DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 0,98 Mb.
səhifə22/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   18   19   20   21   22   23   24   25   ...   38
Risaleyi-Dərbəndnamə

M-37



Raviyani-əxbar və naqilani-asar kütübi-sələfdən belə nəql edublər ki, İran tərəfində Qubad şah adlu bir padşahi-əzimüşşən ki, tamam məmaliki-Türkistan və Əjəmistan onun tərtif itaətində olurdı və Ənuşirəvani-adil Qubad şahın oğlıdur və şimal tərə­fində ki, ibarət tayifəyi Xəzəridən ola Xaqan şah adlu padşahi-əzimüşşövkət var idi ki, tamam məmaliki-Rusiya və Moskva və Gazan və Krım və ğeyri sərhədlər onın əmrinə müti və fərman­bərdar idilər. Rəvayət edillər ki, Xaqan şahın padşahlıq taxtı dərya kənarında Ədil çayının qırağında ənva jəvahirat ilə mürəs­sə olunmuş var idi. Dayimulövqat dört yüz min pəhləvanı-dilavər ol taxtın ətrafında Xaqan şahın pasibanında olub həmişə mütə­valiüssə nəvat Qubad şahilə Xaqanın arasında ədavət və jəng və müqatilə olurdu. Axırüləmr Qubad müsalihəyə razı və Xaqanın qızını əqd eyləməgə raqib olub, elçi bəgləri Xaqanın hüzurinə göndərub Xaqanın qızını xastigarlıq eylədi. Xaqan dəxi riza­mənd­lik ilə qızını Qubad şaha əqd eyləyib tədarükat-firavan və ənvai-jəvahirat ilə Qubad şahın paytaxtına göndərdi. Ədavətləri dostluğa mübəddəl olub, tərəfeyn bu əmrə xoşhal oldular. Bir neçə vaxtdan sonra Qubad şah elçilər ilə Xaqan şaha bir namə bu məzmun ilə yazıb göndərdi ki, «həmd və səna olsun pərvər­di­gari-aləmin həzrətlərinə ki, qərabət və dostluq bizim aramızda vaqe olubdur, ümidvaram ki, bundan sonra heç vəjhilə bizim ma­beynimizdə nəqs əhd və müqatilə olmaya, amma təvəqqem jə­nabınızdan oldur ki, beynüttərəfeyn bir sədd və sınır müqərrər edəsiniz ki, bizim ilə sizin dövlətin arasında ehdas olunsun ki, bundan sonra beynəttərəfeyn fitnə və fəsad bulunmasın». Xaqan namənin məzmunına müttəle olandan sonra əyani-dövlətin jəm edib jəvab yazdılar ki, İsgəndər Zülqərneyn ehdas edən sədd iki dövlətin arasında sınır olub şəhər təmir eyləsınlər.

Ravi belə rəvayət edibdir ki, nameyi-Xaqan Qubadın hüzu­rinə varid olandan sonra özünin əyanlarına fərman eylədi ki, çox xəzinə alıb mühəndis peşəli olan memarlar və sahibi-vüquf olan fəhlələr ətraf jəvanibdə olan rüayalardan jəm edib on min qoşun ilə gedib İsgəndərin səddinin bu tərəfindən səddə müttəsil bir əzm şəhər təmir edib mənə məlum edəsiz. Əyani-dövlət təda­rükati-firavan ilə İsgəndərin səddinə yetişib gördilər səddin başı bir fərsəx dəryanın içindən daşilə çəkilib məğrib tərəfinə Qara dənizdən1.

Əlqissə, əyani-dövlət şəhər təmir eyləməgə şüru edib yeddi ay təmam olunja şəhər təmir edıb qapıların dəmirdən tərtib eyləyib, Babül-əbvab Dərbənd adilə adlayıb, Qubad şaha yazıb məlum eylədilər ki, Allah Təalanın inayətilə və padşahın nəzəri-mərhəmətilə İsgəndərin səddinə müttəssil bir şəhri-əzim təmir və Babül-əbvab Dərbənd adilə mövsum qılmışıq.

Ravi belə nəql eyləmişdir ki, Qubad şah fərmanı ilə çox tayfə İran əhlindən köçüb Dərbənd şəhərində sakin olandan sonra Xaqanın qızını Qubad bəkarətin zail etməmiş atası yanına rəvanə eylədi. Bu mənaya kim hərgah bu qızdan övlad vüjudə gəlsə müruri-əyyam ilə iki dövlətin arasına niza düşüb tayfeyi-Xəzəri İran sərhədlərinə mütəsərrif olmasın.

Əlqissə, Qubad şah özünün oğlı Ənuşirəvan ilə Dərbənd şəhərinə gəlib tamaşa qılıb şahzadə Ənuşirəvanı şəhərdə qoyub özü Mədayinə mürajiət eylədi. Xaqanın qızı bir vaxtki atasınun paytaxtına yetişib ki, Xaqan ənvai-jəşnüsürur ilə məjlis arastə edib badeyi-nabdan məst və sərxoş olduqda qızının əhvalından müttəle olandan sonra qəzəbnak olub dostluqları ədavətə döndü və həmişə bir-birilə jəng və müxalifət eylədilər. Şahzadə Ənu­şirəvan madam ki, atası təxti səltənətdə var idi, çox qoşun ilə Dərbənd şəhərində olub şəhəri mühafizət edirdi.

Müvərrixlər belə yazıblar ki, Ənuşirəvan Qubad şahın oğlu fərmanilə üç yüz altmış şəhər və qalaça Dərbəndin həvalisində təmir qılıb tamam qalaçaları fars və Azərbayjan əhlindən gətirib doldurub qoydu, Qalaçaların jümləsindən dövri şəhri-Səmənd və şəhri-İnji və qalayi-Bəlx və şəhri-Keyvan və Əhran, şəhri-Gülbax, qalayi-Sürxab, Kiçi Majar və Ulı Majar və qeyri qalaçalar Dağıstanda təmir eylədi. Rum sərhədlərinədin və Dərbəndin qiblə tərəfində şəhərlər və qalaçalar təmir və tərtib eylədi. Şabran toprağında çay kənarında bir əzm şəhər bina eylədi və Müskurda Kövkəb qalası və Şahabad və Kəsiran və Sol adlı qalaları təmir eyləyib çox xəlaiq İraq və fars vilayətlərindən gətırıb sakin eylədi. İmdi ol Müskurda olan qalalar xarab olub, bişə olubdur. Dərbənd şəhərinin üç fərsəxində bir sədd ehdas eylədi ki, doqsan iki fərsəx məsafəti vardır. Şahzadə Ənuşirəvan atasından sonra təxti səltənətdə qərar tutub fərman eylədi. Tamam şəhərləri və Dərbəndin həvalisində olan qalaça və sərhədləri qoşun ilə doldurub kəndu paytaxtındakı Mədain şəhəri ola fəraqət olub sərhədləri saxlamaqda sabit qədəm oldi və Xaqan şahun qoşunu Əhran qalasında və Gülbaxda olurdı. Gülbaxə imdi Əndəri və Sürxab qalasına ki, xarab olubdur – imdi Qızlar qalası bina olub, Səmənd şəhəri Tarxu qalasıdır və İnji qalası imdi xarab olub dərya kənarında Tarxunun üç fərsəxindədir. Çox əzim şəhərdir və Həmra qalası ki, imdi Qaya kəndi deyərlər bu məzkur olan şəhərlər və qalalar təmamisi Ənuşirəvani-adilin məmurələridir, mənzur nəzəri və qəsdi bu qa­laları təmir eyləməkdən bu olubdur ki, Xaqan şah və tayfeyi-Xəzər Dərbənd şəhərinə qalib olmasın. Amma Xaqan şah Əhran və Gülbax şəhərini Nuşirəvanın sərdarının ixtiyarından çıxarıb zəbt eyləmişdi. Əhran çay ki, əzim çaydır Gülbaxdan gedər. İmdi ona Qoysu deyərlər. Xaqanın hakimi Əhran şəhərində olurdı. İmdi Əhranə Avarıstan paytaxtı deyərlər və bəzilər Əhranə imdi Qumuq şəhəri deyərlər, Tuman adlı tayfadır, Əhran şəhərindən Həmərayadək imdi onlara tavləzgisi deyərlər. Onları Xorasandan gəturub sakin eylədi və onların jivarında, yəni Qaytaq mülkündə və Qaytaqın yuxarısında Zərgəran tayfasını ki, imdi Kübçi deyərlər sakin eylədi. Onlara hakim təyin eylədi və Dərbənd şəhərinin fövqündə Tabarsaran mülkündə Qumuq dağınadin çox xəlaiq Kaşandan və Gilandan gətirib sakin eylədi və qalan sərhədlərdə xalq tapılmaq üçün Müskurdə və Kürədə və Müskənjədə öz qəbiləsindən gətirib sakin eylədi və anlara hakim öz silsiləsindən təyin qılıb hakimlərə qadağan eylədi ki, sərhədləri mühafizət eyləsinlər. Madamiki, Nuşirəvan məsnədi-padşahlıqda qaim varidi Xaqan və tayifeyi-Xəzəri Dərbənd şəhərinə qələbə edə bilməzdi. Kafiri tərəfində olan qala və sərhədlərdə jəng və müqatilə xəzəri tayfəsilə olunırdu. Ta ki, Ənuşirəvan dünyadan vəfat eylədi. Tayfeyi-Xəzəri sərhədlərə və Dərbənd şəhərinə qalib olub İraq və Azərbayjan vilayətlərinə qətl və qarət edib mürajiət edəllərdi.

Pəs keçən padşahlar Dərbənd şəhərini mühafizət edub saxlarlardı ki, tayfeyi- Xəzəri Dərbəndə qalib olmasın. Hərgah tayfeyi-Xəzəri Dərbəndi təsərrüf eyləsələr, tamam fars və Azərbayjan vilayətləri onların paytaxtı olur.

Əlqissə, İran padşahları Dərbəndi tayfeyi-Xəzərinin qələbəsindən saxladılar, ta ki, Həzrəti Məhəmməd peyğəmbər risalətə məbus olundu. Tayfeyi-Xəzəri Dərbəndə qalib və tayfeyi-Rum və İran islam tayfasına hər tərəfdən hüjum eylədilər. Həzrəti peyğəmbər dört min qoşun özünün mötəbər olan sərkərdələri ilə Rum və Xəzəri tayfasının müqabilinə göndərib islam əsgəri yalın qılınjlar və jansitan olan nizələr ilə onlara həmlə edib qətl və qarəti bişumar zühurə gətirib mürajiət eylədilər və likən Həzrəti-peyğəmbər buyurubdur ki, Dərbənd şəhəri məjmu şəhərlərin qapısıdır. Hərgah Dərbənd şəhərini Xəzəri tayfası zəbt eyləsə bişəkk məjmu fars və Azərbayjan vilayət və sərhədləri onların paytaxtı olur.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin