Cübran Xəlil Cübran



Yüklə 1,96 Mb.
səhifə23/32
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#106377
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   32
İki alim
Bir vaxtlar qədim Əfkar şəhərində biri-birinin elminə nifrət edən və biri digərini alçaltmağa çalışan iki alim yaşayırdı. Zira, onlardan birisi allahların varlığını inkar edir, digəri isə onlara inanırdı.

Günlərin bir günü onlar bazar meydanında görüşdülər və tələbələri ilə əhatə olunmuş iki alim allahların olub-olmaması məsələsi ətrafında mübahisə açdılar. Və uzun çəkişmədən sonra aralandılar.

Həmin axşam inanmayan məbədə gedərək qurbangahın qar­şısında səcdə edib allahlardan onun naqis keçmişinin bağış­lan­masını istədi.

Elə həmin saatda əvvəllər mömin olan digər alim evin­də­ki bütün müqəddəs kitabları yandırırdı. Zira, indi o, allahlara inanmırdı.


Kədərim doğulanda
Mənim kədərim doğulanda, mən onu qayğı ilə əhatə edib məhəbbətlə böyütməyə başladım.

Və mənim Kədərim böyüdü, bütün digər canlılar kimi, güclü, gözəl və füsunkar oldu.

Biz sevirdik bir-birimizi – mən və mənim Kədərim. Və biz bizi əhatə edən dünyanı da sevirdik, çünki Kədərin xeyir­xah ürəyi vardı və mənimki də onun yanında xeyirxahlaşırdı.

Biz bir-birimizlə söhbət edəndə – mən və mənim Kə­də­rim – günlərimiz qanadlanır, gecələrimizsə yuxulara bələnirdi; Kə­dərin parlaq dili olduğundan onun yanında mənim də nitqim par­laqlaşırdı.

Biz birlikdə oxuyanda – mən və mənim Kədərim – qon­şu­lar pəncərənin qabağında oturub bizə qulaq asardılar, çünki nəğ­mələrimiz dəniz kimi dərin, onların melodiyaları isə əsra­rən­giz xatirələrlə dolu olardı.

Biz birlikdə gəzəndə – mən və mənim Kədərim – adam­lar bizi şəfqətli nəzərlərlə yola salar və arxamızca ən xoş sözlər söy­ləyərdilər. Elələri də vardı ki, paxıllıq eləyərdilər bizə, çün­ki Kədərim əsilli-nəcabətli idi və mən də fəxr edirdim onunla.

Lakin mənim Kədərim öldü, bütün digər canlılar kimi. Və məni fikir içində qoyub getdi.

İndi danışdıqca sözlərim mənə ağır gəlir.

İndi mən oxuyanda, daha qonşular mənə qulaq asmaq istəmirlər.

Küçədə gəzəndə də heç kim arxamca baxmır daha.

Yalnız yuxularımda eşidirəm ki, kimsə təəssüflə deyir: “Baxın, burda Kədəri ölmüş insan uzanıb”.
Sevincim doğulanda
Sevincim doğulanda, mən onu qucağıma alaraq dama çıxdım və qışqırdım: “Gəlin, ay qonşular, baxın necə bir Sevincim doğulmuşdur bu gün mənim! Gəlin, görün bu, günəşin altında qığıldayan varlığı”.

Və mənim böyük təəccübümə rəğmən qonşular mənim Sevincimə baxmağa gəlmədilər.

Yeddi ay dalbadal hər gün dama çıxaraq Sevincimi elan elədim, lakin heç kim mənə fikir vermədi. Mən və mənim Sevincim tək qaldıq, bir kimsə açmadı qapımızı.

Sonra Sevincimin rəngi saraldı, ölgünləşdi, çünki məndən başqa heç kimin ürəyi heyran olmadı onun hüsnünə və mənim dodaqlarımdan başqa heç kimin dodağı öpmədi onu.

Sevincim tənhalığa dözməyərək öldü.

İndi mən ölmüş Sevincimi yalnız ölmüş Kədərimi yadıma salanda xatırlayıram. Lakin yaddaş bir payız yarpağıdır küləkdə bir qədər xışıldayıb sonra eşidilməz olur.




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin