Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə93/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   89   90   91   92   93   94   95   96   ...   171
DovletMaliyesiEnSonHali2015

7. Sosial ayırmalar
Sosial ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq, sosial təminata və sosial ehtiyaclara bölünür. Sosial təminata ayırmalar məcburi xa-rakter daşıyır və xüsusi fondun yaradılmasını nəzərdə tutur.
8. Qrantlar
Qrantlar dövlət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanması və həyata keçirilməsi üçün müvafiq qanunvericiliklə nəzərdə tutulmuş yardımdır. Beynəlxalq təşkilatlar, xarici hökumətlər, xarici hüquqi və fiziki şəxslər qrantların donoru kimi çıxış edə bilər. Bunlardan asılı olmayaraq, qrantlar cari və əsaslı qrantlara bölünür. Cari qrantlar aktivlərin alınması ilə şərtlənməyən cari xərclərin örütülməsi ilə bağlı ödənişlərdir; əsaslı qrantlar isə aktivlərin alınması, verilməsi ilə şərtlənən ödəniş-lərdir. Belə qrantlar resipiyent qarşılıqlı öhdəliklərin bağlanmasına da sərf edilə bilər.
Digər gəlirlər
Digər gəlirlər mülkiyyətdən gəlirlərə, mal və xidmətlərin satışından daxilolma-lara, cərimə və sanksiyalar üzrə daxilolmalara və könüllü köçürmələrə bölünür. 87

Cədvəl 7.3. Azərbaycan Respublikasının2015-ci il üçün dövlət büdcəsinin gəlirləri

Sıra №-si

Gəlirlərin mənbələri

Məbləğ
(min manatla)

1

2

3

2.1.

Fiziki şəxslərin gəlir vergisi

982 000,0

2.2.

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

2 211 000,0

2.3.

Hüquqi şəxslərin torpaq vergisi

48 000,0

2.4.

Hüquqi şəxslərin əmlak vergisi

148 000,0

2.5.

Əlavə dəyər vergisi

3 456 000,0

2.5.1.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi

1 104 000,0

 2.6.

Sadələşdirilmiş vergi

145 000,0

2.7.

Aksiz

 684 000,0

2.7.1.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz

120 000,0

2.8.

Yol vergisi

67 600,0

2.8.1.

Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi

17 600,0

2.9.

Mədən vergisi

116 000,0

2.10.

Sair vergi daxilolmaları

180 000,0



Mənbə: www.finance.gov.az
Respublikamızda istehsal olunan və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların satış qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən 30 faiz yığım müəyyən edilir. 2008 ci ildən xam neftin bir barelinin ixrac qiymətinin 50 ABŞ dollarından çox olan hissəsinin 75 faiz hissəsi yığımlarda yer alır. Məhsullardan olan yığımlar dövlət büdcəsinə, xam neftdən olan yığımlar isə Dövlət Neft Fonduna köçürülür.
Cədvəl 7.4. Dövlət büdcəsinin gəlir və xərcləri




2007

2008

2009

2010

2011

2012

2013

Gəlirlər-cəmi, mlyn. manat

6006,6

10762,7

10325,9

11403,0

15700,7

17281,5



19496.3

o cümlədən




əlavə dəyər vergisi

588,6

627,2

581,9

590,2

715,7

813,0

859.7

aksizlər

2457,7

2862,3

1329,2

1429,9

2134,0

2252,0

2374.8

mənfəətdən vergi

27,1

30,6

26,2

35,3

35,3

30,6

33.1

mədən vergisi (royalti)

72,3

112,9

66,2

101,8

103,9

105,1

125.1

əhalidən gəlir vergisi

1179,2

1910,9

2012,8

2082,5

2222,7

2366,9

2710.0

əmlak vergisi

402,9

486,9

485,1

514,9

480,2

531,5

593.3

xarici iqtisadi fəaliyyətdən vergi

123,2

147,7

121,9

130,1

129,8

125,8

121.5

rüsumlar və qeyri vergi ödənişləri

293,2

449,7

418,1

291,8

433,1

592,5

675.2

torpaq vergisi

68,6

96,8

86,8

90,3

140,6

157,6

161.5

sair

793,8

4037,7

5197,7

6136,2

9305,4

10306,5

11842.1

Xərclər-cəmi, mlyn. manat

6086,2

10774,2

10503,9

11765,9

15397,5

17416,5

19143.5

o cümlədən




iqtisadiyyata

2350,0

4958,6

4373,9

4889,9

6803,2

6960,7

8207.5

sosial-mədəni tədbirlərə

1670,3

2312,5

2763,0

2901,4

3447,2

4072,9

4081.8

o cümlədən




təhsilə

723,0

979,7

1147,9

1180,8

1268,5

1453,2

1437.7

mədəniyyət və kütləvi informasiya vasitələrinə

257,2

346,2

402,4

429,2

493,4

609,4

618.9

səhiyyəyə

594,8

846,4

1054,4

1123,0

1495,4

1769,5

1750.3

idmana

95,3

140,2

158,3

168,4

189,9

240,8

274.9

sosial-müdafiə fonduna

43,9

62,1

83,3

92,8

106,1

116,7

117.0

sosial təminat fonduna verilmiş vəsaitlərə

431,3

533,9

648,9

668,5

710,3

929,2

1049.3

elmə

198,8

252,4

289,7

303,0

281,9

342,3

349.3

hüquq mühafizə orqanlarına

1391,9

2654,7

2345,1

2910,3

4048,8

4994,7

5338.6

Qaynaq: Azərbaycan Rəqəmlərlə 2014 ARDSK Nəşrləri.
Büdcənin neftdən əldə edilən gəlirlərin büdcə gəlirləri arasındakı yeri isə bu şəkildədir: Dövlət büdcəsi gəlirlərinə Azərbaycan Respublikası Dövlət Neft Şir-kəti (SOCAR) vasitəsiylə daxil olan neftin payı 2002-ci ildə 36.5% ikən, 2003-cü ildə bu nisbət 31% olmuşdur. Ancaq, Dövlət Neft Fondundan (ARDNF) transferlər də diqqətə alındıqda neft sektorunun dövlət büdcə gəlirləri içindəki payı 39.1% olmuşdur. 2009-cü ildə isə bu nisbət 47.9% (38.6% SOCAR-ın payı və 9.3% ARDNF-dən transferlər) səviyyəsində oldu.
Son illərdə büdcə gəlirlərində meydana gələn artışda neft ünsürü böyük rol oynayır. Rəqəmlər ildən ilə büdcə gəlirləri içində neft gəlirlərinin artdığını gös-tərir. Neft ixrac gəlirlərinin büdcə gəlirlərindəki payı 2006-cı ildən etibarən daha da artmışdır.
Xərclərdə sosial bir bazaya sahib olan 2015-ci il büdcəsində, əmək haqqla-rına, təhsil və müdafiə xərclərinə daha çox yer verilmişdir. Bu çərçivədə orta-lama əmək haqqları bir əvvəlki ilə görə 30% artırılmışdır. Ümumi olaraq təxminən 20 mlrd.dollar olan 2012-ci il büdcəsi, 2015-cı ildə 25 milyard dollara yaxınlaşmışdır ki , onun da 14 mlr dollara yaxını neft fondundan transferidir . Bu da Azərbaycana 2006-cı ildən başlayaraq “Əsrin Müqaviləsi” çərçivəsində neft gəlirlərinin daxil olması hesabına həyata keçirilsə də Amerkada başlayaraq dünyanı cənginə alan qlobal maliyyə böhranı nəticəsində neft qiymətinin dünya birjalarında kəskin ücuzlaşması Azərbaycan hökümətini bu addımı atmağa məcbur etdi. Dünya bazarlarında neft qiymətlə-rinin azalması büdcənin əvvəlki illərə nisbətən tədricən yavaş böyüməsində mühüm rol oynayır.
.

