Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Gəlirin büdcələr arasında bölüşdürülməsi



Yüklə 0,73 Mb.
səhifə89/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   85   86   87   88   89   90   91   92   ...   171
DovletMaliyesiEnSonHali2015

Gəlirin büdcələr arasında bölüşdürülməsi
Büdcə sisteminə daxil olan bütün büdcələr zəruri gəlir mənbəyinə malik olma-lıdır. Büdcələrə daxil olan gəlirlər Azərbaycan Respublikasının Ali Qanunvericiliyi, yəni Konstitusiyası ilə, «Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının qa-nunu, «Vergi məcəlləsi», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbay-can Respublikasının qanunu və digər müvafiq qanunlar və sərəncamlarla müəyyən olunur. Ali və yerli dövlət hakimiyyəti orqanlarının funksiyalarının maliyyə təminatı üçün onlar qanunvericiliklə müəyyən gəlir mənbələri ilə təmin olunurlar.
Gəlirlərin büdcələr arasında paylaşdırılması ölkənin iqtisadi sistemi, vergi və gəlirlərin mövcud sistemi ilə həyata keçirilir və hər bir büdcə həlqəsi zəruri gəlir mənbəyi ilə təmin edilir və bununla onun iqtisadi, sosial inkişafı üçün maliyyə bazası yaradılır.
«Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının qanununa əsasən «Döv-lət büdcəsinin gəlirləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar balansı hesabına formalaşır».
Azərbaycan Respublikasının ərazisində qanunla müəyyən olunmuş tədiyələr üzrə daxilolmaların dövlət büdcəsi və digər büdcələr arasında bölgüsü ölkənin, regionların inkişaf proqramı nəzərə alınmaqla hər il üzrə qəbul olunan dövlət büdcəsi haqqında qanunla tənzimlənir.
Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq respublikada müəyyən edilmiş və büdcəyə ödənilən vergi və gəlirlər üç növə ayrılır: 1) dövlət vergiləri; 2) Naxçıvan Muxtar Respublikası vergiləri; 3) yerli vergilər (bələdiyyə vergiləri). Dövlət vergiləri Azərbaycanın bütün ərazisində tətbiq edilən vergilər olmaqla aşağıdakılardan ibarətdir:
- fiziki şəxslərdən gəlir vergisi;
- hüquqi şəxslərdən mənfəət vergisi;
- əlavə dəyər vergisi ;
- aksizlər;
- hüquqi şəxslərin əmlak vergisi;
- hüquqi şəxslərin torpaq vergisi;
- yol vergiləri;
- mədən vergisi;
- gömrük vergi və rüsumları;
- sadələşdirilmiş sistem üzrə vergilər;
- sosial vergilər;
- dövlət qanunvericiliyi əsasında təyin edilən sair vergilər və rüsumlar.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin