosesində .Bunlarla bahəm ticarət-vasitəçi həlqə(firmalar) yerli bazarı yaxşı bilir, onların daim səbat işgüzar əlaqələri olur.Onlar satışla bağlı bütün ticarət fəaliyyətlərini, o cümlədən sənədlərin rəsmiyyətə salınmasını, reklamın təşkilini ,yarmarka və sərgilərdə iştirakçı kimi çıxış etməyi və s əməliyyatları bacarıqlı həyata keçirirlər .
Mühüm cəhətlərdən biri də ticarət – vasitəçilərlə istehsalçı –ixracatçılar arasında qarşılıqlı münasibətlərin xarakterini təkmilləşdirməkdir.
İdxal-ixrac əməliyyatları sistemində gömrük- tarif tənzimi.Gömrük tarifi dünyanın bütün ölkələrində istifadə olunur.Milli tariflərlə yanaşı, regional (məhəlli ) ticarət –iqtisadi ölkələr birliyi deyilən gömrük ittifaqları çərçivəsində vahid gömrük tarifləri sistemi vardır .Bu ittifaqın (birliyin) iştirakçı dövlətləri qarşılıqlı ticarətdə öz milli gömrük tariflərini ləğv edib üçüncü dövlətlə (ölkəylə) ticarətdə ümumi gömrük tarifi müəyyən edirlər. Həmin birliklərdən biri Qərbi Avropa birliklərinin Avropa İttifaqı (Aİ) adı altında yaratdıqları birlikdir .Avropa İttifaqı 15 ölkəni, o cümlədən Almaniyanı Fransanı İngiltərəni İspaniyanı Finlandiyanı və s ölkələri əhatə edir. Bu gömrük sistemi (Aİ) milli gömrük qanunçuluğu əvəzinə ittifaqa daxil olan ölkələr üçün vahid tarif normaları və qaydaları işləyib hazırlamağı və onları işə salmağı nəzərdə tutur.
İttifaq qəbul etdiyi vahid gömrük tariflərinin çox hissəsi qeyri-ərzaq mallarına şamil edilir və gətirilən malın dəyərinə nisbətən faizlə müəyyən olunur .Digər az hissəsi isə malın çəkisinə , həcminə və s nisbətən dəyər ifadəsilə müəyyənləşdirilir. Avropa İttifaqı ölkələrinə gətirilən və sonradan təkrar ixrac, yaxud həmin ölkələrin sənaye müəssisələrində yenidən işlənilməsi üçün nəzərdə tutulan mallar gömrük vergilərindən, rüsumlarından azad olunurlar.
Gömrük –tarif sistemi tənziminin mühüm vasitələrindən biri də antidempinq rüsumlarının tətbiq edilməsidir .Bu cür gömrük vergiləri(rüsumları ) ixracat malları aşağı qiymətlərlə satıldıqda tətbiq olunur .
Avropa İttifaqı daxilində dempinqə ümumiyyətlə yol verilmir. Belə ki ,ucuzlaşdırılmış mallar həmin aşağı qiymətlərlə öz vətəninə (istehsal olunduğu ölkəyə) qaytarılır .Avropa İttifaqının xüsusi komissiyası antidempinq siyasətini həyata keçirmək üçün aşağıdakı iki cəhəti əsas (rəhbər ) tutur:
“normal dəyər “ və “mala normal qiymət “ qoyulmasını;
Avropa İttifaqı ölkələrində analoji malın istehsalına dəyən faktiki zərərin müəyyənləşdirilməsi.
Avropa İttifaqının əsasnaməsinə uyğun olaraq antidempinqin tətbiqi işinə (üsuluna, qaydasına ) baxılması, onun yoxlanılması başlandığı vaxtdan etibarən bir il ərzində tamamlanmalıdır .Əgər fakt təsdiq olunarsa, məsələn aşağıdakı qaydada yoluna qoyula bilər : ya ixracatçı öhdəçilik götürəcək ki ,qiymətləri qaldırsın və göndərilən malın miqdarını azaltsın, yaxud da antidempin vergisi rüsumu müəyyən edilsin .
İdxal –ixrac əməliyyatlarının lisenziyalaşdırılması.İdxal –ixrac əməliyyatlarının lisenziyalaşdırılması da milli firmaların beynəlxalq ticarət razılaşmalarının həyata keçirilməsinə nəzarət edilməsinin və dövlət tənziminin bir vasitəsidir . Məsələn, idxalın lisenziyalaşdırılmasının əsasını kontingentləşdirmə təşkil edir.Yəni müəyyən bir dövr ərzində bir qayda olaraq bir ildə ölkəyə konkret malın gətirilməsinə miqdar məhdudiyyətini –kontingent, yaxud kvota müəyyən edilməsini nəzərdə tutur. Kvotadan istifadəetmə üzərində nəzarət verilən idxal lisenziyalarının qeydiyyat vərəqəsi vasitəsilə həyata keçirilir. İxracın lisenziyalaşdırılması da əsasən eyni qaydada müəyyənləşdirilir.
Növlərinə görə lisenziyalar əsas(firmaya verilən və müəyyən dövr ərzində daim qüvvədə qalan ) və fərdi (konkret beynəlxalq ticarət razılaşması üzrə birdəfəlik verilən )lisenziyalar kimi fərqləndirilir.Lisenziyaların verilməsi (alınması )qaydası milli qanunçuluq normaları ilə nnizama salınır.Lisenziyalaşdırma müvəqqəti tədbir kimi sayılsa da ,o xarici ticarət əməliyyatlarının beynəlxalq tənziminin təsirli alətidir.
Dünya ticarəti təcrübəsi göstərir ki, lisenziyalaşdırma xarici valyutanın xərclənməsinə nəzarət məqsədilə istifadə olunur.O həm də daxili bazarın tələbinin ödənilməsini təmin edən məhsul ixarcını məhdudlaşdırma məqsədini güdür, əks təqdirdə daxili bazarda həmin məhsulun qiyməti qalxa bilər
Gömrük vergiləri və rüsumları Vergi və rüsumlar beynəlxalq ticarət əməliyyatlarının tənzim edilməsi üçün mühüm vasitədir .Müasir şəraitdə onların rolu durmadan artmaqdadir .Gömrük vergiləri və rüsumları bir qayda olaraq sərhəd boyu və daxili vergilərə (rüsumlara) ayrılır.
Sərhədboyu vergi və rüsumlara öz təyinatına görə bilavasitə yerli mallardan tutulan vergilərə uyğun gələn bərabərləşdirici vergidir.Bu vergilər idxal mallarından tutulan gömrük vergiləri və bəzi rüsumlar da daxil olmaqla qiymətdən hesablanır .
Daxili vergilərə aksiz rüsumlar, qeydiyyat üçün vergilər ,yol rüsumları və s aidddir.
Gömrük rüsumları və vergilərin ödənişləri və kodları aşağıdakı kimi təsnifləşdirilmişdir(1-ci əlavə).
Dostları ilə paylaş: |