D230 saylı Blok üzrə seysmik tədqiqat üçün ƏMSSTQ-nin əhatə dairəsi
D230 saylı Blok üzrə seysmik tədqiqatın ƏMSSTQ prosesinin ümumi hədəfi nəzərdə tutulan tədqiqat işlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial mənfi təsirlərini minimuma endirmək və effektiv şəkildə idarə etmək üçün strategiyanı müəyyənləşdirmək və ümumi şəkildə təsvir etməkdir.
Hazırkı ƏMSSTQ-nin məqsədi:
Ətraf mühit və sosial-iqtisadi sahə üzrə nəzərə alınmalı məqamların seysmik tədqiqatın planına daxil edilməsini təmin etmək;
Seysmik əməliyyatların potensial təsirlərinin müəyyənləşdirilməsini, qiymətləndirilməsini və həmin təsirlərin əhəmiyyətini məqbul səviyyələrədək azaltmaq üçün müvafiq təsirazaltma tədbirlərinin nəzərdə tutulmasını təmin etmək;
ƏMSSTQ prosesi boyunca müvafiq maraqlı tərəflərlə məsləhətləşmələr aparmaq; və
Seysmik tədqiqatın ətraf mühitin mühafizəsinə lazımi diqqət yetirməklə həyata keçiriləcəyini nümayiş etdirməkdir.
ƏMSSTQ prosesi əhatə dairəsinin müəyyənləşdirilməsi işləri ilə başlayıb və burada Layihə fəaliyyətləri (aspektləri) ilə bio-fiziki və sosial-iqtisadi reseptorlar arasında gözlənilən qarşılıqlı əlaqələr təhlil edilərək, potensial əhəmiyyətli qarşılıqlı əlaqələr müəyyənləşdirilib və cüzi təsirlərlə nəticələnə biləcək məhdud potensiallı fəaliyyətlər əhatə dairəsindən xaric edilib. 3-cü fəsildə tam qiymətləndirmə prosesinə daxil edilmiş yaxud qiymətləndirmə prosesindən xaric edilmiş əsas mövzular xülasə şəklində təqdim edilib.