11.4. MAKROİQTİSADİ SİYASƏTƏ KEYNESÇİ VƏ MONETARİST BAXIŞLAR
Pul-kredit və maliyyə-vergi siyasətləri uzun inkişaf yolu keçmişlər. Müxtəlif iqtisadi məktəblərin nümayəndələri bu siyasətlər haqqında öz fikirlərini söylə-mişlər. Hal-hazırda bu siyasətlərin iqtisadiyyata etdikləri təsir və onların istifadə etdikləri alətlər iqtisadçıların mübahisə predmetidir.
Əsasən Keynesçilər, monetaristlər və yeni klassik məktəbin nümayəndələri bu haqda öz fikirlərini söyləmişlər.
Keynes konsepsiyasını II dünya müharibəsindən sonra bir çox iqtisadçılar qəbul etdi. Bir çox inkişaf etmiş ölkələrin hakimiyyəti öz iqtisadi siyasətini keçi-rərkən Keynesçilərin prinsiplərindən istifadə edirdilər. Ancaq sonradan Keynesçi-lərin metodlarını şübhə altına qoyan yeni iqtisadi nəzəriyyələr meydana çıxdı. Bu nəzəriyyələr əsasən monetarizm və səmərəli gözləmələr nəzəriyyələri idi.
30-cu illərin sosial-iqtisadi reallıqlarına əsaslanaraq meydana çıxan C. Keynes nəzəriyyəsində ilk dəfə olaraq bazar iqtisadiyyatı şəraitində cəmiyyətin iqtisadi həyatına dövlətin müdaxiləsinin konseptual nəzəri əsasları işlənib hazırlandı. C. Keynes 1936-cı ldə çapdan çıxmış”Məşğulluğun, Faizin və Pulun ümumi nəzəriy-yəsi” əsərində klassik və neoklassik təlimlərdən fərqli olaraq sübut etdi ki, dövlət tələb səviyyəsinə təsir göstərməklə bütünlükdə iqtisadiyyatı tənzimləyə bilər. Bu nəzəriyyənin əsasında səmərəli tələb ideyası durur. İqtisadiyyatın tənzimlənməsinin Keynes modeli, hər şeydən əvvəl, tələbin idarə olunmasında dövlət tənzimlənməsi ilə bazar mexanizminin vəhdətinə əsaslanır.
İqtisadi ədəbiyyatda dövlət tənzimlənməsinin Keynes modeli aşağıdakı istiqa-mətdə müəyyənləşdirilib.
1. Dövlət büdcəsi vasitəsi ilə milli gəlirin çox hissəsinin yenidən bölüşdürül-məsinə nail olunur;
2. Dövlət və qarışıq müəssisələrin yaradılması balansına sahibkarlığın geniş dövlət bölməsi yaradılır;
3. İqtisadi mühiti sabitləşdirmək, tsiklik enib-qalxmaları yumşaltmaq, milli məhsulun yüksək artım sürətinə nail olmaq və məşğulluğun səmərəli səviyyəsini təmin etmək üçün büdcə-maliyyə və kredit-maliyyə tənzimlənmələrindən geniş istifadə olunur.
Keynesçilərin fikrinə görə bazar iqtisadiyyatı daxilən davamsız bir sistemdir. Onların fikrinə görə kapitalizm makroiqtisadi stabilliyi təmin edə bilən mexanizmə malik deyil. Əsas iqtisadi parametrlər arasındakı disproporsiyalar məşğulluğun, qiymətin, istehsalın həcmində tsiklik dəyişmələr əmələ gətirir. Ona görə də Key-nesçilərin fikrincə, hökumət milli təsərrüfatın işlərinə qarışmalı, müxtəlif nəzarət funksiyalarını yerinə yetirməli və əsasən də pul-kredit və fiskal siyasət keçirməlidir.
Monetaristlərin fikrinə görə isə bazar iqtisadiyyatı yüksək iqtisadi stabillik təmin edə bilər. Onların fikrinə görə bütün tsiklik proseslər bazar mexanizminin zəifliyinə görə deyil, hökumət orqanlarının səhv fəaliyyəti nəticəsində baş verir. Buna görə də hökumət sektorlarının sayını minimuma endirmək, həmçinin diskret pul-kredit siyasəti vasitəsilə bazar sisteminə təsirini azaltmaq lazımdır.
Keynesçilik və monetarizm, əsasən, riyazi tənliklər əsasında mövcuddurlar. Keynes nəzəriyyəsi I yerə məcmu xərclər və onların komponentlərini çıxardır.
Keynesçilərin əsas tənliyi bu şəkildədir:
C+I+NX+G= ÜMM Burada C – əhalinin istehlak xərcləri, I – investisiya, NX – təmiz ixracat, G – hökumət xərcləridir. Bu bərabərliyin əsası o deməkdir ki, əhalinin məcmu xərcləri istehsal edilən ümumi əmtəə və xidmətlərin dəyərinə bərabərdir. M.Fridmen və F.Hayek belə hesab edirlər ki, dövlətin idarə edilmə sistemi bürokratiyadır, səmə-rəsizdir. Ümumiyyətlə, klassik nəzəriyyə tərəfdarları makroiqtisadi səviyyədə isteh-salın həcminə, məşğulluq səviyyəsinə dövlətin təsir göstərməsini məqsədəuyğun saymırdılar.
Keynesçilər fikirləşirlər ki, pul-kredit siyasətinin strateji konsepsiyası ilə ÜMM-un nominal müxtəlifliyi arasındakı əlaqə çox böyükdür. Müxtəlif monetar alətlərin tətbiqi bank sisteminin ehtiyatlarının dəyişməsinə səbəb olur, bu da pul təklifinə təsir göstərir. Pul təklifinin dəyişməsi isə faiz normasına təsir göstərir. Doğrudan da əgər pul təklifi artarsa, kredit götürmək asanlaşar, çünki maliyyə resursları təklifi artır, bu da onların qiymətini – faiz normasını azaldır. Pul kütləsi azaldıqda isə, əks nəticə meydana çıxır.
Faiz dərəcəsinin dəyişilməsi isə investisiya proyektlərinin effektivliyini dəyiş-dirir və kapital qoyuluşuna təsir göstərir. Birincisi, faiz dərəcəsinin dəyişilməsi is-tehsala və qiymətli kağızlara qoyulan kapitalın miqdarını dəyişdirir. İkincisi isə, iri proyektlərin həyata keçirilməsində faiz normasının azacıq belə dəyişdirilməsi kapitalın miqdarının çox böyük miqdarda dəyişməsinə səbəb olur.
İnvestisiyaların məcmu həcmi ÜMM-un həcminə təsir göstərir. Buna görə də pul-kredit siyasəti vasitəsilə inflyasiyaya və istehsalın fiziki həcminə təsir gös-tərmək olar.
Keynesçilər boyunlarına alırlar ki, pul-kredit siyasətinin fəaliyyəti və iqtisadiy-yatın vəziyyəti arasındakı əlaqə çox mürəkkəbdir. İqtisadi zəncirlərin biri əgər qırılsa, onda bütün iqtisadi sistem şok vəziyyətinə düşər. Pul-kredit siyasətini proq-nozlaşdırmaq üçün Mərkəzi Bank gərək hər bir iqtisadi parametr haqqında ətraflı məlumat əldə etsin. Bu məlumatları isə real şəraitdə əldə etmək mümkün deyil. Ona görə də pul təklifinin dəyişdirilməsi iqtisadiyyatda hökumət miqyasında göz-lənilməyən müxtəlifliklər əmələ gətirir. Bu da fiskal siyasətlə müqayisədə onun qeyri-effektivliyini göstərir.
Monetaristlərə görə isə pul təklifinin dəyişdirilməsi Keynesçilərin fikirləş-diklərindən daha çox, əsas makroiqtisadi parametrləri təyin edir. Bundan əlavə, onlara görə məşğulluq, istehsalın və inflyasiyanın səviyyəsini müəyyən edən iqtisadi parametrlər arasında pul təklifi ən vacib (praktik olaraq yeganə) faktor sayıla bilər. Monetaristlər Keynesçilərdən tamamilə fərqlənən bir səbəb-nəticə əlaqəsini irəli sürürlər. Onların fikirlərinə görə pul təklifi birbaşa məcmu tələbə təsir edir, təkcə faiz dərəcəsinin dəyişilməsi vasitəsilə investisiya həcminə təsir etmir. Monetaristlər pul tədavülü sürətini stabil götürdüklərinə görə belə bir nəticəyə gəlirlər ki, pul kütləsinin dəyişməsi ÜMM-un həcminin dəyişməsinə səbəb olur. Keynesçilər isə monetaristlərin pul tədavülü sürətinin stabil olması haqqında fikirləri qəbul etmirlər. Və bu da onlara imkan verir ki, monetaristlərin çəkdikləri sadə mexanizmi qəbul etməsinlər.
Ancaq buna baxmayaraq, monetaristlər qısamüddətli məqsədlərə çatmaq üçün pul-kredit siyasətindən istifadə etməyi məsləhət görmürlər, çünki bu siyasət iqtisa-diyyatın stabilləşməsinə mane olur. Onlar monetar qaydadan istifadə etməyi məslə-hət görürlər. Bu qaydaya görə pul təklifinin artım tempi real ÜMM-un potensial artımı ilə üst-üstə düşməlidir. Monetaristlərin fikrincə inkişaf etmiş bazar iqtisa-diyyatlı ölkələrdə ÜMM-un real artımı ildə 3-5% olmalıdır.
Keynesçilər bu nəzəriyyəni qəbul etmirlər. Onların fikrinə görə pul tədavülü sürəti dəyişkəndir, buna görə də pul kütləsinin həcminin illik dəyişilməsi məcmu xərclərin həcmində ciddi müxtəlifliklər əmələ gətirə bilər, bu da iqtisadiyyatın destabilləşməsinə səbəb olacaq. Diskret pul-kredit siyasəti bundan dəfələrlə əlve-rişlidir, çünki o, qlobal makroiqtisadi proseslərin elastiki korreksiyasına əlverişli şərait yaradır.
Keynesçilərin və monetaristlərin nəzəriyyələrindən əlavə, öz interpretasiyalarını təklif edən başqa bir iqtisadi nəzəriyyə da mövcuddur. Bu, 2 amil əsasında inkişaf edən «səmərəli gözləmələr nəzəriyyəsi»dir.
I. Bu nəzəriyyənin tərəfdarlarına görə iqtisadiyyatın bütün subyektləri tamamilə rasional vəziyyətdədirlər və istədikləri vaxt istənilən informasiyanı əldə edə bilər-lər. Bu o deməkdir ki, bütün firmalar və insanlar iqtisadiyyatın mexanizmi haq-qında biliyə malikdirlər. Bundan başqa, onlar biznes sistemində özlərinin ixtiyar-larında olan informasiyadan istifadə edərək öz fəaliyyətlərinin nəticələrini opti-mallaşdıra bilərlər.
II. Biznes sistemində bütün bazarlar mütləq konkurensiya bazarları sayılırlar. Bu nəzəriyyənin tərəfdarlarına görə bazarlarda tələb və təklifin təsiri altında qiymət-lərin enməsi və ya qalxması çox elastikdir. Və bu zaman tələb və təklif ətraf mühit-dəki müxtəlifliklərdən çox asılıdır.
Real şəraitlərin belə sadələşdirilməsi bu nəzəriyyənin tərəfdarları tərəfindən keçirilən pul-kredit siyasətinin qeyri-effektivliyindən danışmağa imkan verir. Doğ-rudan da pul kütləsinin dəyişməsi qiymətlərin adekvat şəkildə dəyişməsinə səbəb olur, çünki iqtisadi sistemin hər bir subyekti özünü sığortalamaq məqsədilə qiymət-lərin səviyyəsində müxtəlifliklər edəcək. Nəzəri baxımdan bu nəzəriyyə çox sərfəlidir, çünki o, gələcəyi görməyə imkan verir. Əldə olan informasiyanı heç bir kəs öz şəxsi məqsədləri üçün istifadə edə bilməz, çünki bütün subyektlərə bu informasiya məlumdur. Hər bir kəs öz iqtisadi azadlığını təmin edə bilməz. Nəticədə isə tama-milə sabit bir iqtisadi sistem mövcud olur. Ancaq bunlar hamısı kağız üzərində doğrudur.
Həqiqətdə isə pul kütləsində edilən müxtəlifliklər ÜMM-un səviyyəsinə heç bir təsir göstərmir, ancaq inflyasiyanın və ya deflyasiyanın əmələ gəlməsinə səbəb olur.
Keynesçilərin və monetaristlərin bu nəzəriyyəni şübhə altına qoyan bir çox fikirləri var. Doğrudan da, əgər yüksək kvalifikasiyalı professional iqtisadçılar də-qiqliklə hökumətin iqtisadi manevrlərinə dair tam dəqiq proqnozlar verə bilmir-lərsə, onda kim deyə bilər ki, hər bir kəs dəqiq proqnozlar verə bilər?
Bundan əlavə, aydındır ki, heç də bütün bazarlar (hətta ABŞ və Qərbi Avropa dövlətləri kimi inkişaf etmiş ölkələrdə) cəmiyyətin bu inkişaf səviyyəsində yüksək konkurentliyə malikdirlər. Monetar siyasətin isə ÜMM-un səviyyəsinə təsiri göz qabağındadır. Düzgün seçilmiş monetar siyasət vasitəsilə istənilən ölkəni krizis vəziyyətindən çıxartmaq olar.
Bu gün bir çox iqtisadçılar həm Keynesçilərin, həm də monetaristlərin siya-sətini qəbul edirlər.
İnkişaf etmiş ölkələrin çoxunun Mərkəzi Bankları öz praktik fəaliyyətlərində həm Keynesçilərin, həm də monetaristlərin metodlarından istifadə edirlər. Real həyatda müxtəlif arqumentləri nəzərdən keçirərək (ölkənin siyasi vəziyyətini, iqtisadi sistemin növünü) bu nəzəriyyələr arasında kompromis tapmaq lazımdır.
Əsasən həyatda Keynesçilərin stabilləşdirilmiş diskret pul-kredit siyasətindən istifadə edilir. Düzdür, bəzi ölkələrdə monetar siyasətdən də istifadə edilir.
Ümumi şəkildə desək, Keynesçilər daha çox diskret pul-kredit (gəlirlər üzərində nəzarət) və fiskal siyasətə üstünlük verirlər. Monetaristlərə görə isə iqtisadiyyatı stabilləşdirmək üçün ən yaxşı metod monetar siyasətdir. Bunlar arasındakı fərqlərdən biri də onların müxtəlif metodologiyalarının olmasıdır: birincilər iqtisadiyyatın effektivliyini ayrı-ayrı hadisələrin əsasında , ikincilər isə kompleks nəticələr əsasında hesablayırlar.