DəDƏ qorqud dada gorgud elmi-ədəbi toplu


Söylədi: Xankişiyev Gülbala Müzəffər oğlu. 1938 təvəllüdlü, təhsilsiz, təqaüdçü. Neftçala rayonu Xolqarabucaq kəndi



Yüklə 1,49 Mb.
səhifə123/131
tarix04.01.2022
ölçüsü1,49 Mb.
#56519
növüXülasə
1   ...   119   120   121   122   123   124   125   126   ...   131
Söylədi: Xankişiyev Gülbala Müzəffər oğlu. 1938 təvəllüdlü, təhsilsiz, təqaüdçü. Neftçala rayonu Xolqarabucaq kəndi

Kimin ziyarətinin qəbul olduğunu Allah bilir
Üç qardaş olır. Bıların ikisi Allah adamı olır, dindar olıllar, şəriət adamı. Al­laha inanan, etiqaddı, namaz qılıb, oruj tutan olullar. Biri isə çox avara olur, içir or­da-bırda, oğırrığ eliyir, cürəbəcür pis əməllərnən məşğul olur. Bu iki yaxşı qardaşdar diyir ki, gəl gedəy ziyarətə. Gedəy biz də ziyarət eliyəy camahat kimi gələy də. Bılar hazırraşıllar ziyarətə gedməyə. Bı üçüncü qardaş diyir bılara ki:

– Hara gedirsüz siz?

Diyillər ki:

– Bı sənə aid dögil də.. Biz ziyarətə gedirüy.

Diyir:

– Məni də aparun də özüznən.



Diyir:

– Yox, sən ziyarətdiy döyirsən axı. Sən oğrısan, sən avarasan, pis-pis əməllər eliyirsən. Biz səni özimizə qoşub apara bilməriy. Ona görə də sən biziynən heç yerə gedə bilməzsən. Bı iki qardaş sumka-zad düzəldillər, yiməy-içməy qoyıllar sum­kalarına, çiyinnərinə alıb gedillər ziyarətə. Payı-piyadə bılar ziyarətə gedir. Üçün­cü qardaş da baxır diyir, necə yanı məəm qardaşdarım ziyarətə gedsinnər, məni apar­masınnar. Neyin bahasına olır-olsın mən də gedməliyəm. Bılar hara getdi düşəcəm dallarına. Ofşim, nə sumka götirir, kasıbdı də, kasıbdı ki, gedir oğurruğ eliyir. Kasıb olmasa, oğırrığ eləməz ki... Gedir, düşür bıların dallarıycan gedir. Bılar hara gedir, bı da gizdin-gizdin qaçır oların dalıycan gedir. Bi qərinə yol gedillər bılar, iki qardaş yorılıllar bılar, otırıllar çörəy yiməyə. Xiyarı soyıllar yiyillər, pamidor yiyillər, ofşim, hər nə varsa də sumkada, onnan götirib yiyillər. Zir-zibilini tökillər yerə, kusok çörəylərinnən qalır, qoyıllar yerdə gedillər. Bı üçüncü qardaş gedəndə acınnan ölir axı, heç nəyi yoxdı. Görur çörəy qırıntıları, kusokları tökilib, götirir oları yiyir, xiyar qabığın yiyir. Gənə düzəlir bıların dalıycan gedir bi xeylam e... Nəqqədə yol gedillər gənə. Yol gedillər, görir ki, bir yerdən işığ gəlir. İtirir qardaşdarın ki, bilmir, hayana getdilər. İtir, görir bir tərəfdən bi dənə işığ gəlir. İşığ olan tərəfə üz tutır gedir. Gedir, gedir, görir ki, bi dənə çəpər var. Çəpərin oyızında elə bir həyətdi, həyətdə də evdi. Evin içində uşağlar ağlıyır. Dəhşət, uşağ ağlamağının səsi gəlir. Çıxır evin üssinə, ordan bacadan baxır ki, görim, bu uşağlar nöş ağlıyır?! Görir, hə, üş-dört dənə uşağdı ağlıyıllar, bi dənə də gəlin bıların yanında otırıb, helə diyir, sakit olun, indi pişəcəy, sakit olun, indi pişər, verərəm.

Atdanır yerə damın üssünnən, gəlir itəliyir qapını, girir içəri. Girir içəri, gəlin qorxır. Diyir:

– Sən kimsən?

Diyir:

– Mən oğrıyam.

Diyir:

– Ay qardaş, vallah-billah məəm neyim var ki, sən oğırrıyasan?! Uşağlarım dünənnən acınnan ölür. Bax dünənnən qazana boş suyı qoymışam, qaynadıram. Biyəğdan bıları alladıram ki, indi bişər, yiyərsüz, indi bişər yiyərsüz. Nə bişəcəy?! Heç nə. Boş sudu qaynadıram. Məəm helə bir şeyim olsa, balalarıma yidizdirərəm, heç qoymaram ki, acınnan ölsinnər. Uşağlarım acınnan ölir.



Bınıynan oğlan danışa-danışa elə bil qulağına qoyun səsi gəlir. Heç nə dimir gəlinə, çıxır öydən. Diyir:

– Qorxma də, mənnən sənə ziyan gəlməz. Mən oğırrığa gəlmişəm, day görirəm, bı vəziyətdəsən, süzə heç nə eləmərəm, xətər yetirmərəm.

Görür, qoyun səsi gəlir, keçir çəpərin o üzünə baxır, görür bi dənə həyətdi, nəqqədə qoyun, keçi, quzu-zad. Bılar kabab çəkməy, nə bilim nə... Atdanır çəpərin o üzünə, bi dənə qoyun götürür, atır bu üzə, arvadın həyətinə. Özü də atdanır gəlir. Gəlini çağırır, diyir:

– Mənə bıçağdan-zaddan ver də, qoyun kəsirəm.

Diyir:

– Onı hardan gətirdün?



Diyir:

– Səən neyüvə lazım, hardan gətirdim. Onı hardan gətirmişəmsə, mən cavabdehəm ona. Gətirir qoyını kəsir, bişirir-düşirir kişi, verir arvada.

Diyir:

– Yığ ora, nə qədə gedər bişir balalarınçun, qoy yisinnər. Bir qarın da onnan mənə ver, acınnan ölirəm.



Başına gələn əhvalatı danışır ki, bu cürnə də, məəm qardaşdarım belə gedib. Oldığı kimi danışır.

Arvad diyir:

– O haramdı də... Mən onı yiyə bilmərəm.

Diyir:


– Axı o, haram döyir, sən onı sübut eliyə bilmərsən ki, haramdı. Bını mən veri­rəm sənə, mən verirəmsə, diməli, bı halaldı. Mən onı hardan gətirmişəm, neynə­mi­şəm, uje ona cavabdeh mənəm, sən döyirsən. Sən bını halallığnan ver, balalarun yisin.

Verir balalarına arvad, yiyillər, bına minnətdarrığ eliyir də qadın, sağ ol, çox sağ ol, məəm uşağlarımı ölimnən qutardun, belə ölirdilər acınnan. Çıxır yola, çıxır görir ki, nəqqədə millət var?! Bıra haradı belə? Bir az gedir, gedir, diyir qabağda gedənnərə ki, bıra haradı? Diyir:

– Tanımırsan sən bıranı?

Diyir:


– Yox.

Diyir:


– Bıra ziyarətgahdı. Bı yer ziyarətgahdı. Bəs sən gəldiyün yeri bilmirsən?

Diyib:


– Bilirəm e, amma ziyarətə çatdığımı mən bilmirəm, çatmışam. Bilmirəm axı diyir.

Qoşılır millətə, camahata, gedir görir ki, bəli, hamı ayaqqabılarını çıxardıb gedir ziyarət eliyillər, hamı ziyarət eliyir, gəlir. Bı da ayaqqabısını çıxardır, gedir camahat kimi ziyarət eliyir, qayıdanda gəlir, ayaqqabılarını geyməy istiyəndə görir, qardaşdarı indi gəlir çatır. Qardaşdar bını görir qalır mat-məhəttəl. Diyir:

– Necə yanı, biz Allah adamı ola-ola, namaz qılırığ, oruj tutırığ, şəriyətin qoydığı qayda-qanuna əməl eliyirüy. Bı nətəər olan şeydi? Bı gəlib ziyarət eliyib uje qayıdır, biz ancağ indi çatırığ. Bı nə olan şeydi?

Qardaş diyir ki, vallah, mən də bilmirəm, nə olan şeydi. Allah yol aşdı məəçin, mən gəldim bıra.

Ziyarət eliyib çıxıllar, bir müddət gedənnən sora gənə bı üç qardaş qayıdan baş birrəşillər. Bı iki qardaş diyir ki, sən bizə açığla ki, sən necə oldı, bizdən qabağ getdün ziyarətə? Sən axı gör yarı yoldan da uzağda qalmışdun. Sən tanımırdun, necə oldı ki, sən gəldün çatdun?

Diyir:


– Siz məni aparmaduz. Məni aparan Allah apardı. Süz məni aparacağiydüz, bəlkə, mən orda tööbə eliyəcəydim, bəlkə, mən dinə qayıdacağdım, bəlkə, mən düz yola qayıdacağdım. Süz bını eləmədüz. Ona görə də Allah mənim ziyarətimi qəbul elədi. Məni tez gətirdi.

Diyir:


– Di görəy ki, sən neynədün?

Diyir:


– Heç nə də.

Başına gələni danışır ona ki, belə-belə, qoyun yiyiblər. Bu cürnə tutdım verdim. Nə olub, olduğu kimi də bına danışır.

Gəlillər, bir ağ əmmaməli, ağ geyimli kişi otırıb. Kişi əlində Qurandı, ya nəsə dini kitab oxıyır. Kişi diyir bılara:

– Siz hardan gəlirsüz?

Diyir:

– Bəs biz ziyarətə gedmişdüy, üç qardaşuğ, bı cürnə.



Diyir:

– Hə, indi mən də diyim sizə. Mən də o ziyarətdən gəlmişəm. Mən o ziyarət­ga­hın adamıyam. Süz iki qardaş gedib-gəldiyüz ziyarət qəbul döyür. Getdüz, gəldüz, ama Allah onı qəbul eləmədi. Amma bının ziyarətin Allah qəbul elədi. Bı getdi oğır­rığ elədi, ama Allah onı qəbul elədi, yetimi sevindirdi, yetimə çörəy verdi. Allah onın bütün günahlarınnan keşdi, onın günahların yazdı süzün üstüzə. Ona göra onın Allah yanında alnı açığdı. O günnən gəlir qardaşdar. Bı kiçiy qardaşa Allah elə verir, bının ba­­şın­nan elə tökir ki, yığıb-yığışdıra bilmir varı-dööləti. O günnən o olır din adamı, Al­lah adamı, şəriyət adamı. Hər bir şeyə inanır, etiqaddı olır, bı bırsı qardaşdarı da üstəliyir.

Yani ki, bı, həyatdan götirilmiş misallardı. Yaxşını da Allah bilir, pisi də Allah bilir. Kimi hansı əmələ gora Allah bağışdıyır, pis əmələ gora bağışdamır, Allah bilir hamısını. Odı ki, Allah bütün pis əməllərimizi bağışdasın. Düz yola salsın hamını, biz də onın içində. Allah bütün bəndələrini düz yola çəksin.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin