/Dahi şair Nizami Gəncəvinin anadan olmasının 870 illiyi-1141 - 1209 /
b Metodik tövsiyə b
b Gəncə - 2011 b
XII əsr intibahının parlaq zəkası, söz sənətinin əbədiyaşar nümayəndəsi, Azər-baycan xalqının mütəfəkkir oğlu, filosof - şair dahi Nizami Gəncəvinin bəşəriyyətə bəxş etdiyi sənət inciləri elə bir xəzinədirki, özündə varlığın bütün sirlərini, möcüzələrini, qüvvə və qüdrətini,tükənməz enerji mənbəyini, kainatın hərəkət və cazibə qanunlarını,təbiətin minbir çeşidli hikmətlərini, səma cisimlərinin və canlı həyatın səbəb və mahiyyətini ilahi sözün, müqəddəs fikrin əlçatmaz qütblərində cəmləşdirib, insan mənəviyyatını tanrının dərgahına, günəşin fövqünə qaldırıb, zamanların tufanlarını, qasırğalarını, olmuşları və olacaqları, yerin-göyün qarşılıqlı mehrini-məhəbbətini fəhmin köynəyindən keçirib, ağla qaranın, işıq və rəng çalarlarının yaranma səbəbələrini dürüstləşdirib, nəhayət zərrəni də nəzərdən qaçırmayıb. Bu minvalla sözün peyğəmbəri xislətinə yiyələnib, allahın minbir adı ilə mübarək təxəllüsünü əbədiyyətə qovuşdurub.
Dahi şairin rübailəri gözəl, qəlbi oxşayan və dörümüzdə belə müasirliyini qoruyub saxlayan incilərdir.
Gecə xəlvət idi, nazlı yar gəldi, Onun gəlişilə ruhum dincəldi.
Üzunə tökmüşdü qara zülfünü, Üzü zülf içində daha gözəldi.
Bütün aləmləri idrakının və hissiyyatının dinamik gücü ilə çox asanlıqla fəth edən parlaq, ensklopedik zəka sahibi, ulu mütəfəkkir, bütün elmlərin kilidlərinə işıqlı fəhminin açarını salan böyük Nizami Gəncəvinin sənət dünyasının hüdudları o qədər sonsuzdur ki, neçəki insanlıq mövcuddur və hətta neçə-neçə yüz illər, min illər bundan belə elmi axtarışlar-araşdırmalar tələb olunacaq.
Nizami Gəncəvinin əsərləri bu gün də maraqla oxunur, insanları düşündürməkdə davam edir.
1141 İlyas Yusif oğlu 1144-ci ildə Nizami qədim Gəncə şəhərində anadan olmuşdur.
1169 Dərbənd hökmdarı Nizamini öz sarayına cəlb etmək üçün ona Afaq
adlı bir kəniz göndərmişdir. Şair Afaqı qəbul etmiş və onunla evlənmişdir.
1174 Nizaminin Afaqdan Məhəmməd adlı bir oğlu olmuşdur.
1176-1178 Nizami Gəncəvi ilk böyük əsəri olan “Sirlər xəzinəsi”ni yazmışdır.
1179 Şairin həyat yoldaşı Afaq vəfat etmişdir və o, ikinci dəfə Gövhər adlı
bir qadınla evlənmişdir.
1180 Nizami Yaxın Şərqdə ilk romantik poema sayılan “Xosrov və “Şirin
poemasını bitirib Cahan Pəhləvana hədiyyə göndərmişdir.
1186 Cahan Pəhləvanın ölümündən sonra onun yerinə keçmiş Qızıl Arslan
Nizami ilə görüşmək üçün Gəncəyə gəlmişdir.
1188 Nizami üçüncü böyük əsəri “Leyli və “Məcnun” poemasını yazmışdır.
1188 Nizaminin Gövhər adlı ikinci arvadı vəfat etmişdir.
1193-1197 Nizami Ağsunqar Körpə Arslana ithaf etdiyi “Yeddi gözəl” poemasını
yazmışdır.
1200 Nizami yaradıcılığının ən uca zirvəsi sayılan “İskəndərnamə”ni bir neçə dəfə
üzərində işlənilməklə yazılıb qurtarmışdır.
1209 Nizami Gəncəvi qədim Gəncə şəhərində vəfat etmışdir.
1941 Anadan olmasının 800 illiyi qeyd edilmişdir.
1979 Azərbaycan KP MK “Azərbaycanın böyük şairi və mütəfəkkiri N.Gəncəvinin
ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında
“qərar qəbul etmişdir.
1980 Bakıdakı rayonların birinə Nizaminin adı verilmişdir.
1981 Nizami Gəncəvinin anadan olmasının 840 illiyi keçirilməsi münasibətilə
qərar qəbul edilmişdir.
1991 N.Gəncəvinin anadan olmasının 850 illiyi qarşısında yubiley tədbirləri
keçirilməsi haqqında SSRİ mədəniyyət naziri N.N.Qubenkonun əmri verilmişdir.
1991 N.Gəncəvinin anadan olmasının 850 illiyi haqqında qərar qəbul edilmişdir.
1991 N.Gəncəvinin 850 illiyi münasibətilə İraqda beynəlxalq konqres
keçirilmişdir.
Gəncə əsrlər boyunca inkişaf etmiş yerlərdən biri olmuş, əsrdən - əsrə şöhrətlənmiş və ta qədimdən orada Azərbaycan xalqının milli dahiliyini nümayiş etdirən müxtəlif şəxsiyyətlər yaşamışdır. Həmin dahi şəxsiyyətlərdən bir də Şərq Renessansının zirvəsi görkəmli Azərbaycan şairi Nizami Gəncəvidir. Onun əsərlərində dövrün ən humanist, ümumbəşəri ictimai-fəlsəfi, sosial və mənəvi - əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi lirikası, yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi ilə bağlı humanist düşüncələri ilə seçilir. Məhəbbət mövzusunun Şərq
ədəbiyyatında geniş yayılmasında, ictimai-bəşəri ideallarla, humanist məzmunla zənginləşməsində Nizami Gəncəvi poemalarının mühüm rolu olmuşdur.
Nizami Gəncəvi (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) (نظامی گنجوی)— mənşəcə Azərbaycan türklərindən olan şair və mütəfəkkir, fars-dilli Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi. Şair Azərbaycanın Gəncə şəhərində dünyaya gəlmişdir. Fars və türk dillərində yazan şairin ədəbi irsi məsnəvi janrında yazılmış beş poema və türk və fars dilində şeirlərin toplandığı 20.000 beytlik "Divan"dan ibarətdir.
Nizami Gəncəvi (İlyas Yusif oğlu) dünya ədəbiyyatı xəzinəsinə beş dahi-yanə məzmun poemadan ibarət “Xəmsə” (“Beşlik”) bəxş etmiş bir sənətkardır. Onun adı yalnız Azərbaycan tarixində deyil, ümumən dünya tarixi ədəbiyyatına görkəmli şair və mütəfəkkir kimi yazılmışdır.
Nizami 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 1209-cu ildə Gəncə də vəfat etmişdir.
Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfə sini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. İslamın əsas ehkam-
larını ən dərin incəliklərinə qədər öyrənən İlyas gənc olsa da, Gəncədə böyük hörmət
qazanmışdır. İlyas Yusif oğlu yaradıcılığa Nizami Gəncəvi təxəllüsü ilə lirik şair kimi başlamışdır.
Nizami Gəncəvi yaradıcılığa lirik şerlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir Onun yaratdığı ilk əsər 20 min beytdən ibarət sanballı bir divan (şeirlər toplusu) olmuşdur ki, bizə qədər ordakı şeirlərin çox cuzi bir hissəsi gəlib çatmışdır. Əlimizdə olan şeirlərdə lirik məqamlarla yanaşı, Nizaminin mütərəqqi ictimai-fəlsəfi fikirlərinə də rast gəlmək olar.
Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır.
Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffər in kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.
N.Gəncəviyə böyük hörmətlə yanaşan Azərbaycan Eldənizlər dövlətinin hökmdarı Qızıl Arslan onunla Gəncə yaxınlığında görüşmüş, dövləti ədalətli idarə etmək barədə dəyərli məsləhətlərinə qulaq asmışdır. Qızıl Arslan şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. Bununla belə, Nizami saray şairi olmaqdan qətiyyətlə imtina etmişdir.
Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur.
1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. Bu əsər Yaxın Şərqdə didaktik-fəlsəfi şerin ən yaxşı nümunəsidir.Əsərdə şair insanları ədalət, düzlük, mərdlik, xeyirxahlıq, təvazökarlıq və dostluğa çağırmış, “şəhərləri xaraba”, “kəndli xırmanlarını dənsiz” qoyan zülmkar hökmdarları kəskin tənqid etmiş-dir. Orijinal kompozisiyaya malik bu əsərin 20 məqaləsi arasında sıx ideya vəhdəti vardır. “Sirlər xəzinəsi”ndə ilk dəfə ədalətli hökmdar ideyasını irəli sürən şair sonrakı poemalarında onu daha da genişləndirmişdir.
1180-ci ildə Nizami Gəncəvi “Xosrov və Şirin” poemasını bitirmiş və onu Azərbaycan Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Məhəbbət mövzusunda qələmə aldığı bu lirik-epik poema ilə Nizami Yaxın Şərq ədəbiyyatında mənzum roman janrının əsasını qoymuş, yeni ədəbi məktəb yaratmışdır.
1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir.
Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «Leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır Azad məhəbbətdən bəhs edən bu faciəvi poemada şair məhəbbəti fəlsəfi mənada şərh edərək nəcib məhəbbət konsepsiyası yaratmış, onu insan azadlığı, vicdan
azadlığı və mənəvi təkamül problemləri ilə bağlamışdır. Qəhrəmanlarının daxili dünyasını açan şair onların keçirdiyi iztirabları məharətlə göstərmişdir.
Nizami Gəncəvi 1196-cı ildə “Yeddi gözəl” əsərini yazmış və onu Marağa hakimi Əlaəddin Körpə Arslana göndərmişdir. Yarım fantastik əsər olan bu poema quruluşu ilə digər poemalardan fərqlənir.
Yaxın Şərq ədəbiyyatında bu səpkidə ilk dəfə qələmə alınmış “Yeddi gözəl” poeması təkcə Şərq ədəbiyyatına deyil, elə Qərb ədəbiyyatına da təsir göstərmişdir.
Nizami Gəncəvi 1203-cü ildə tamamladığı “İsgəndərnamə” əsərində bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini bir növ yekunlaşdırmışdı. Yaradıcılığının zirvəsi sayılan bu poema 2 hissədən ibarətdir. “Şərəfnamə” adlanan birinci hissədə Makedoniyalı İsgəndərin müharibələrindən bəhs olunur. İkinci “İqbalnamə” hissəsində isə daha çox ictimai-siyasi, fəlsəfi məsələ-lərdən danışılır. Əsərdə şair ideal, xoşbəxt bir dövlət quruluşu, milli və dini ayrılıqlara fərq qoymayan, bəşəriyyətə səadət gətirəcək adil bir hökmdar obrazı yaradır. Nizami Gəncəvi orta əsrlərin qaranlıqlarından gələcəyə müraciət edir, insanlığa səadət və xoşbəxtlik, dinclik və əmin-amanlıq gətirən bir quruluş arzulayır və ideal hökmdarın belə bir quruluş yarada biləcəyini düşünürdü. Əsərdə ilk dəfə olaraq utopik cəmiyyət təsvir edilmişdir. Şairin xəyali ölkə-sində insanlar firavan həyat sürür, halal zəhmətləri ilə yaşayırlar, hamının da hüquqları bərabərdir. Bu ölkədə sürülər çobansız, evlər qıfılsız, bağlar gözətçisizdir. Şair əsərdə müxtəlif dövrlərin və ölkələrin məşhur filosoflarının (Aristotel, Platon, Sokrat və b.) iştirak etdiyi fəlsəfi məclislərdən söhbət açdığı zaman, əslində, dünya, həyat və kainat haqqında öz görüşlərini şərh etmişdir. Nizami Gəncəvi dövrünün bütün əsas elmlərinə, o cümlədən astronomiya, tibb, hərb sənəti, fəlsəfə, tarix, coğrafıya və başqa elmlərə aid maraqlı fikirlər söyləmişdr. İlk dəfə o bildirmişdir ki, Ay qaradır və öz işığına malik deyil. Nizaminin pedaqogika haqqında söylədiyi mühakimələri ibrətamizdir. Onun pedaqoji fikirlərində mənəvi-əxlaqi tərbiyə məsələləri mühüm yer tutur. O, əməyi insanın mənəvi saflığının əsas amili kimi yüksək qiymətləndirir, təlimə inad və müstəqillik tələb edən əmək
kimi baxırdı. Nizami tərbiyədə nümunənin əhəmiyyətini, bu sahədə müəllimin
böyük rolunu xüsusilə qeyd etmişdir.
Dövrünün görkəmli mütəfəkkiri olan Nizami Gəncəvi dünyanın Allah tərəfindən yaradılmasına inanır, bununla belə, maddi dünyanın dərk edilməsi üçün elmin inkişaf etdirilməsini vacib sayırdı. Nizami Gəncəvi ümumbəşəri şair olmaqla yanaşı, böyük vətənpərvər idi. O, bütün əsər-lərində təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətə-ninin qüdrətli günlə-rini tərənnüm etməyə çalışmışdır. Onun yaradıcılığında vətənə məhəbbət doğma xalq yo-lunda qəhrəmanlıq ideyası ilə birləşir. Şair vətən tarixində olan qəhrəmanları hətta ideal saydığı qəhrəmanlara qarşı qoymuş, onların daha üstün olduğunu göstərməyə çalışmış-dır. Nizami yaradıcılığında Azərbaycan şifahi xalq ədəbiyyatından – dastan, əfsanə, nağıl və atalar sözlə-rindən bol-bol və məharətlə bəhrələnmişdir. Onun poemalarında olan süjetlər isə, öz növbəsində, Azərbaycan folkloruna əhəmiyyətli təsir göstərmişdir.
Dostları ilə paylaş: |