1. İqtisadi Böyüməyə Təsirləri Bir iqtisadiyyatda meydana gətirilən real milli gəlirin ildən-ilə artmasına iqti-sadi böyümə, bu artımın nisbi böyüklüyünə də böyümə sürəti deyilir. Sərmayə anbarındakı artım, texnoloji irəliləmə, təbii mənbələrin inkişafı və istehsal faktor-ları istifadəsində fəaliyyətin təmin edilməsi iqtisadi böyüməni artırmaqdadır.
Federal Rezerv Banka görə uzun dövrli iqtisadi məqsədlərin ən əhəmiyyətlisi inflyasiyanı artırmadan işçi qüvvəsindəki artımı absorbe edəcək kafi böyüməni reallaşdırmaqdır. Bunun üçün ÜDM də 2% və ya 3% lik artımın kafi olacağına inanılır. Ümumiyyətlə, əhalisi sürətlə artmaqda olan az inkişaf etmiş ölkələrdə fərdləri öhdəliklərdəki səviyyədə maddi rifaha qovuşdurmaq üçün iqtisadi böyümə daha da əhəmiyyətli olmaqdadır.
İqtisadiyyatda sahib olunan real böyümə nisbəti bəzi əməliyyatlarla potensial böyümə səviyyəsinə yaxınlaşdırıla bilər. Bunun üçün; mövcud istifadə edilən isteh-sal faktorlarını artırmaq, onları inkişaf etmiş texnologiya ilə daha məhsuldar etmək, iş gücünün keyfiyyətini artırmaq və istehsal təşkilatını inkişaf etdirmək lazımdır. Bu tətbiqlərin meydana gəlməsi üçün də, yığımın təşviq edilməsi, araşdırma-inkişaf etdirmənin təşviq edilməsi, dövlət tərəfindən maliyyələşdirilən texnologiya quruluşlarının iqtisadiyyata rəhbərliyi təmin etməsi, beynəlxalq ticarətin dəstəklənməsi, təhsil keyfiyyətinin inkişaf etdirilməsi lazımdır.
İqtisadi böyümənin reallaşdırılması ilə insanların daha çox gəlir sahibi olma-larına, daha çox mal və xidmət istehlak etmələrinə, rifah səviyyələrinin artmasına imkan təmin edilir. İqtisadi böyümə olmadan insanların həyat standartlarını yük-səltmə istəyi yüksək inflyasiya, ödəmələr tarazlığı böhranı kimi makro-iqtisadi problemlərə səbəb olarkən, iqtisadi böyümə bunlara gətirib çıxarmadan həyat stan-dartlarını yüksəltməkdədir. Ayrıca, böyümə ilə təmin edilən gəlir artımı yoxsullara gəlir transferini asanlaşdırmaqda, zənginlərə zərərə uğramadan yoxsulluğun önlən-məsinə köməkçi olmaqdadır. Digər tərəfdən, iqtisadi inkişaf ilə insanlar öz xüsusi istehlaklarına və ətrafa daha həssas olmaqda, bununla əlaqədar təsirli qanuni tən-zimləmələr reallaşdırmaqdadır.
Böyümə hədəflərinin reallaşdırılmasında dövlət xərcləri də əhəmiyyətli funksi-yalar yerinə yetirməkdədir. Bazar mexanizminin bəzi yönlərdən müvəffəqiyyətsiz olması səbəbi ilə kompensasiyaedici siyasətlərlə artan dövlət xərcləri xüsusi sek-tora dəstəkləyici və təşkiledici olaraq təsir etməkdədir. Lazımi infrastruktur inves-tisiyaları və bunların davamlı baxım və təmirlərinin edilməsi ilə xüsusi investisiya-lar təşviq edilməkdə, səhiyyə və təhsil - təhsil xidmətləri ilə bəşəri sərmayənin xü-susiyyəti və miqdarı artırılmaqda, yeni inkişaflarla kompleksliyi artan iqtisadi qu-ruluşa qarşı lazımi qanuni və adminstrativ qərarların alınması ilə iş gücü və sərma-yənin fəaliyyəti artmaqda, böyümə sürətlənməkdədir. Yəni fizikanın və bəşəri sər-mayənin artırılması, texnoloji inkişaf və mənbə istifadəsində fəaliyyətin təmin edil-məsi iqtisadi böyümə olaraq qəbul edildiyində dövlət xərclərinin bunlardan birini artırması böyüməyə müsbət yöndə təsir etməkdədir.
