D ədə Qorqud ● 2016



Yüklə 2,43 Mb.
səhifə36/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   32   33   34   35   36   37   38   39   ...   154
Kərəm ülvi obrazdır. Bu obraz Azərbaycan xalq ədəbiyyatındakı bütün məhəb­bət qəhrəmanlarının şahı kimi şöhrət qazanmışdır. Məhz buna görə də bu obraz milli mədəniyyətimizin çərçivəsindən kənara çıxır. Heç şübhəsiz ki, bu şöhrəti doğuran amil­lərdən ən başlıcası ümumbəşəri problemin bu obraz vasitəsilə təcəssü­müdür. La­kin Kərəm surətini şöhrətləndirən digər xüsusiyyətlər də çoxdur, nəhayət, onun ülvi və fa­ciəvi bir surət olması da belə xüsusiyyətlərdən ən əhəmiyyətlisidir. Beləliklə, fol­klor­da estetik-ideal problemi ülviliklə faciəviliyin vəhdəti şəklində ifadə olunur ki, bu­nun da nümunəsini Kərəm surətində görürük.

Ümumiyyətlə, dünya ədəbiyyatında mövcud olan bu cür obrazlar – yəni ülviliklə faciəviliyin vəhbəti vasitəsilə estetik idealı təcəssüm etdirən obrazlar – bəşər mənə­viyyatının abidəsinə çevrilmişdir. Prometey, Məcnun, Fərhad və s. kimi obrazlar məhz belə nümunələrdəndir.

Əsas diqqətimizi bu surətdə mövcud olan ülvi keyfiyyətlərə yönəldək.

Hər şeydən əvvəl əsərdə Kərəm surətinin insanda oyatdığı heyrət, pərəstiş, qor­xu, əzəmət, hörmət, rəğbət hisslərinin vəhdəti diqqəti cəlb edir. Kərəm surəti insan­da:

Heyrət hissi oyadır – Kərəm məhəbbətinin qeyri-adiliyi. Sonsuzluğu olduqca hey­rətlidir;

Pərəstiş hissi oyadır –Kərəm məhəbbətinin saflığı, paklığı, gözəlliyi aludəçilik doğurur;

Əzəmət hissi oyadır – insan Kərəm kimi qüdrətli, vüqarlı, ardıcıl, yenilməz olmağı arzu edir;

Rəğbət hissi oyadır – Kərəm məhəbbətinin sonsuz gözəllikləri, qüdrətli paklığı və s. insanın rəğbətinə səbəb olur.

Həm də Kərəm surətinin insanda oyatdığı bütün bu hisslər bir vəhdət təşkil edir, yəni qorxu hörməti, hörmət pərəstişi, pərəstiş əzəməti, əzəmət rəğbəti, rəğbət qorxunu, qorxu heyrəti və s. dialektik şəkildə doğurur və bu proses bir tam kimi təzahür edir. Beləliklə, bu keyfiyyət Kərəm surətinin ülviliyə məxsusluğunu göstərir.

Lakin, Kərəm surətinin ülvi məzmunun açılmasında bu keyfiyyət yeganə amil deyildir. Bu obrazın ülvi mahiyyətini aça bilən başqa xüsusiyyətlər də mövcuddur. Ülviliyin məzmununu təşkil edən keyfiyyətlərin bu obrazda öz ifadəsini tapa bilməsi faktı bu mövcudiyyata aiddir.

Kərəm əlçatmaz gözəlliklərin, sonsuz məzmunun konkret, fərdi formada ifadə­sidir. Ülvi məhəbbət sonsuzluqla əlaqədardır, yəni, o, insanın ruhi aləmindəki pak­lı­ğın, əlçatmaz, sonsuz gözəl­liklərin qüdrətli məzmunundan ibarət olan bir proses­dir. Lakin bu sonsuz hadisələrdən doğan məzmun konkret, fərdi formada meydana gəlir. Bir tərəfdən bu obrazda neçə-neçə adamlara məxsus olan mənəvi keyfiyyətlər öz adi dairələrindən kənara çıxan bir hadisəyə çevrilir və bu prosesdə minlərlə adamlara məx­sus olan gözəllik keyfiyyətləri öz adi və ötəri keyfiyyətlərindən tamamilə təmiz­lənərək ideal səviyyəyə yüksəlir. Digər tərəfdən, sonsuz məzmun kəsb edən ülvi mə­həb­bət bu obraz vasitəsilə konkret şəkildə formalaşır. Beləliklə, Kərəm əlçatmaz gö­zəl­liklərin və sonsuz məzmunun bir ifadəsidir. Bu proses yalnız folklorda deyil, klas­sik sənətdə də öz əksini geniş tapa bilmişdir. Məsələn, Füzulinin Məcnun və Leyli obrazları buna nü­munədir. Belə ki, bu əsərdə bir çox sevən və sevilən adamlara məxsus keyfiyyətlər tə­sadüfi və adi xüsusiyyətlərdən təmizlənmiş və ideal bir səviyyəyə yüksələrək Leyli və Məc­nun surətində konkretləşmişdi. Odur ki, «Leyli və Məcnun» əsərində sonsuz gö­zəl­liklərin konkret ifadəsi Leyli və Məcnun obrazları vasitəsilə ülvilik anlayışı yarat­mışdır.

Kərəm surətində olan şeylə ola bilən şeyin vəhdəti ifadə olunur. Kərəm-sevən bir aşiq kimi olan şeydir. İnsanın sevməsi, sevdiyi qıza vurulması, sevgilisinin eşqdən əzab-əziyyət çəkməsi, hicran günlərinə çətin dözməsi, fəryad etməsi və s. həyatda olan şeydir.

Lakin eşqdən insanın od tutub yanması isə ola biləcək şeydir ki, bunların vəhdəti ülviliyin məzmununu təşkil edir. Bütün bu keyfiyyətlər Kərəm surətinin ülvi məzmu­nu­nu təsdiq edir.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin