D ədə Qorqud ● 2016


Ülvi məhəbbətlə eybəcər aləmin ziddiyyəti



Yüklə 2,43 Mb.
səhifə40/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   36   37   38   39   40   41   42   43   ...   154
Ülvi məhəbbətlə eybəcər aləmin ziddiyyəti. «Əsli və Kərəm» dastanında ülvi məhəbbətdə eybəcər (real) aləm ziddiyyət təşkil edir. Əsərin məzmunu ilə möhkəm bağlı olan bu ziddiyyət adi təsadüflə deyil, müəyyən bir qanunauyğunluqla əlaqə­dar­dır. Bu qanunauyğunluq müxtəlif amillərdən doğur. Biz bunlardan yalnız ikisinə nəzər salaq.

Əsərdə ülvi məhəbbət həyatda (real aləmdə) mövcud olan məhdudluğa qarşı duraraq onun hüdudlarını dağıdır və özünü təsdiq edir. Belə ki, keşişə görə, Türk-Alban qızı xristian olduğuna görə müsəlman – Türk Oğuz oğlu ilə evlənə bilməz. Ke­şi­şin idealı, həyata baxışı belədir. Odur ki, Əsli və Keşişin arasında ziddiyyət yaranır. «Nə qədər atam var, mən ona pəsəm» və ya «ölüncə atamla olacağam qanlı» – deyən Əsli, Kərəm yandıqdan sonra onun faciəsindən dəhşətə gələrək ata-anasına (başqa sözlə eybəcər aləmə) nifrət oxuyur. Lənət yağdırır:

Atam tar-mar olsun taci-taxtında,

Ana, Kərəm yandı deyin ağlaram (1, 110).

Gözümlə görürəm Kərəm külünü,

Ana, Kərəm yandı deyin ağlaram!

Nəhayət, Əslinin yanması keşiş meyarının səhv olmasını təsdiq edir. Əsli ilə (və ya Kərəmlə) keşişin arasındakı ziddiyyət – ülvi məhəbbətlə eybəcər aləm arasındakı ziddiyyətin ifadəsi, həm də bu ziddiyyət ülvi məhəbbətin təntənəsi kimi nəticələnir.

Sinfi cəmiyyət dini meyarlar üzündən ülvi məhəbbəti məhv edir. Bu sinfin özü­nün antihumanist­liyin­dən doğan bir qanunauyğunluqdur. Lakin nəticə etibarı ilə, ülvi mə­həbbətin məhvi belə, onları əhatə edən aləmin məğlubiyyətinə çevrilir. Bu ziddiy­yətdə ülvi məhəbbət eybəcər aləmi inkar edərək qalib gəlir. Əsli və Kərəm məhv olur­lar. Onların məhəbbəti faciə ilə nəticələnir. Lakin onların məhvi onları əhatə edən alə­min inkarı və məğlubiyyətidir. Beləliklə, «Əsli və Kərəm»də bu aləm, bu mühit və bu mü­hitdən doğan keşiş «fəlsəfi» tənqid olunur. Nəhayət, onun əksinə başqa bir aləm – ülvi məhəbbət aləmi tərənnüm edilir.

Əsərdə ideal məhəbbət məsələsi, ülvi məhəbbətlə qarşılıqlı şəkildə qoyulmuş və bunlar arasında yaranan oxşarlıq müəyyən bir vəhdətlikdə nəticələnmişdir. Buna əsa­sən də biz «Əsli və Kərəm»də təsvir olunan məhəbbəti ülvi və ideal məhəbbət adlan­dı­ra bilirik. Çünki əsərdə təsvir edilən ülvi obrazlar, hadisələr ideal obrazlar, hadisələr ki­mi də qiymətləndirilir.

Əsərdə ülvi və ideal məhəbbət geniş təcəssüm etdirən obraz və hadisələrdə es­te­tik ideal ifadə olunur.

Beləliklə, «Əsli və Kərəm» – dastanında ülvi məhəbbət estetik idealın ən parlaq təcəssümünü doğurur.
ƏDƏBİYYAT
1. Azərbaycan dastanları. II c., Bakı, 1966.

2. N.Tusi. Əxlaqi Nasir. Bakı, 1989.

3. Hegel. Ruh fəlsəfəsi. Bakı, 2003.

4. Osman Əfəndi. Estetik idrak (nəzəriyyəsi və tətbiqi). Bakı, 2014.

5. Osman Əfəndi. Estetik ideal və onun folklorda təcəssümü. Bakı, 2005.

6. Малигин. О восвышенном. Л., 1966.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin