DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 0,98 Mb.
səhifə19/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

Fəsil

Babüləbvab Dərbənd şühədalarının məxsus ziyarətlərin bəyanındadır.

Əvvəl Sultan Pirəli Dəməşqinin ruhuna iki rükət namaz qıla. Təbarək surəsin oxuya. Qiyamət günü şəfi ola.

Ondan şühədayi-salihinə gələ. İki rükət namaz qıla. Əs-Safat surəsin oxuya.

Ondan Sultan Müjriyə gələ. İki rükət namaz qıla və Əmm surəsin oxuya.

Ondan Abi-eynə gələ. Yenidən dəstəmaz ala və səngi-əzim üstündə iki rükət namaz qıla. Dəxi üzünü dəryaya çevirə yeddi kərrə təkbir deyə. Ondan sonra karvansaraya yeddi daş buraxa.

Ondan Pirməhəmməd xarkeşə gələ, dua eləyə. Ondan Dəvə qorxunjaya gələ. İki rükət namaz qıla. Hələta surəsin oxuya.

Ondan Eynəli və Zeynəliyə gəlib iki rükət namaz qıla. Həəta surəsin oxuya.

Ondan Kəbəyi-kiçiyə gələ. İki rükət namaz qıla. İnna fətəhna surəsin oxuya.

Ondan Fərzəndani-Həmzəyə gələ. Dua eləyə.

Ondan Xajə yəzdanbəxş Ərdəbiliyə gələ, dua eləyə.

Ondan Sultan pirdavuda gələ, iki rükət namaz qıla və təsbih və təhlil edə.

Ondan Bağdad xəlifəsinin oğlanlara gələ, dua eləyə.

Ondan Qırx qızlara gələ, iki rükət namaz qıla və Təbarək surəsin oxuya və zikri-təsbih edə.

Ondan Şeyx Xorasana gələ, iki rükət namaz qıla və Ən-naziat surəsin oxuya. Savabın keçənlərə bağışlaya.

Ondan Babi-Çingahda qarılar məsjidinə gələ, iki rükət na­maz qıla, Təbarək surəsin oxuya. Savabın qarılara bağışlaya.

Ondan Sultan Pirfərəjə gələ, iki rükət namaz qıla, sənalar edib, ziyarətin təmam edə.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin