D ədə Qorqud ● 2016


Folklorumuzun dünya kültürü içərisində qorunub saxlanması məsələsi



Yüklə 2,43 Mb.
səhifə105/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   101   102   103   104   105   106   107   108   ...   154
Folklorumuzun dünya kültürü içərisində qorunub saxlanması məsələsi

Müstəqil dövlət kimi Azərbaycan Respublikası milli-mənəvi dəyərlərinə sahib çıxmaq, Azərbaycanda yaşayan bütün xalqların folklor sərvətini qorumaq yönündə ardıcıl siyasi iradə ifadə edir. Cəmiyyətimizin inkişafı, qloballaşan dünyada Azər­bay­can xalqının öz layiqli yerini tutması, folklorumuzun qorunması, elmi əsaslarla öyrə­nilməsi bu sahədə yeni, daha güclü mənəvi və elmi bazaya malik olan normativ hüquqi aktların qəbul edilməsini aktuallaşdırır.

Folklor və onun konsentrasiya etdiyi milli-mənəvi dəyərlər sistemi azad xalq və müstəqil dövlət kimi bizim dünya sivilizasiyasına inteqrasiya prosesinə verə biləcə­yi­miz ən böyük töhfə, eləcə də, bu qloballaşan dünyada milli varlığımızı qoruyub sax­la­maq üçün özünümüdafiə mexanizmimiz, imkan və vasitəmizdir.



Folklorun elmi əsaslandırılmış, mahiyyətinə varılmaqla təşkil olunmuş təbliği təkcə pedaqoji – psixoloji fəaliyyət olmaqla bitmir, o, dünəninə baxmaq, bu gününü qiymət­ləndirmək, sabahını qurmaq üçün toplumun birləşməsi, bütövləşməsi, ictimai-siyasi, mil­li-mənəvi proseslərdə həmmüəlliflik, həmiştirakçılıq imkanı yaratmaq deməkdir.

Folklor materialları varlığın – şəxsin, nəslin, tayfanın, xalqın, millətin, cəmiyyə­tin, dövlətin mövcudluğu, varlığı və mahiyyəti ilə bağlı bu və ya digər konsepsiya haqda informasiya mənbəyi olmaqla yanaşı özünün və ətraf dünyanın dərk edilməsi üçün yeni forma və metodların tapılmasına da təkan verir. Daha doğrusu, yaxşı, dərin­dən unudulmuş köhnələrin xatırlanmasına kömək edir.

Xüsusi olaraq qeyd edilməlidir ki, folklor təkcə milli qanunvericiliyin deyil, eyni zamanda beynəlxalq hüququn və beynəlxalq münasibətlərin də predmetinə çevrilir. YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qəbul etdiyi sənədlər, bəşəriyyət üçün vacib olan qeyri-maddi mədəni irs sərvətlərinin qorunması isti­qamə­tindəki fəaliyyətləri folklor nümunələrinə diqqəti artırmış, dövlətlərin bu yöndəki işinə təkan vermişdir.

Azərbaycan Respublikası beynəlxalq səviyyədə qəbul edilmiş


  • Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993);

  • Müəlliflik hüququ haqqında 6 sentyabr 1952-ci il Ümumdünya Konvensiyası (1997);

  • Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il Konven­siyası (1997);

  • Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında 1995-ci il Konvensiyası (2003);

  • Qeyri-maddi mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006);

  • Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyasına (2010) qoşulmuşdur.

Konvensiyaların əksəriyyəti müstəqillik dövründən əvvəl qəbul edilsə də, məhz müstəqillik illərində ratifikasiya edilməsi milli-mənəvi dəyərlərimizin müstəqil dövlə­timiz üçün daşıdığı önəmin bariz göstəricisidir.

Eyni zamanda, xatırlatmaq istərdim ki, Azərbaycanın maddi-mənəvi sərvətləri məhz müstəqillik dövründə YUNESKO-nun qərarı ilə dünya xalqlarının qeyri-maddi mədəni irsi sırasına daxil edilmişdir.

Belə ki, Azərbaycanın 7 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qey­­­ri-mad­­di Mədəni İrs üzrə Reprezentativ Siyahısına, 1 irs nümunəsi Təcili Qo­run­ma­ya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir:

1. "Azərbaycan Muğamı" 7 noyabr 2003-cü il tarixində Azər­bay­can muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olun­muş­dur. 2008-ci ildə Azərbaycan muğamları YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Rep­rezentativ Siyahısına daxil edilmişdir.

2. "Azərbaycan Aşıq Sənəti” 28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində Bir­ləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qə­bul edilmiş qərara əsasən, Azərbaycan Aşıq Sənəti YUNESKO-nun Qeyri-maddi Mə­də­­ni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

3. "Novruz" 28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləş­miş Ərəb Əmir­lik­lərininAbu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Tür­kiyə, Özbəkistan) kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

4. "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti" 15-19 noyabr 2010-cu il tarixində Keniyanın Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

5. "Tar və Onun İfaçılıq Sənəti" 3-7 Dekabr 2012-ci il tarixində Parisdə keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 7-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Tar və onun ifaçılıq sənəti" YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

6. "Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyu­nu" 2-8 dekabr 2013-cü ildə Bakıda keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsa­sən, "Azərbaycan Respublikasında Çovqan ənənəvi Qarabağ atüstü oyunu" YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

7. "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazır­lanması və istifadə olunması" 24-28 noyabr 2014-cü il tarixində Parisdə ke­çi­ri­lən Qey­ri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu ses­si­yasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

8. “Lahıcın misgərlik sənəti” 30 noyabr - 4 dekabr 2015-ci il ta­ri­xin­də Nami­biya­da keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komi­təsinin 10-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Bundan başqa, YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısına 10 abi­də­miz salınmışdır. Bunlar:

1. Suraxanı, Atəşgah (1998)

2. Naxçıvan Mavzoleyi (1998)  

3. Hirkan Dövlət Qoruğu (1998)

4. Binəqədi Dördüncü Dövr Fauna və Flora Ehtiyatı (1998)

5. Lök-Batan Palçıq Vulkanı (1998)

6. Bakı Dağları (1998)

7. Xəzər sahili mühafizə konstruksiyaları (2001)

8. Şuşa tarix-memarlıq qoruğu (2001)

9. Ordubad tarix-memarlıq qoruğu (2001)

10. Şəki Xan Sarayı (2001)

Azərbaycanın iki maddi irs nümunəsi YUNESKO-nun Ümumdünya İrs siya­hı­sı­na daxil edilmişdir: "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kom­pleksi” və "Qo­bustan Qaya Sənəti Mədəni Landşaftı".

Qeyd: 18-19 dekabr 2013-cü il tarixində Parisdə YUNESKO-nun Silahlı Mü­na­qi­şələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 8-ci Sessi­ya­sı çərçi­vəsində Azərbaycanın hər iki mədəni irs nümunəsinə "gücləndirilmiş müha­fi­zə" statu­su verilmişdir [5].

Bütün bunlar müstəqillik dövründə Azərbaycanın milli-mənəvi sərvətlərinin qo­run­ması və inkişaf etdirilməsi yönündə dövlətimizin həyata keçirdiyi siyasətin nəti­cə­si­dir.

Qeyd edilməlidir ki, bugün mövcud qanunvericilik folklor nümunələrinin istifa­dəsi qaydalarını tənzimləsə də folklor nümunələrinin toplanması və qorunması ilə bağ­lı qaydaların qanunvericilik səviyyəsində tənzimlənməməsi bir çox problemlər ya­radır. Folklor nümunələrini toplayan, onları sistemləşdirən və dərc edən çoxsaylı təşki­latlar və mütəxəssislər üçün ümumrespublika səviyyəli normativ hüquqi akta ehtiyac vardır.

Məlumdur ki, 2012-ci ildə Folklor İnstitutuna və onun əməkdaşlarına qarşı 400 000 manat iddialı məhkəmə işi qaldırılmışdır. Mütəxəssislərin, mətbuatın və hü­quq­şünasların uzun müddət gündəmində olmuş məsələnin məğzi bundan ibarətdir ki, folklor toplayıcısı elmi ənənəyə sadiq qalaraq söyləyicinin dediklərini olduğu kimi qeyd etmişdir. İnstitutumuzun mütəxəssislərinin və hüquqşünasların səyi ilə məhkəmə Folklor İnstitutuna qarşı yönəlmiş iddianı rədd etsə də, ictimai fikirdə və mütəxəssislər arasında bu diskussiya davam etməkdədir. Bu məsələ ilə bağlı məhkəmə presedenti olsa da normativ tənzimləmə mexanizmi yoxdur.
Nəticə

Nəticə olaraq qeyd etmək istəyirəm ki, müstəqillik dövründə milli dəyərləri­mizin, o cümlədən folklorumuzla bağlı fəaliyyətlərin tənzimlənməsi üçün geniş qanun­ve­ricilik bazası yaradılmışdır. Bununla belə, qanunvericiliyin təkmilləşdirilməsi yö­nün­də səylər davam etdirilməlidir.



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin