Çapa tövsiyə edən: AMEA-nın müxbir üzvü Muxtar İmanov
Təyyar SALAMOĞLU
F ilologiya üzrə elmlər doktoru,
ADPU-nun professoru
e-mail: tayyarsalamoglu@yahoo.com
EPOSDAN ROMANA DOĞRU
(“Qarlı aşırım”da epos ənənələri)
II yazı
At kultu: eposda və romanda
Xülasə
Məqalədə F.Kərimzadənin “Qarlı aşırım” romanı və “Kitabi-Dədə Qorqud” eposundakı at obrazları estetik funksiya müstəvisində təhlil predmetinə çevrilir. Həm romanda, həm də eposda at – qəhrəman münasibətləri araşdırılır. Etnik yaddaşda ata verilən “qəhrəmanın yardımçısı” statusunun milli roman düşüncəsində də qorunub saxlanmasına diqqət yetirilir. At-qəhrəman münasibətlərinin təfsilatlı və müqayisəli təhlili müəllifi belə bir qənaətə gətirir ki, “eposdan gələn roman” heç də eposun roman variantı deyil; müəllifin estetik düşüncəsinin mayasında epos təfəkkürünün dayanıqlılığını işarələyir.
Açar sözlər: epos, roman, mif, tanrıçılıq, model, mətn
Dostları ilə paylaş: |