D ədə Qorqud ● 2016


Ülvi məhəbbət rəmzi – Yanmaq



Yüklə 2,43 Mb.
səhifə39/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   35   36   37   38   39   40   41   42   ...   154
Ülvi məhəbbət rəmzi – Yanmaq. Əsərlərdə ülvi məhəbbət rəmzi bəzən «od», «alov», «yanmaq» şəklində ifadə olunur. Burada bir proses kimi təsvir edilən «od», «alov», «yanmaq», mövcud bir gerçəkliyin real inikası kimi deyil, rəmzi şəklində in­sanın daxili aləminin çılğın və ecazkar keyfiyyətinin, sonsuz və qeyri-adi ma­hiy­yə­tinin ifadəsi kimi meydana gəlir. «Belə ki, «alov», «od», «yanmaq», sözləri metaforik plan­da insan ruhunun, daxili aləminin elə vəziyyətini ifadə edirlər ki, biz bunu mə­həb­bətin sinonimləri adlandırırıq (6, 35). Deməli, «od», «alov», «yanmaq» ülviliyin sino­nim kimi, məhəbbət dastanlarında ülvi məhəbbətin rəmzinə çevrilir. Lakin insanın ruhi alə­mi­nin bu vəziyyəti (yanmaq) ülvi məhəbbətin sinonimi kimi şərti xarakter daşımır, yə­ni «yanmaq» prosesi bu məzmunu şərti olaraq ifadə etmir. Bu prosesi («yanmağı» ülvi məhəbbətin rəmzi ifadəsinə çevirən müəyyən bir qanunauyğunluq vardır ki, bura­da ülviliyə məxsus keyfiyyətlər başlıca rol oynayır. Belə ki, «yanmaq» ülvi məhəb­bətin rəmzi kimi aşağıdakı keyfiyyətlərdən doğur:

  1. «Yanmaq» – qeyri-adi və normadan kənar hadisədir.

  2. «Yanmaq» – olan şeylə ola biləcək şeyin vəhdətidir.

  3. «Yanmaq» – əlçatmaz və sonsuz məzmunun konkret ifadəsidir.

  4. «Yanmaq» – mənəvi gözəlliyin əzəməti və eybəcər aləmin inkarıdır.

  5. Nəhayət, «yanmaq» – ülvi məhəbbətin məzmunundan doğan və onu əks etdirən estetik təzahürüdür.

Azərbaycan xalq ədəbiyyatında geniş yer tutan «yanmaq» motivinin ən qabarıq, ən ecazkar və ən kamil ifadəsi özünü «Əsli və Kərəm» dastanında tapmışdır. Əsli və Kərəm məhəbbətdən alovlanıb yanırlar.

Burada «yanmaq» bir hadisə kimi ülvi məhəbbətin mahiyyətini açır. Beləliklə, bu proses, Kərəmin və ya Əslinin ülvi bir obraz kimi təsdiq edilməsində əsas və başlıca rol oynayır və Kərəm məhəbbətinin ülvi məzmununu qabardır.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin