Sadələşdirilmiş verginin dərəcəsi Sadələşdirilmiş vergi, bu verginin ödəyicilərinin (avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər istisna olmaqla) malların təq-dim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən aşağıdakı dərəcə ilə hesablanır:
Bakı şəhərində – 4 faiz, digər şəhər və rayonlarda, Naxçıvan MR-da - 2 faiz.
Bakı şəhəri istisna olmaqla Azərbaycan Respublikasının digər şəhər və rayon-larında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi ödəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş dərəcələri o halda tətbiq edilir ki, bu vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar.
Azərbaycan Respublikasının şəhər və rayonlarında, Naxçıvan MR-da vergi uço-tuna alınmış, lakin Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödə-yiciləri vergini Bakı şəhəri üzrə müəyyən olunmuş vergi dərəcələri ilə ödəyirlər.
Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə uçot ayrı-ayrılıqda aparılmalıdır. Belə uçot aparılmadıqda ən yüksək vergi dərəcəsi tətbiq edilir.
Sadələşdirilmiş verginin məbləği daşınmanın həyata keçirildiyi ərazidən asılı olaraq yuxarıdakı cədvəldə göstərilmiş vergi məbləğinə xüsusi əmsallar tətbiq etməklə müəyyən edilir. Belə ki, daşımalar Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında həyata keçirildikdə bu əmsal 2-yə, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və hə-min rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri istisna olmaqla) həyata keçirildikdə 1,5-ə bərabər olur. Daşıma digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında həyata keçirildikdə isə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) əmsal tətbiq edilmir.
Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxsər istisna olmaqla) müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır.117 Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.
Sadələşdirilmiş verginin ödəyiciləri (avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxsər istisna olmaqla) hesabat dövründən sonrakı ayın 20-dək ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.
Avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə aylıq sadələş-dirilsmiş vergi hər bir avtonəqliyyat vasitəsi üçün – yuxarıdakı cədvəldə göstərilmiş sadələşdirilmiş verginin ölçü vahidini verginin aylıq məbləğinə və daşımanın həyata keçirildiyi ərazidən asılı olaraq müəyyən edilmiş əmsala vurmaqla hesablanır və dövlət büdcəsinə ödənilir. Bundan sonra vergi ödəyicisi təqvim ayının sonunadək sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədini təqdim et-məklə növbəti ay və ya aylar üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alır.
Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliy-yat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edildikdə isə vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxs-lər məsuliyyət daşıyır.
Hüquqi şəxs özünə məxsus avtomobil nəqliyyatı vasitələri ilə daşımaları həyata keçirdikdə sadələşdirilmiş vergi onun tərəfindən ödənilməlidir.10 Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımala-rından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.
Vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özü-nə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün hec bir haqq ödənilmədən “Xüsusi fərqlənmə nişanı” alınır. Bu nişanı almış vergi ödəyiciləri avto-mobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə digər məqsədlər üçün istifadə edərkən ən azı bir iş günü əvvəl bu nişanı geri qaytarmalıdır.
Avtomobil nəqliyyatı vasitələrilə daşımaları həyata keçirən vergi ödəyiciləri bu fəaliyyətdən başqa digər fəaliyyətlə məşğul olurlarsa, əldə olunan gəlir və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır və bu fəaliyyət növü üzrə zərərləri digər sahibkarlıq fəaliyyətindən əldə edilmiş mənfəətlərinə aid edilmir.
Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla) avtomobil nəqliyyatı vasitələri üçün “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişanı” alınmır.