7.13. BÜDCƏ SİSTEMİNİN TƏŞKİLİ PRİNSİPLƏRİ


Bütün dövlətlərin iqtisadi və dövlət quruluşuna xas olan büdcə sistemi təşəkkül tapmış və formalaşmışdır. Azərbaycan respublikasının iqtisadi sisteminə, onun dövlət quruluşuna xas olan büdcə sistemi yaranmışdır.
Büdcə sisteminin qurulması və onun bütün növləri arasında qarşılıqlı əlaqələr büdcə quruluşu adlanır.
Büdcə sistemində birləşdirilən ayrı-ayrı müstəqil büdcələrin məcmusu dövlətin büdcə sistemini təşkil edir. Büdcə sistemi bütün büdcə növlərinin məcmusunu özündə əks etdirir. Ölkənin büdcə sisteminin təşkili əsasları dövlətin Konstitusiya-sında və büdcə sistemi haqqında qanunlarda əks olunur. Büdcə sisteminin təşkili müəyyən prinsiplərə əsaslanır ki, bu prinsiplər də ölkənin iqtisadi, siyasi və sosial əsasları üzərində qurulmuşdur.
Büdcə sistemi dövlətin inzibati ərazi vahidinin bütün büdcələrinin məcmusunu özündə birləşdirdiyinə görə onlar arasında qarşılıqlı münasibətlər qanunvericiliklə tənzimlənir. Büdcə sisteminin xarakteri ölkənin ictimai-iqtisadi və siyasi quruluşu ilə müəyyən olunur. Büdcə sisteminin təşkilati quruluşu və onların qarşılıqlı əla-qələri dövlətin iqtisadi və siyasi təşkili əsasında müəyyən olunur.
İnkişaf etmiş ölkələrdə (unitar dövlətlərdə) məsələn, Böyük Britaniyada, Fransa və s. kimi ölkələrdə büdcə sistemi dövlətin mərkəzi büdcəsindən və yerli özünü-idarə orqanlarının, yerli bələdiyyələrin büdcələrindən ibarətdir. Federal dövlətlərin büdcə sistemi üç həlqədən, yəni mərkəzi federal büdcədən, federasiyaya daxil olan subyektlərin büdcələrindən və yerli orqanların büdcələrindən ibarətdir. Məsələn, ABŞ-da, Rusiyada, Almaniya Federativ Respublikasında və s. büdcə sistemi üç həlqədən ibarətdir. ABŞ-da federal büdcə, ştatların büdcələri, Rusiyada respubli-kaların, vilayətlərin büdcələri və mərkəzi federasiyanın büdcəsindən ibarətdir.
Azərbaycan Respublikasının büdcə sistemi mərkəzi büdcədən, yəni respublika büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli hakimiyyət orqanlarının, o cümlədən, bələdiyyələrin büdcələrindən ibarətdir. Yerli hakimiyyət orqanlarının büdcələri respublika tabeçiliyində olan rayonların, şəhərlərin büdcələri və onların müvafiq bələdiyyələrinin büdcələrindən ibarətdir. Azərbaycan Respubli-kasının dövlət quruluşuna müvafiq olaraq bütün büdcə həlqələri, Respublikanın mərkəzi büdcəsi, rayonların, şəhərlərin büdcələri, yerli bələdiyyələrin büdcələri Respublikanın vahid büdcə sistemini təşkil edir və bütün büdcə növləri arasında qarşılıqlı maliyyə münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuşdur. Bununla yanaşı, Azərbaycanın büdcə sistemi «Dövlət büdcə-si haqqında» Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
Azərbaycan Respublikasının büdcə sistemi Dövlət büdcəsindən, yəni mərkəzi büdcədən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən ibarətdir. Yerli büdcələr respublika tabeçiliyində olan şəhərlərin büdcələrindən, rayonların büdcələrindən və bələdiyyələrin büdcələrindən ibarətdir.
Azərbaycan Respublikasının büdcə sistemi aşağıdakı mühüm prinsiplər əsa-sında qurulmuşdur:
1. Büdcə sisteminin vahidliyi;
2. Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi;
3. Gəlirlin və xərclərin büdcələr arasında bölüşdürülməsi;
4. Büdcələrin gəlirləri və xərclərinin, büdcədənkənar dövlət fondlarının həmin büdcələrdə tam əks olunması;
5. Büdcələrin balanslaşdırılması;
6. Büdcə vəsaitinin istifadə edilməsində səmərəlilik və qənaət rejiminə əməl olunması;
7. Büdcələrin aşkarlığı;
8. Büdcələrin həqiqiliyi (reallığı);
9. Büdcə vəsaitinin ünvanlı və məqsədli istifadəsi.
Həmin prinsipləri nəzərdən keçirək;
1. Büdcə sisteminin vahidliyi onu ifadə edir ki, bütün büdcə həlqələri Azərbay-can Respublikasını vahid büdcə sistemində birləşdirməklə onların gəlirləri və xərcləri vahid büdcə təsnifatı əsasında qurulur. Həm də gəlirlərin və xərclərin büdcə həlqələri arasında bölüşdürülməsi Respublikanın ali qanunvericiliyinə əsas-lanır. Bütün büdcələr gəlirlər və xərclər haqqında məlumatları, büdcələrin tərtibi və icrasını büdcə təsnifatı üzrə aparırlar.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin