МИФОПОЭТИЧЕСКИЕ АСПЕКТЫ РОМАНТИЧЕСКОГО МЫШЛЕНИЯ
Резюме
В статье к проблеме миф и романтизм, завоевавшим в последние годы широкую актуальность. Здесь так же обосновывается наличие, существование во все времена сильной связи между мифом и художественной литературой. Особо отмечается все протекания этого процесса как в эволюционном так и в типологическом аспектах. Впервые мифопоэтические аспекты романтического мышления привлекаются к исследованию.
Ключевые слова: романтическое мышление миф и художественная литература, мистическое чувство и магическое созерцание, абсолютная мифология и относительная мифология.
Mif və romantizm problemi son illərdə geniş aktuallıq qazanmış və prinsip etibarı ilə ona görə mühüm sayılmışdır ki, hər ikisində dünyanın başlanğıcında yaranışların qaranlıqdan keçib işıqlı aləmdəki inkişafı əsas götürülmüşdür. Araşdırmaların əksəriyyəti ilkin dünyaanlamının xüsusiyyətlərini və romantik düşüncənin spesifikliyini aydınlaşdırmaq məqsədinə yönəldilmişdir. Romantiklərdə tarixi-ənənəvi və milli-mənəvi mifologiyaya geniş dairədə maraq oyanması ilə ədəbi obrazlara və səyyar süjetlərə müraciətlərin zəruriliyinin əsas səbəbləri üzə çıxarılmış, ənənəvi mifologem yaradıcılığında yenidən mənalandırılmanın təhlil yolları və üsulları tapılmışdır. Təsadüfi deyil ki, XX əsrin “Azərbaycan romantikləri folklor nümunələrini millilik məzmunu, xəlqilik mahiyyəti daşımalarına görə qiymətləndirir, onlara məhz bu cəhətdən üstünlük verirdilər” (2, 42). Bu mənada folklorun, xüsusilə mifologiyanın ayrı-ayrı aspektlərinin – ümumi və milli mifologiyaların, “mütləq fenomen mifologiyası” və “tarixi fenomen mifologiyası”nın bir-biri ilə əlaqələndirilməsi, yazılı ədəbiyyata tətbiqi prosesi bu gün də mühüm əhəmiyyət kəsb edir. Çünki mifoloji təfəkkür bəşər tarixinin bizə məlum olan ilkin inam və etiqadlarının toplusudur. Sənətkarın mif mətnləri və süjetlərinə üz tutması mənsub olduğu xalqın inam və etiqadlarını yalnız formal şəkildə yenidən yaratmaq məqsədi daşımır, həmçinin mənəviyyata təsir və yaşanılan çox əski tarixə yanaşma tərzini öyrədir.
Mif və bədii ədəbiyyat arasında bütün dövrlərdə güclü əlaqə olmuşdur. Bu proses həm təkamül, həm də tipoloji aspektlərdə aparılmışdır. Təkamül aspektinə görə, mif cəmiyyətin təşəkkül dövrünün məhsuludur və yazılı ədəbiyyatın formalaşmasına təkan verən əsas prosesdir. Antik yunan ədəbiyyatının "İlliada" və "Odisseya" kimi abidələri mifik obrazlar və süjetlərlə bütövlük qazanmışdır. Orta əsrlər Avropa ədəbiyyatına təsir edən antik ədəbiyyat nümunələri qədim mif süjetləri və motivlərini də özü ilə birlikdə növbəti əsrlərə keçirmişdir. Təkamül aspektindən fərqli olaraq, tipoloji aspekt mifologiya və yazılı ədəbiyyatı iki əks qütbə ayırırdı ki, burada da dünyanı dərk etmə və onu əks etdirmə məsələlərinə görə mif və ədəbiyyatın başqa-başqa tərəfləri açıqlanırdı. Mifoloji mətnlərdən anlaşıldığı kimi, mifdə hadisələr düzxətli hərəkət etmir. Dövrəviliyin daha çox üstünlük qazandığı miflərdə bu və ya digər proseslər təkrarlanır. Bədii ədəbiyyat nümunələrində isə müraciət olunan mövzu hər hansı bir süjet üzərində qurulur.
XIX əsrin ikinci yarısının və XX əsrin birinci rübünün ədəbi prossesinin mühüm fərqləndirici əlaməti ondan ibarətdir ki, yazıçılar fərdi yaradıcılıqlarında poetik mifyaratmaya ardıcıllıqla meyl göstərirdilər. Təsadüfi deyil ki, ötən yüzillikdə mifin bir sıra mühüm elmi konsepsiyaları meydana gəlmiş, filosoflar, antropoloqlar, psixoloqlar, linqivistlər və folklor-şünaslar insanın mənəvi həyatının mif fenomeninin spesifik cəhətlərini açmağa can atmışdılar. Saysız-hesabsız təşəbbüslər içərisində mifin təbiətinə daha məhsuldar və əsaslı şəkildə nüfuz edənlər həmin çağların romantikləri olmuşlar. Sonrakı dövlərdə şöhrət qazanmış əksər nəzəriyyələrin də bir sıra müddəaları ilk dəfə romantiklər tərəfindən irəli sürülmüşdür. Romantiklər “yeni mifologiya” ideyasını elan etməklə ilk dəfə mifi bədii yaradıcılığın əsas əlamətinə çevirmişdilər. Məhz modernçi yazarlar romantiklərin ardıcılları kimi meydana atılaraq bədii yaradıcılıqda bəşəriyyətin “qədim ənənə”sinə varislik konsepsiyasını işləyib hazırlamışdılar.
Romantiklər mifləri fəal şəkildə araşdırmaqla yanaşı öz bədii əsərlərinin də canına hopdurmuşdular. Antik, xristianlıq, orta əsrlər dövrünün dünyaanlamı sistemlərindən çox şey götürsələr də, mif mətnlərini olduğu kimi təkrarlamamış, öz mifologiyalarını yaratmağa can atmışdılar. Onların nöqteyi-nəzərində bütün ideal olanlar reallıqlarla birlikdə eyni gercəklik daxilində yerləşdirilir. Bu səbəbdən də mifə əsərin bədii-simvolik və estetik əlaməti kimi baxırdılar.
Romantizmdə mifin fəlsəfi aspektinə maraq, ilk növbədə, İen məktəbinin yetişdirmələri olan erkən alman romantiklərində oyanmışdır. Henrix Novalis, Fridrix Şleqel, Fridrix Şellinq və b. nəzəri əsərlərində fikirlərin müxtəlifliyinə baxmayaraq mifologiya problemlərinə bütövlükdə umumi cəhətdən yanaşılmışdır. Əslində bu, romantiklərin vahid mif konsepsiyasının olduğunu deməyə haqq qazandırır. Mifə müraciət edilərkən təntənəlilik, ənənəvilik nəzərə çarpsa da, həmin xüsusiyyət romantiklərin əsərlərinin poetik sisteminin əsasında dururdu. Nədənsə, indiyədək bu fakta ədəbiyyatşünaslıqda və fəlsəfədə lazımınca diqqət yetirilməmişdir. “Mifologiya – ümumilikdə allahlar haqqında təlimdır” (10, 1039) – qənaətinə gələn F.Şellinqə görə, bədii əsərlərə köçürülməklə mifin düşüncə sistemindəki ömrü başa çatır və o, poetikanın əsas ünsürünə çevrilir. Alman filosofu və yazıçısı özünün “Mifologiyanın fəlsəfəsinə giriş” adlı iki mühazirə mətnini belə bir tezislə yekunlaşdırırdı: «Əgər Homer poeziyada mifologiyanın qurtardığını, tamamlandığını göstərirsə, Hesiod onun fəlsəfədə bitdiyini bildirir” (10, 1083). F.Novalisin mif konsepsiyasi isə İ.Fixte idealizminin təsiri ilə meydana gələn “magik idealizm” fəlsəfi proqramı ilə sıx bağlı idi. Fixtenin mifik dünya mənzərəsinin (Dünya modelinin) əsasında son həddə çatan azadlığa, fəal mövcudluğa və özünü məhdudlaşdırma yolu ilə yaranan gerçək aləmə (“MƏN”in yoxluğuna) malik mənəvi prinsip (“MƏN”) – başlanğıc dayanır.
Romantiklərin idealist dünyabaxışı ilə Fixtenin Ruhun imkanlarının genişləndirilməsi təsəvvürü arasında fövqəladə yaxınlıq göz qabağındadır. Lakin bir sıra mövcud məqamlarda Novalis Fixtenin gerçəkliyi tənqid etməsinə fərqli mövqedən yanaşırdı. Fixte “MƏN”i (“tam şüur”u) dolayı fəlsəfi nöqteyi-nəzər – abstraksiya (fikrən ayrılma) kimi başa düşürdü. Novalisin qənaətində isə subyektiv “MƏN” sonsuzluğa, magikliyə malik, ayrılıqda götürülən şəxsiyyət tək təqdim edilirdi. Novalisin terminologiyasında bu elə bir qüvvədir ki, dünyaya təsir etmək və öz ruhunu kökündən dəyişdirmək gücünə malikdir. Beləcə əsas romantik tezis meydana atılırdı: “Şəxsiyyət dünya yaradır”. Lakin Novalisdə ümumilikdə şəxsiyyətdən (hər hansı bir “MƏN”dən) deyil, ilk növbədə, poetik şəxsiyyətdən, sənətkardan danışılırdı. Maraqlıdır ki, XX əsr Azərbaycan romantikləri, xüsusilə Abbas Səhhət də (“Şair, Şeir Pərisi və Şəhərli”, “Şair”, “Şərarə”) söz yaradıcısının başqalarından üstünlüyünü vurğulayırdı.
Romantiklərə görə, dahilik zirvəsinə çatan şair sehrbazlıq cizgiləri əldə etdiyindən dünyanı dərk etməyin ən yüksək forması poeziyadır. Onlar belə bir mücərrəd qənaət irəli sürürdülər ki, nə ayrı və ümumi arasında əlaqə yaradan səmərəli bilik əldə etmək, nə də birtərəflilikdən əziyyət çəkən təmiz intuitiv savad qazanmaq dünyayaratmanın həqiqi mənzərəsini verə bilir. Yalnız “magik seyretmə” dərketmədə səhvlərdən yaxa qurtarmağa və universium barədə düzgün, həqiqi məlumat əldə etməyə yardım göstərir. Bu nöqteyi-nəzər Novalisin məşhur aforizmində çox gözəl əks olunmuşdur: “Şair təbiəti bütün çalarları ilə birlikdə alimin ağlından daha yaxşı anlayır” (5, 94).
A.Səhhət də eyni şövqlə yazırdı ki: şair öz kainatında bütün dünyanı yerləşdirə bilmədiyi halda Tanrının sirlərinin açarını tapmağı bacarır:
Dostları ilə paylaş: |