DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 0,98 Mb.
səhifə18/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

Fəsil

Tarix Kitablarında Qırxlar həvalisində üç yüz şəhidin dəfn olunduğu göstərilmişdir.

Yenə də yetmiş səkkiz şəhidin Dərbənd həvalisində dəfn olun­duğu barədə məlumat vardır.

Süpəhsalari-Qazian, Düldülün qədəmgahı, Aşiqani-səngi-abçikan. Abçikan Dərbənd şəhərinin yaxınlığında qiblə tərəfində, yol kənarında bir sudur ki, daşdan çəkidə olur. Hənuz da hazırda mövjuddur. Əvvəllər ol yerdə məsjid olub, bu aşiqani-səngi-Abçikan dedikləri kimsənələr daim ül-övqat ol məsjiddə ibadətlə məşğul olurdular. Sonra düşmən müharibəsində məqtul olmuşdu­lar.

Sultan Pirtufan, Sultan Pirtufan, Sultan Pirnəzər, Sultan Mövlana Zahid, Sultan Piryaqub, Sultan Hajı Şəmsəddin Sultan İmadəddin. Təbrizi Jövlah, Sultan Pirqeyd Bəvvab, Dərvazəyi-Qeydnam, Bab üd-dəm, Babam bürji-Rəsul, həft övliyaüllah Qırxlar həvalisində mədfundur.

Sultan Pirabdulla, Sultan Piryəhya, Sultan pirömər, Kasagər, Sultan Pirhəşəm müjavir, Qədəmgahi-Xıdır, Sultan Pirmusa, Sultan Pirməhəmməd əl-eyni, Sultan Pirməhəmməd Pərəndə, Sultan Pirmurad Baxış, Sultan Pirhüseyn Nalbənd, Darvazeyi-Qazian (Bab ül-həməs), Sultan Piryusif, Sultan Pirnəbi Xarkəş, Sultan Murad Rumi, Sultan Hajı Münim, Sultan Pirməhəmməd Sərhəng, Sultan Pirməhəmməd hənifə, Sultan Pir Səbuni.

İşbu bir qəbilə sahibi kimsə olub, Əbu Mənsurun xilafəti əsrində fərmani-xəlifəyi-zaman ilə Şam və Jəzayiə və Mövsul əhbalarından evlər köçürüb, gətirib dərbənd həvalisində üskan elədi ki, əlhal sultan Pir Səbuni öz qəbiləsi ilə Dərbəndin Narın qalasının şimal tərəfində şəhərin iki verstliyində kənd bina edib, orada sakin olmuşdular. Orada vəfat edib, dəfn olunmuşdur. Qəbrini hənuz da ziyarət edirlər. Ol kənd şimdi Sabnüvə demək­lə beynənnas məşhurdur.

Sultan çehil tənan və iki nəfər övladi-Çingizxan ki, mərqəd­ləri olan məkan naməlumdur. Lakin tarixi-hijrəti-nəbəvinin iki yüz altmış altıda Dərbənd qalasının qiblə janibində torpaq altın­da iki qəbiə peyda oldu və sandıqçada nəsx xətti ilə vazeh yazı­lıb.

Həmin qəbirdə Əmir İsfəndiyar ibn Həmzə dəfn edilmişdir. Allah tala onu rəhmət eləsin!

Bir daşda dəxi yazılıb ki, Şeyx Əbu İshaq. Hijri tarixi ilə 843-jü ildə vəfat etdiyi qeyd olunmuşdur.

Bu zikr olunmuş Şeyx Əbu İshaq ilə İsfəndiyar tarix üzündən sərahətən məlum oldu ki, Şirvanşahların nəslindən olub, Dər­bənd­də hakim olublar. Davada şəhid və məqtul olublar.

Bir rəvayətdə Əli ibn Əbitalibin uşaqları Eynəli və Zeynəli, Sultan Pirmahmud, sultan Pirmusa Xarəzmi və yenə yetmiş sək­kiz nəfər övliya Dərbənd həvalisində dəfn olunmuşdur.

Sultan Pirnuri məzarkən, bəvvabi-Babül-mühajir, Babi-Bəlxa, Babi-Şamian, Baba Əmir Sultan Pirnəbi, Sultan Pirmüjri, Sultan Pirmüğar, Sultan Davud mərqədi Dərbəndin qiblə tərəfin­də vaqe məzaristanin Əlinin Düldülü deməklə yerdə daşdan hasar içində nümayandır.

Yenə yeddi nəfər şəhid və Sultan Piryusif o həvalidə dəfn olunmuşdur.

Sultan Pirdəməşqi ki, abid kimsənə olub, Dərbəndin Narın qalasının qiblə janibində mədfundur. Şimdi kənd xarab olub, bulaqları hənuz da mövjuddur ki, ol yerə Piridəməşqi deyirlər.

Sultan Xıdır Zində Əli ibn Əlitalibin səqqası ki, sahibi-kəra­mət kimsənə olub tarixi yüz otuz üçdə Osman ibn Əffan xilafəti əsrində İbrahim və Süleyman ibn Rəbiə Bahili Dərbənd mühasi­rəsinə məmur olub. Dərbəndə varid olmuş və neçə dəfə müqati­lədən sonra məzkur qırx nəfər mübariz ilə yəmin edib, özlərin Xəzər ləşkərinə vurduqda Sultan Xıdır Zində dəxi ol qırx nəfər mübariz jümləsindən olub. Ol davada məqtub və vəsiyyəti birlə öz məsjidi içində ki, Jame məsjid altında vaqe küçədə olurdu mədfun olunub. Şimdi də onun məsjidi yerində bina olunmuş məsjid var. Ol küçə hənuz da Xıdır zində küçəsi deməklə məruf­dur.

Sultan Pirsöhbət, Sultan İbrahim Abəmjək ki, mərqədi Dər­bəndin qiblə janibində dağ üstündə vaqe olan və Sultan deməklə məşhur kəndin yaxınlığındadır. Öz səyi-bazusu ilə bir qaya dəlib, su çıxarıbdır ki, qayadan qətrə-qətrə çikan olurdu. Şimdi ona Əmjəkli Pir deyirlər.

Xaluyi-dəllək qibti Rəsuli-əkrəmin əshabələrindən dörd nəfər Allah övliyası Dərbənd həvalisində mədfundur.

Ravilər nəql edirlər kim, qırx nəfər ərbabi-iffət və əshabi-ismət olan qızlar düşmən qələbəsində ədudan qaçıb Dərbəndin şimal tərəfində baru yaxınlığında vaqe dərə kənarında daşdan bir mağara var idi ol mağara içinə girib qaib olublar. Mağara əlaməti şimdi də nümayandır. Qırx qızlar deməklə məşhurdur.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin