dövlət borcu planları həm məcburi, həm də istiqamətverici xarakter daşıyan tərkibə malik olmalıdır.
Təkmilləşdirilməsi:
inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanmaqla dövlət borcu planları tət-biq olunmalıdır;
ölkədə inflyasiya və digər makroiqtisadi qeyri-tarazlığın proqnozlaşdırıl-ması yolu ilə onların dövlət borclarının idarə edilməsində göstərə biləcəyi neqativ təsirləri nəzarət altına alınmalıdır;
dövlət borcunun planlaşdırılması işinin daha da mükəmməlləşdirilməsi üçün operativ maliyyə informasiyalarının alınması prosesi tam təmin edil-məlidir və s.
Dövlət borcalmaları ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək, dövlət inves-tisiyalarını maliyyələşdirmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən digər məsələlərin həlli məqsədi ilə həyata keçirilir.
Bu gün Azərbaycan Respublikası sürətli iqtisadi inkişaf dövrünü yaşayır. İqti-sadi inkişaf göstəriciləri ilə, artıq nəinki regionda və ya MDB-də, hətta dünyada lider dövlətlər sırasına çıxan Azərbaycan Respublikasında əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində çoxşaxəli islahatlar həyata keçirilir. “Biz xalqın xidmətçiləriyik” deyən ölkə başçısının hər bir addımı beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə, ölkədə insan azadlığının, da-vamlı inkişafın və sosial yönümlü iqtisadiyyatın formalaşmasına hesablanmış məqsədyönlü fəaliyyətdir.İmzalanmış sazişlər üzrə kreditlərin 5,8 mlrd. ABŞ dolları istifadə olunub. 01 oktyabr 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,380.7 milyon ABŞ dolları (5,005.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.5 faiz təşkil etmişdir.
Borc vəsaitlərinin 7.4%-i 10 ilə qədər, 61.3%-i 10 ildən 20 ilə qədər, 31.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunmuşdur.
01 oktyabr 2014-cü il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olmuşdur: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 10.4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 63.7 faiz, avro – 21.7 faiz, yapon yeni – 2.2 faiz, İslam dinarı – 0.8 faiz, Səudiyyə rialı – 0.5 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Küveyt dinarı – 0.2 faiz.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilmişdir.. Xarici dövlət borcunun əsas hissəsini bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına qaytarılan kreditlər təşkil edir – bu kreditlər üzrə borcun məbləği 2,6 milyard ABŞ dolları və ya xarici dövlət borcunun 54,1%-ni təşkil edir. Xarici dövlət borcunun 24,3%-ni (1,2 milyard ABŞ dolları) dövlət zəmanəti ilə təmin edilən kreditlər, 21,7%-ni isə (1 milyard ABŞ dolları) hökumətə verilən, icraçıya ötürülən və icraçı tərəfindən qaytarılan kreditlər təşkil edir.
Cədvəl 10.1. Azərbaycan Respublikasının Xarici Dövlət Borcu