Ancaq dövlət sektorunun özəl sektor tərəfindən daha məhsuldar reallaşdırıla-caq bəzi fəaliyyətləri öz öhdəsinə götürməsi, xərclərin maliyyəsində də səhv üsul-lar tətbiq edərək mənfi nəticələrə səbəb olması dövlət xərcləri ilə böyümə arasın-dakı bu əlaqəni pozmaqdadır. İqtisadiyyatdakı payı zamanla artaraq mənbə bölgü-sündə daha təsirli olan dövlətin iqtisadi böyümə üzərindəki təsirinin azalması hətta bu təsirin mənfi olmasının başlıca üç səbəbi vardır. Bunlar:
1) Dövlət xərclərinin maliyyəsində daha çox vergi və daha çox borclanma lüzumu, özəl sektorun məhsuldarlığını və risk alma cəsarətini azaltmaqda, özəl sek-torun istifadə edəcəyi mənbələrin dövlət tərəfindən istifadəsi xərcləri artıraraq xüsusi sektorun xariclənməsinə səbəb olmaqdadır;
2) Dövlət xərclərinin başlanğıcda iqtisadi faydanı artırıcı sahələrdə reallaşarkən zamanla daha səmərəsiz sahələrə yönəlməsi, xüsusi sektorun daha təsirli olacağı mal və xidmətləri çıxarması, hətta buradakı fəaliyyətlərini daha da artırması iqtisadi böyüməyi gecikdirməkdədir;
3) Siyasi müddət bazar müddətinə görə daha az dinamik olduğundan, buradakı səmərəsizlikləri və səhvləri aradan qaldırmaq, lazımlı məlumat və texnologiyanı çı-xarmaq çox zaman almaqdadır. Zənginliyin və böyümənin qaynağı olan informa-siya texnologiyasının davamlı inkişaf etdiyi, amansız rəqabətin hökm sürdüyü günümüz dünyasında yaşanan bu gecikmələr böyüməyə mənfi təsir etməkdədir.
Mövcud mənbələrə əlavə tələb meydana gətirən büdcə kəsirləri də bənzər səbəblərlə iqtisadi böyümə üzərində bir öhdəlik meydana gətirməkdədir. Çünki:
- Büdcə kəsirləri yüksək faiz nisbətlərinə və inflyasiyaya səbəb olmaqdadır;
- Kəsirlər səbəbi ilə artan milli borc yükü gələcək nəsillərin öhdəliyini artır-maqda, borcların maliyyəsi ölkələri iflasa aparmaqdadır;
- Zamanla kəsirlər səbəbi ilə yüksək miqdarlara çatan dövlət xərclərindəki sə-mərəsizlik iqtisadiyyatda asılılığı artırmaqda, məhsuldar olan özəl sektoru sıxışdırmaqdadır;
- Kəsirlər səbəbi ilə artan vergilər insanların daha az işinə, qənaətin azalma-sına və böyümənin düşməsinə səbəb olmaqdadır.
Tətbiq nəticələri büdcə kəsirlərinin doğrudan və ya bilavasitə səbəblərdən mövcud faiz nisbətlərini artırdığını göstərmişdir. Artan faiz nisbətləri investisiya nisbətlərinin xərcini artırmaqda, istehsalın cazibəsini azaltmaqdadır; əgər faiz nisbətlərindəki artım iqtisadi böyüməni aşsa, uzun dövrdə dövlətin təsir gücünə sahib ola bilməsi xərclərini qısıb gəlirlərini kifayət qədər artırmasına bağlıdır; əks halda, dövlət daha çox borclanmaqdan xilas ola bilməyəcək, borc bataqlığına girəcək. Borcların ödənə bilməyəcəyi yönündə bir tərəddüd olduğunda da borc verənlərin əlavə kredit verməyəcəklərindən çöküşlər başlayacaq. Bu vəziyyətdə böyümədən bəhs etmək çətinləşəcək.
Kəsirlər səbəbi ilə artan faiz nisbətləri bir tərəfdən xərcləri artırarkən, digər tərəfdən də naməlumluğu və etibarsızlığı artırmaqdadır. Belə bir mühitdə artan inflyasiya nisbəti investisiya fondları ərzini salmaqda, sərmayə bazarlarında balanssızlıqlara səbəb olmaqdadır. Edilən bir çox işdə olduğu kimi, IMF mənbələrinə görə 1965-1994 –cü illər arası dövrdə bir çox ölkələrdə inflyasiya nisbəti ilə iqtisadi böyümə arasında statistik olaraq mənfi bir əlaqə olduğu görülmüşdür. Xüsusilə McKinnon və Shawın qeyd etdiyi kimi inkişaf etməkdə olan ölkələrdəki aşağı qənaətlərin və bunları yığaraq investisiyalara kanalize edən bankların inflyasiyadan təsirlənməsi bu ölkələrdə özsərmayə ilə reallaşan investisiyaları və buna söykənən böyüməni azaltmaqdadır.
Dövlətin borclanması səbəbi ilə faiz nisbətlərindəki artım xüsusi sektorun isti-fadə edə biləcəyi mənbələrin Dövlətə keçməsinə, xüsusi sektorun istehsaldan xaric-lənməsinə (crowding-out) səbəb olmaqdadır. Dövlətə görə daha sürətli inkişaf edən, iqtisadi faktoru çox olan xüsusi sektorun xariclənməsi iqtisadiyyatdakı dinamizmi yavaşlatmaqda, böyüməyə maneə törətməkdədir.
Boşluqların maliyyəsi üçün vergi nisbətlərinin artırılması, xüsusilə ödəniş gə-lirləri üzərindəki artım işgücünün iş səyini azaltmaqdadır. İnsanların işləməməsi və ya aşağı səmərəliliyi böyüməni azaltmaqdadır.
Dünya ölkələri ilə əlaqədar edilən araşdırmalarda iqtisadiyyatda dövlətin pa-yının artması ilə iqtisadi böyümənin yavaşıdığı görünmüşdür. Məsələn, iqtisadi in-kişaf baxımından müəyyən səviyyəyə çatmış və ortaq xüsusiyyətlər daşıyan OECD ölkələrində 1960-cı ildə dövlətin iqtisadiyyatdakı payı 27% ikən 2012-ci ildə 52%-ə çıxmışdır. Bu vaxt iqtisadi böyümə 5.5%-dən 1.7%-ə düşmüşdür. Digər tərəfdən iqtisadi inkişaf, mədəniyyət, mülkiyyət haqları, və s. yöndən bir-birindən fərqli 60 ölkənin 1980-2012 –ci illər arasındakı inkişafına baxıldığında da dövlətin payının artması ilə iqtisadi böyümə arasında mənfi bir əlaqənin var olduğu görülmüşdür.
Bütün bunlar dövlətin payındakı artım və dövlətdəki mənfi inkişaflar ilə iqti-sadi böyümə arasında tərs əlaqənin varlığını isbat etməkdədir. Buna görə mümkün olan daha sürətli iqtisadi böyümənin təmin edilməsində dövlətin iqtisadiyyatdakı payı artırılmamalı, bir çox dövlət idarəçisinin anlamaq istəmədiyi dövlət xərclə-rinin mənfi təsirinə qarşı lazımi tədbirlər alınmalı, övlətdəki boşluqları meydana gətirən faktorlar təşkil edilməlidir. Əks halda, artan dövlətdəki qanun boşluqları, bunların gətirdiyi mənfiliklər və böyümənin mənfiyə dönməsi iqtisadi sabitliyin pozulmasına və sabitlik proqramı tətbiqinə səbəb olacaq. Tətbiq olunan sabitlik proqramları, ümumiyyətlə, daxili tələbi azaltmaq yoluyla xarici tarazlığı möhkəm-lətmə məqsədində olduqlarından, inkişaf etməkdə olan ölkələrin istehsal və inkişaf səyləri buna mənfi təsir etməkdə, böyümə ikinci planda qalmaqdadır. Ayrıca, da-raldıcı pul və maliyyə siyasətlərinin yanında faiz nisbətlərinin sərbəst buraxılması iqtisadiyyatdakı kiçilməni artırmaqda, inflyasiya təsirlərini artırmaqdadır.