İşin elmi nəticəsi. Aşıq Valehin vücudnaməsi arxitektonik xüsusiyyətlərinə görə türk xalqları ədəbiyyatında ona qədər yaradılmış vücudnamələrin janr təfəkkürünü əks etdirir. Vücudnamələrin semantik təkamülündə onun şeiri ənənəvi qəlib və formullar üzərində qurulmuşdur.
İşin elmi yeniliyi. Məqalədə ilk dəfə olaraq Aşıq Valehin vücudnaməsinin məzmun və forma vəhdəti müəllif və janr çərçivəsində, eləcə də arxitektonik təkamüldəki yerinə görə öyrənilmişdir.
Tətbiqi əhəmiyyəti. Məqalədən aşıq yaradıcılığı, arxitektonika, arxetiplər üzrə araşdırma aparan alimlər, mütəxəssislər, ali məktəb tələbələri və magistirləri istifadə edə bilərlər. ƏDƏBİYYAT
Aşıq Valeh. Alçaqlı-ucalı dağlar. Bakı, Gənclik, 1970
Fikrətqızı Elmira. Türk xalqları ədəbiyyatında vücudnamələr. Bakı, Elm, 2015
Jung Carl Gustav. Analitik Psikoloji. (Çeviren: Ender Gürol). İstanbul, Payel Yayınevi, İkinci Basım, 2006
Kazımoğlu (İmanov) Muxtar. Çağdaş folklorşünaslığımızın bir mənzərəsi. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər (qırx üçüncü kitab), Bakı, “Nurlan”, 2013, s. 5-16
Kazımoğlu (İmanov) Muxtar. Çağdaş folklorşünaslığımızın bir mənzərəsi. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər (qırx üçüncü kitab), Bakı, “Nurlan”, 2013, s. 5-16
Korucu Ayse Arzu. Rider Haggard’in Romanlarina Arketipsel Bir Yaklaşım: She, Ayesha: The Return of She, Wisdom’s Daughter ve She and Allan. TC Atatürk Üniversitesi Sosyal Bilimler Enstitüsü, İngiliz Dili ve Edebiyatı Anabilim Dalı.
Köçərli Firudin. Azərbaycan ədəbiyyatı. 2 cilddə, I cild. Bakı: Avrasiya Press, 2005