11.1. PUL-KREDİT SİYASƏTİ, MAHİYYƏTİ VƏ DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNDƏ ONUN ROLU
Pul-kredit siyasəti – istehsalın həcminin, məşğulluğun və qiymətlərin səviyyə-sini sabit saxlamaq üçün pul təklifindəki müxtəlifliklərdən ibarətdir. Daha konkret olaraq belə demək olar ki, pul-kredit siyasəti enmə zamanı xərclərin çoxalması üçün pul təklifini çoxaldır, inflyasiya zamanı isə əksinə olaraq pul təklifini azaldır.
Pul-kredit siyasətinin əsas ideyası iqtisadiyyatda tam məşğulluğu təmin etmək və inflyasiya olmayan bir səviyyəyə çatmağa kömək etməkdir. Pul-kredit siyasəti, əsasən, iqtisadiyyatı stabilləşdirmək üçün istifadə edilən pul təklifindəki müxtə-lifliklərdən ibarətdir.
Pul-kredit siyasəti iqtisadiyyatın vəziyyətindən asılı olaraq ya kreditin stimul-laşdırılmasına və pul emissiyasına (kredit ekspansiyası), ya da kredit verilməsinin məhdudlaşdırılmasına (kredit restriksiyasına) yönəldilir. Böhran dövründə Mərkəzi Bank kredit verilməsinin artırılması və faiz dərəcəsinin azaldılması ilə konyunktu-ranı canlandırmağa çalışır. Əksinə, yüksəliş dövründə isə qiymətlər qalxdığına və iqtisadiyyatda disproporsiyalar artdığına görə Mərkəzi Bank kreditin verilməsini azaldır.
İqtisadiyyatın idarə edilməsi üçün pul-kredit siyasətinin aşağıdakı metodları var:
1. Ümumi;
2. Selektiv
Pul-kredit siyasətinin ümumi metodları 3 yerə bölünür:
1. Açıq bazarda aparılan əməliyyatlar:
Kəsir bazarda aparılan əməliyyatlar – pul təklifi nəzarətinin ən başlıca vasitə-lərindən biridir. Kəsir bazarda aparılan əməliyyatlar dedikdə federal ehtiyat bank-ları tərəfindən aksiyaların və hökumət öhdəliklərinin alınması və satışı başa düşülür.
2. Ehtiyat normalarının dəyişilməsi:
Ehtiyat normalarının dəyişilməsi bank sisteminin pul yaratma qabiliyyətinə 2 cür təsir edir.
əlavə ehtiyatların ölçüsünə təsir göstərir;
pul multiplikatorunun ölçüsünü dəyişdirir.
Ehtiyat normalarının dəyişməsi – güclü potensiala malik olan üsul olsa da ondan çox az hallarda istifadə edilir.
3. Uçot normasının dəyişilməsi:
Uçot normasının dəyişilməsi – mərkəzi banklar möhkəm maliyyə vəziyyəti olan, lakin əlavə pula ehtiyacı olan kommersiya banklarına borc verirlər. Kommer-siya bankları borc götürərkən Federal ehtiyat banklarına hökumətin qiymətli kağızları ilə qarantiya olunmuş borc öhdəlikləri verirlər. Kommersiya bankları fiziki və hüquqi şəxslərdən öz verdikləri borclara görə faiz aldıqları kimi Federal Ehtiyat bankları da kommersiya banklarından öz verdikləri borclara görə faiz alırlar. Faizin belə tərifi «uçot norması» adlanır.
Təsəvvür edək ki, iqtisadiyyat işsizlik və qiymətlərin kəskin şəkildə enməsi ilə toqquşub. Bu zaman pul təklifini artırmaq üçün kommersiya banklarının ehtiyat normalarını çoxaltmaq lazımdır. Bu halda pul-kredit siyasəti hansı qərarları qəbul etməlidir? Hansı siyasi fəaliyyətlər pul ehtiyatlarının artırılmasına gətirib çıxaracaq?
1. Federal ehtiyat bankları bazarda qiymətli kağızları almalıdır. Bu öhdəliklərin alınması ehtiyat normalarının çoxalmasına səbəb olacaq.
2. Ehtiyat normaları azaldılmalıdır ki, avtomatik olaraq əsas ehtiyatlar əlavə ehti-yatlar sırasına keçsin və pul multiplikatorunun ölçüsü artsın.
3. “Uçot norması” azaldılmalıdır ki, kommersiya banklarında öz ehtiyatlarını çoxaltmaq məqsədilə federal ehtiyat banklarından borc götürməyə maraq oyansın.
Bu fəaliyyətlər toplusu “ucuz pullar” siyasəti adlanır. Onun əsas məqsədi kre-diti ucuz və asan etməkdir. Bu da birgə xərclərin və məşğulluğun həcmini qaldırır.
İndi isə təsəvvür edək ki, iqtisadiyyatda inflyasiya hökm sürür. Dövlət gərək pul təklifini azaltsın. Bunun üçün bankların ehtiyat normalarını azaltmaq lazımdır. Bəs bu necə edilir?
1. Federal ehtiyat bankları açıq bazarda qiymətli kağızları satmalıdır ki, ehtiyat normaları azalsın.
2. Ehtiyat normalarının artırılması avtomatik olaraq kommersiya banklarını əlavə ehtiyatlardan azad edir və pul multiplikatorunun ölçüsünü azaldır.
3. Uçot normasının artırılması bankların federal bankdan borc götürməyə olan marağını azaldır.
Bu cür yönəltmə isə “bahalı pullar siyasəti” adlanır. Bu siyasətin əsas məqsədi inflyasiyanı dayandırmaq və xərcləri azaltmaq üçün pul təklifini məhdud-laşdırmaqdır.
Keynesin pul-kredit sisteminin şərhinə diqqət yetirək:
FES öhdəliklərini alır, ehtiyat
və uçot normasını aşağı salır.
FES obliqasiyaları satır, ehtiyat və uçot normasını çoxaldır.
Pul təklifi çoxalır.
Pul təklifi azalır.
Faiz dərəcəsi çoxalır.
Faiz dərəcəsi azalır.
İnvestisiya xərcləri çoxalır.
İnvestisiya xərcləri azalır.
Real XMM artır.
İnflyasiya azalır.
Selektiv metodlara isə aşağıdakılar daxildir:
Kreditin ayrı-ayrı növləri üzərində nəzarət;
Bank əməliyyatlarının likvidlik və riskliliyinə nəzarət.
Pul-kredit siyasəti hər şeydən əvvəl investisiya xərclərinə bununla da isteh-salın və qiymətlərin səviyyəsinə təsir göstərir.
Bildiyimiz kimi, pul, pul-kredit sisteminin tərkibinə daxil olan əsas elementlər-dən biridir. Bir az da pulun əhəmiyyəti, funksiyaları haqqında danışaq.