Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Marşrut daşımalarının planlaşdırılması



Yüklə 75,17 Kb.
səhifə15/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   11   12   13   14   15   16   17   18   ...   50
Marşrut daşımalarının planlaşdırılması

Yük daşınmasını sürətləndirmək üçün daşınmanın marşrutlandırılması tətbiq olunur. Marşrutlaşdırmanın əsas üstünlükləri marşrutların təşkili stansiyalarında, yolda və boşaltma stansiyalarında vaqonların dayanmasının azaldılmasından, yükün çatdırılmasının sürətləndirilməsindən ibarətdir. Marşrut daşıma planını tərtib etnəm üçün yük və vaqon axınları ilə yanaşı, yükləmə və boşaltma stansiyalarının xarakteristikasını, onların texniki təchizatını, iş texnologiyasını, qatarların kütlə normalarını və s. bilmək lazımdır.

Təşkili sürətlərinə görə marşrutların aşağıdakı növləri fərqləndirilir: bir stansiyada və sənaye dəmir yolunda bir yükgöndərən və ya birləşmiş nəqliyyat təsərrüfatı tərəfindən yüklənən göndəriş marşrutları; bir və ya bir neçə bölmə məntəqəsində bir neçə yükgöndərən tərəfindən yüklənən və ünvanlaşdıran marşrut bazalarında təşkil edilən pilləli marşrutlar.

Təyinat məntəqələrindən aslıl olaraq, marşrutlar aşağıdakı kimi təsnif olunurlar: bir stansiyaya və ya boşaltma sahəsinə gedən düz marşrutlar; çeşidləmə stansiyasına qədər gedən və orada çeşidləndikdən sonra vaqon qrupları boşaltma stansiyasına digər qatarların tərkibində çatdırılan paylanan marşrutlar. Dövretmə sürətlərinə görə marşrutların aşağıdakı növləri fərqləndirilir: tərkibləri yükləmə stansiyasına boş və ya yüklü şəkildə qayıdan dairəvi marşrutlar, tərkibləri boşaltmadan sonra yükləmə stansiyasına qayıtmayan marşrutlar. Bir stansiyada, ya da bir dalan yolunda yüklənən və bir təyinat stansiyasına göndərilən müəyyən çəkisi olan qatara marşrut qatarı deyilir. Marşrutlaşdırma vaqon dövriyyəsini xeyli sürətləndirir, manevr işlərini azaldır. Daşımaların marşrutlaşdırılmasının yüksəldilməsinin vacib şərtləri yükləmə-boşaltma işlərinin kompleks mexanikləşdirilməsindən və avtomatlaşdırılmasından, anbarların tutumlarının artırılmasından ibarətdir. Daşımaların marşrutlaşdırılması planı texniki stansiyalarda qatarların təşkili planı ilə eyni vaxtda 1 il müddətinə tərtib edilir. Hər yarım ildə bu planda dəyişikliklər edilir. Yükləmə yerlərindən marşrutların təşkili planı stansiyaların və sənaye dəmir tollarının yol inkişafı, vaqonların texnoloji əməliyyatlar altında dayanma normaları nəzərə alınmaqla tərtib edilir.

Stansiyanın operativ işinin planlaşdırılması konkret şəraitdə sutka və növbə ərzində qatarların verilmiş hərəkət ölçülərinin boş vaqonların qəbulu, yükləmə planının və boşaltma üçün tapşırıqların, qatarların təşkili planının və hərəkət qrafikinin təmin edilməsini nəzərdə tutur. Operativ işin sutkalıq planını stansiya sutkanın əvvəli üçün dəmir yolu hissəsindən dispetçerin əmri formasında alır. Bu planda aşağıdakılar göstərilir:



  1. Stansiyaya bütün istiqamətlərdən qəbul ediləcək tranzit və çeşidlənən qatarların ümumi sayı;

  2. Stansiyadan sutka ərzində bütün istiqamətlərə göndəriləcək qatarların ümumi sayı;

  3. Hər istiqamətdə boş vaqonların göndərilməsi üzrə tənzimləyici tapşırıq;

  4. Vacib yükləri xüsusi qeyd etməklə, yükləmə və boşaltma üçün tapşırıq;

  5. Müəyyən vaqonların yığılması, yuyulması və s. əməliyyatlar üzrə stansiyalara verilən xüsusi tapşırıqlar.

Sutkanın birinci yarısı üçün hissənin tapşırığı sutkalıq planla birgə, ikinci yarısı üşün tapşırığı isə planlaşdırılmış perioda 1 saat qalmış verilir. Dəmir yolu hissəsinin növbəlik tapşırığında da sutkalıq planda verilən göstəricilər qeyd olunur.

Növbəlik plan stansiyanın operativ işinin qurulmasının əsasını təşkil edir. Növbəlik plan qatarların təşkili planı və hərəkət qrafiki, dəmir yolu hissəsinin sutkalıq planı və növbəlik tapşırığı əsasında stansiya rəisi və ya onun müavini tərəfindən tərtib edilir. Növbəlik planda qatarların qəbulu, çeşidlənməsi, təşkili və ya göndərilməsi, vaqonların və marşrutların yüklənməsi və boşaldılması üzrə tapşırıqlar nəzərdə tutulur. Növbəlik iş planının yerinə yetirilməsi qatarların təşkilinin 4-6 saatlıq periodlar üzrə planlaşdırılmasına əsaslanır. Qatarların təşkilinin hesabatını stansiya texnoloji mərkəzinin operatoru aparır. Bütün ilkin verilənləri operator xüsusi cədvələ yazır. Tərtib edilən qatarların təşkili planının düzgünlüyü manevr dispetçeri tərəfindən yoxlanıldıqdan sonra, operator tərkiblərinin yığılmasının qurtarması vaxtları haqqında stansiya dispetçerinə məlumat verir. Stansiya dispetçeri qatarların göndərilməsi planını hazırlayır, hissə növbətçisi və lokomotiv dispetçeri ilə qatarların və qatar lokomotivlərinin nömrələrini razılaşdırır və qatarların göndərilməsi planını manevr dispetçerinə ötürür. Manevr dispetçerləri bu planı icraçıların (stansiya növbətçisinin, operatorun, lokomotiv deposu üzrə növbətçilərin) nəzərinə çatdırır.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin