Nərgiztəpə ərazisində yerləşən Afşar qəbiristanlığı
Başqa bir rəvayətdə isə onun öz əcəli ilə öldüyü göstərilir. “Qaraçuq Çoban ölümünün yaxınlaşdığını duymuş, Qaraçuq dağının başında dayanıb, sapandına böyük bir daş qoyub atmış və demişdir: “Sapandın daşı hara düşsə, məni orada dəfn edərsiniz”. Daş gəlib Qaraçuqdan təxminən 15 kilometr aralı olan Nərgiztəpəyə düşmüşdür. Odur ki, öləndə onu burada dəfn etmişlər. Lakin Qaraçuq Çobanı nə götürmək, nə də bir qəbrə yerləşdirmək mümkün olmadığından baş, bədən, iki qol, iki qılça olmaqla 6 hissəyə bölüb ayrı-ayrı qəbirlərdə basdırmışlar” [Cəmşidov, səh.91].
Hazırda Qaraçuq Çobanın qəbri deyə göstərilən Nərgiztəpə adlı bu yer çox qədim bir qəbiristanlıqdır. Burada köhnə qəbirlərin sinə və baş daşları üzərində ox-kaman, at, atlı, ev, kuzə və s. şəkillər həkk edilmişdir.
Söyləyicilər bəzən bu obrazı müasir dövrlə əlaqələndirirlər. Qaraca Çoban haqqında informasiya verən söyləyici sonda mətnə təəssüf hissiylə belə bir əlavə etdi: “Onnan sora Qara Çoban çıxdı getdi, erməni gəldi ora yelihləndi” [Qarabağ, VII c., səh. 22]. Erməninin bu ərazilərə yerləşməsi çox yaxın tarixin məhsuludu. Mifoloji obraz olan Qaraca Çobanın bəzən belə “müasirləşdirilməsi” son dövr hadisələri ilə əlaqədar olaraq olduqca təbii görünür, söyləyici öz yer-yurd nisgilini məhz bu formada büruzə verir. Bəzi mətnlərdə söyləyicilər Qaraca Çobanın yataq yerinin və qoyun arxacının ermənilər tərəfindən əkilərək məhv edilməsini də vurğuladılar [Qarabağ, VII c., səh.23].
Sonuc. Bütün bu deyilənlərə əsasən belə bir nəticəyə gələ bilərik ki, bu bölgədə mövcud olan Qaraca Çoban obrazı ilə bağlı mətnlərdə “Dədə Qorqud kitabı” ilə bağlı səsləşmələrin olması ilə bərabər, Qaraca Çoban və yaxud Qara Çoban mifoloji obraz kimi də özünü göstərir.
ƏDƏBİYYAT
1. Azərbaycan folkloru antologiyası. XII cild. Zəngəzur folkloru / Toplayanlar: Nəbioğlu V., Kazımoğlu M., Əsgər Ə., Bakı, Səda, 2005
2. Azərbaycan folkloru antologiyası. XVI cild. Ağdaş folkloru / Toplayıb tərtib edən: Rüstəmzadə İ. Bakı, Səda, 2006
3. Kitabi-Dədə Qorqud ensiklopediyası. I cild. Bakı, “Yeni nəşrlər evi”, 2000
4. Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud”u vərəqləyərkən. Bakı, Gənclik, 1969
5. Qarabağ: folklor da bir tarixdir. VI kitab. (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Zərdabi LTD” MMC, 2013
6. Qarabağ: folklor da bir tarixdir. VII kitab. (Xocavənd rayonundan toplanmış folklor örnəkləri). Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Zərdabi LTD” MMC, 2014
7. Şəki folkloru örnəkləri. II kitab. Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Elm və təhsil”, 2014
8. Şəki folkloru örnəkləri. III kitab. Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Elm və təhsil”, 2016
9. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, Maarif, 1967
Çapa tövsiyə edən: fil.ü.e.d. Seyfəddin Rzasoy
Folklorşünaslıq: problemlər, tədqiqlər
Dostları ilə paylaş: |