İşin elmi nəticəsi. Məqalədə oğuznamələr, xüsusilə DQK-nin araşdırılması nəticəsində mühüm elmi nəticə əldə olunmuşdur. Belə ki, mətnin həm ifadə planında, həmçinin mətnaltı laylarda struktur təşkil edən əhəmiyyətli bir mifologem bərpa olunmuş, “Oğuzun yeyilməsi” və yaxud “Oğuzun yeyilmə aktı” adı ilə elmi ictimaiyyətin peşəkar müzakirəsinə buraxılmışdır.
İşin elmi yeniliyi.İşin elmi yeniliyi ondan ibarətdir ki, əksər hallarda bir qayda olaraq motiv səviyyəsi aydın şəkildə qəbul olunan motivlərin araşdırılması üzərində qurulur. Bu məqalədə isə struktur-semantik, eyni zamanda ənənəvi təsvir metodu əsasında hekayət kimi təsvir olunan Təpəgöz-Basat, Oğuz-Təpəgöz, Təpəgözün Oğuz elini yeməsi kimi süjet konfrantasiyası geniş mif motivi, mifoloji kompleksə malik olan mifologem olaraq ilk dəfə aşkara çıxarılmışdır.