Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Bank sistemi və onun xüsusiyyətləri



Yüklə 0,73 Mb.
səhifə155/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   151   152   153   154   155   156   157   158   ...   171
DovletMaliyesiEnSonHali2015

11.1.3. Bank sistemi və onun xüsusiyyətləri
– pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Bankların əsas vəzifəsi kreditor-lardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Banklarla yanaşı, bazar sistemində pulun yerdəyişməsində brokerlər, di-lerlər, investisiya fondları, sığorta şirkətləri və s. iştirak edir. Ancaq banklarla onla-rın 2 əsas fərqli cəhətləri var.
Banklar üçün borc öhdəliklərinin ikili mübadiləsi xarakterikdir. Banklar öz borc öhdəliklərini (depozitləri, əmanət sertifikatlarını və s.) yayırlar, bunun əsasın-da gələn gəlirləri digərlərinin buraxdıqları qiymətli kağız və borc öhdəliklərinə qoyurlar. Bununla da onlar maliyyə bazarında öz borc öhdəliklərini buraxmayan broker və dilerlərdən fərqlənirlər.
Banklar hüquqi və fiziki şəxslər qarşısında öz üzərlərinə fiksasiya olunmuş borc üzrə şərtsiz öhdəliklər götürürlər. İnvestisiya fondları və sığorta şirkətləri öz vəsaitlərini aksiyalarını satmaqla qazanırlar. Banklar üçün fiksasiya olunmuş borc-lar çox risklidir, bazar konyunkturasından asılı olmayaraq, banklar pulu vaxtında ödəməlidirlər. İnvestisiya fondları isə aktiv və passivlərin qiymətinin dəyişilməsi ilə əlaqədar olan bütün riski öz auksionerləri ilə bölüşdürür.
Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər. Bank sistemi pul vəsaitlərinin mərkəzləşməsini və onların borc kapitalına çevrilməsini tənzimləyir.
Bank sistemi 3 əsas qrupdan ibarətdir:
- Mərkəzi Bank;
- Kommersiya bankları;
- İxtisaslaşmış maliyyə-kredit institutları.
Mərkəzi Bank bank sisteminin əsasını təşkil edir. O, makroiqtisadi tənzim-lənmənin ən əsas alətlərindən biridir. Mərkəzi Banka olan tələb feodalizmdən kapi-talizmə keçidin ərəfəsində, əmtəə-pul münasibətləri yaranmağa başladığı zaman yaranıb. İlk Mərkəzi Bank olan «İsveç Risbank» 1668-ci ildə yaranıb. XX əsrdə Mərkəzi Bankların rolu artıq çox böyümüşdü və 1920-ci ildə Brüsseldə keçirilən Ümumdünya Maliyyə konfransında qərara aldılar ki, hər bir ölkənin Mərkəzi Bankı olmalıdır.
Mərkəzi bank özündə həm adi kommersiya bankının xarakterlərini, həm də dövlət hakimiyyətinin xüsusiyyətlərini daşıyır. Mərkəzi Bank emissiya (dövriyyəyə nağd pullar buraxmaq), dövlətin valyuta-qızıl ehtiyatlarının toplanıb-saxlanılması, kommersiya banklarının kreditləşməsi, kredit institutlarının fəaliyyətinə nəzarət göstərməklə məşğul olur.
Mərkəzi Bankların dövlətdən asılılıq dərəcəsi müxtəlifdir – maksimal dərəcədə müstəqil olan Almaniya Federal Bankından, dövlətdən tamamilə asılı olan Fransa Bankınadək.
Kommersiya banklarının Mərkəzi Bankdan əsas fərqi ondadır ki, onların əsas məqsədləri gəlir əldə etməkdir. Kommersiya banklarının əməliyyatlarını 3 əsas qrupa bölmək olar:
Passiv – vəsaitlərin cəlb olunması;
Aktiv – kredit verilməsi və vəsaitlərin yerləşdirilməsi;
Kommersiya vasitəçilik əməliyyatları.
Bank sisteminin III elementi, müəyyən təsərrüfat sahələrinin kreditləşməsi ilə məşğul olan ixtisaslaşmış maliyyə-kredit institutlarıdır. Onlara investisiya bankları, əmanət idarələri, təqaüd fondları, sığorta və investisiya şirkətləri daxildir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin