Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə150/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   146   147   148   149   150   151   152   153   ...   171
DovletMaliyesiEnSonHali2015

3. Pul yığım vasitəsi kimi
Yığım vasitəsi - əmtəələrin satışı və xidmətlərin göstərilməsindən sonra əldə olunan elə aktivə deyilir ki, gələcəkdə öz nominal alıcılıq qabiliyyətini saxlaya bilsin.
Pulun üçüncü funksiyası – yığım vasitəsi kimi çıxış edə bilməsidir. Əlbəttə, istənilən aktiv yığım vasitəsi kimi çıxış edə bilər. İnsanlar öz var-dövlətlərini qiymətli daşlar, incəsənət əsərləri, evlər, aksiya və öhdəliklər şəklində saxlaya bilərlər. Ancaq pul bu funksiyanı yerinə yetirmək üçün daha uyğundur, çünki ona likvidlik xüsusiyyəti xasdır.
Likvidlik – aktivlərin ödəniş forması kimi çıxış edə və öz nominal dəyərini saxlaya bilməsidir.
Pul bu xüsusiyyətlərə malikdir. O tədavül vasitəsi kimi çıxış edə bilir və dəyər ölçüsü funksiyası olduğuna görə qiymət miqyası səviyyəsində öz nominal dəyərini itirmir. Digər aktivlərdə bu xüsusiyyət az və ya çox miqdarda var, ancaq pulda olduğu kimi onlar tam likvidliyə malik deyillər. Məsələn: hökumətin qısamüddətli qiymətli kağızları və veksellər adətən yüksək likvidli sayılırlar. Çünki bu kağız-ların bazar qiymətləri, demək olar ki, günbəgün heç dəyişmir və istənilən an maliy-yə fondlarında satıla bilərlər. Bu zaman sövdələşmə xərcləri çox az miqdarda olacaq.
Aksiya və uzunmüddətli öhdəliklər (müxtəlif özəl firmalar tərəfindən buraxı-lan) hökumət kağızlarına nisbətən daha az likvidliyə malikdir. Bu aktivlərin qiy-məti müəyyən vaxt ərzində tez-tez dəyişir və onların satılması və alınması zamanı çıxan xərclər çox olur. Bu aktivlər orta səviyyəli likvidliyə malikdirlər.
Mülk (ev, ferma, mağaza və s.) çox az likvidliyə malikdirlər. Onların qiyməti çox dəyişkəndir. Evə və ya torpaq sahəsinə alıcı tapmaq bir neçə ay vaxt tələb edə bilər və bu əməliyyatlar üçün alınan xərclər ( maklerlərə verilən pul, reklam, hüqu-qi rəsmiləşdirmə) çox böyükdür.
Pulun likvidlik xüsusiyyəti onu qısa müddətə saxlamaq üçün ideal yığım vasitəsi edir. Ancaq pulun nöqsanı odur ki, sahibi az likvidli aktivlər saxlamaq əvə-zinə pulu saxlamağa üstünlük verərsə, onda o az likvidli aktivlərin gətirdiyi gəlir-lərdən əl çəkməlidir. Düzdür, elə bank hesabları var ki, pulu ora qoyduqda gəlir götürmək mümkün olur. Ancaq bu gəlir korporasiyanın obliqasiyalarından gələn gəlirdən, aksiyalara verilən dividentlərdən və ya firma və mağazaların əldə etdikləri gəlirlərdən çox aşağıdır.
İnflyasiya dövründə pul, yığım vasitəsi kimi öz cəlbediciliyini itirir. Əgər gün-dəlik dollara, pesoya və ya manata daha az əmtəə almaq mümkün olarsa, insanlar pulu daha az müddətə saxlamaq istəyəcəklər. Məlumdur ki, hiperinflyasiya döv-ründə işçilər əmək haqqını aylıq yox, gündəlik tələb edirlər ki, pullarını sabahkı gün qiymətlər qalxana qədər xərcləyə bilsinlər.
O ölkədə ki hiperinflyasiya hökm sürür, orada yerli valyuta yığım vasitəsi kimi istifadə olunmur. İnsanlar yerli valyutanı qazandıqdan sonra onu dollara və ya hər hansı bir digər valyutaya dəyişirlər. Bundan sonra onlara müəyyən əmtəə və ya xidmət növü lazım olduqda, dolları öz yerli valyutalarına çevirirlər.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin