Çapa tövsiyə edən: Fil.ü.e.d. Ramazan Qafarlı
Aydın MUSTAFAYEV
A MEA Folklor İnstitutunun elmi işçisi
e-mail: aydin_mustafayev@mail.ru
AZƏRBAYCANDA AĞAC PİRLƏRLƏ BAĞLI İNANCLAR
Xülasə
Türk mifologiyasında ağac kultu mifik təfəkkür sisteminin formalaşmasında mühüm rol oynamışdır. Dünya mifoloji modelinin başlanğıcı sayılan ağacın əski çağlardan müqəddəs dəyərləndirilməsi, xariqüladə keyfiyyətləri, onun magik xüsusiyyətləri bölgələrdə yaşantısını hələ də qoruyub saxlayır. Bu, pir-tapınaqlarla bağlı inanclarda da özünü göstərir. Məqalədə ağacla bağlı inam və inancların xalqımızın dünyagörüşündə, məişətində qorunub saxlanılması, toplum arasındakı mövqeyi, rolu araşdırılır.
Açar sözlər: ağac kultu, Tanrıçılıq, “Şəfa ağacı”, tapınaqlar
Dostları ilə paylaş: |