DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Osman ibn Əffanın göstərişilə İbrahim və Süleyman ibn Rəbiə Bahilinin Dərbəndə hakim təyin olunması haqqında



Yüklə 0,98 Mb.
səhifə4/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   2   3   4   5   6   7   8   9   ...   38

Osman ibn Əffanın göstərişilə İbrahim və Süleyman ibn Rəbiə Bahilinin Dərbəndə hakim təyin olunması haqqında

Tarixi-hijrət otuz üçdə xəlifə Osman ibn Əffana xəbər ye­tişdi ki, Əbdürrəhman Rəbiə oğlu Dərbənddə vəfat edib. Xəzər tayfasının padşahı Xaqan əlli min ləşkər ilən Ədil çayını keçib, bütün Dağıstan vilayətlərini zəbt və Dərbənd qələbəsinə əzimət etmişdir.

Pəs Osmanın əmri və fərmanı ilə İbrahim və Süleyman ibn Rəbiəni dörd min yarar pəhləvan ilə Dərbənd mühafizəsi üçün göndərdi. Onlar livayi-əzimətin ujaldıb Azərbayjan vilayətlərinə varid olduqda vilayət və sərhəd əhalisini zərbi-qılınj ilə müsəl­man etdilər. Dərbənd qalasında olan Xəzər tayfası islam əsgər­lərinin əzimətin eşitjək qaladan çıxıb Həmra qalasına tərəf ki, Qaya kəndində yerləşir qaçdılar.

Ol tərəfdən Xaqan islam əsgərlərinin gəlişi xəbərini eşitdikdə yerindən hərəkət edib, gəlib Dərvaq çayının kənarında nüzul etdi. Bu tərəfdən İbrahim və Süleyman öz əsgərini alıb Dərbən­din şimal tərəfində Abi-eyn sahətində ki, şimdi Avayin deyirlər, - qonub ordu qurdular. Çün Xaqan əsgəri islam ləşkərinin jəng və müqatiləsin eşitmişdilər ki, davadan qaçmazlar və şəhid olmağı qənimət bilirlər, ona görə Xaqan dedi:

- Ey mənim əmirlərim və əminlərim, eşitmişəm ki, bu ərəb tayfasına silah kar etməz. Bunlar ərəb vilayətindən bizimlə dava­ya gəliblər. Bunlara müqavimət göstərmək və onlarla müqabilə etmək səlah deyildir.

Bu məsləhətdə ikən bir nəfər Xaqan ləşkərindən ox-yayın alıb islam əsgərinə yavuq dərya kənarında məxfi durarkən gördü ki, bir ərəb dənizdə suya girib qüsl edir. Nagah kamandan bir ox rəha qılıb ol ərəbi şəhid etdi. Başın kəsib Xaqan hüzuruna gəti­rib, dedi ki, bu o ərəbin başıdır ki, deyirlər ona silah kar etmir.

Xülasə ol günün sabahı hər iki ləşkər hər iki tərəfdən alaylar qurub, səflər tərtib verib, nayireyi-jidalı müştəil edib, ol gün ax­şamadək jəng edib, tərəflərdən çoxlu məqtul olub, axşama yaxın öz ordularına qayıtdılar. Dörd gün bu müharibə aralarında imti­dad bulub, tərəflərdən çoxlu adam tələf və məqtul oldu. Xaqan səflərinə şikəst düşüb öz ordularına geri qayıtdılar. Beşinji gün Xaqan Dərvaq çayının kənarında səflərinə nizam verib dedi:

- Ey Xəzər tayfası, mən bu ərəblərin mübarizliyin eşitmiş­dim. Onlar ilə müharibə etmək fikrində deyildim. Amma ittifaq belə düşdü. Gərəkdir bir uğrudan himmət bağlayıb mərdanə jəng eyləmək və dəliranə savaş edəsiniz. Hərgah bu dəfə də bi­zim ləşkərimizə şikəst düşsə, bir adam diri qurtarmaq mahaldır. Bu ardan isə ölmək bizə yeydir, dedikdə İbrahim və Süleyman onların bu tədbirin eşidib, altınjı gün İbrahim və Süleyman öz səflərinə tərtib verib və alaylar düzülüb, qoşunun üzərinə Əbu Səid adlını nayib və sərəsgər nəsb edib, özləri qırx nəfər mübariz janbaz ilə davtələb olub, bir dəfə də Xaqan əsgərinə həmlə qıl­dılar. Öylə savaş ol gündə baş verdi ki, hərgiz ol əsrdə vüjuda gəlməmişdi. O gün altı min adam Xaqan ləşkərindən və dörd min­dən artıq ərəb əsgərindən məqtul və tələf oldular. İbrahim və Süleyman ol qırx nəfər mübariz ilə şərbəti-şəhadət içdilər. Şimdi Babül-əbvab Dərbəndin şimal tərəfində «Qırxlar» deməklə mə­ruf və məşhur məqbəreyi-İbrahim ilə Süleyman birlə məqtul olan qırx nəfər mübarizin məzarıdır ki, «Qırxlar» deyilir.

Xaqan öz əsgərlərilə oradan Həmra qalasına qayıtdı. Orada Xaqanın çərisi var idi. Həmra qalası çayın başında dağ üstündə yerləşir. Oradan Dərvaq görünür. Şimdi ona Qaya kəndi deyirlər. İslam ləşkərinin sərəsgəri olan Əbu Səid Xaqan qoşununun qalan mal və qənimətlərin alıb Dərbənd şəhərinə mürajiət etdi.

Xaqan üç min adam Həmra qalasında qoyub, özü İnji qala­sına getdi. İnji qalası Tərxunun aşağı tərəfində yerləşir. Oradan da Gülbaxa rəvanə oldu.

Ravilər belə rəvayət edirlər kim, bir neçə vaxtdan sonra İnji qalasına qıtlıq və taun azarı düşüb, çox kimsənələr qıtlıqdan və taun azarından həlak olub, bəziləri dağlara qaçdılar. O səbəbdən İnji qalası xarab olub, xalqı pərakəndə oldular. Bir az zamandan sonra taun azarı rəf olub və barani-rəhmət yağıb, İnji qalası ziraətdən məmur olduqda bütün İnji xalqı və o tərəfdə olan xalq­lar öz yerlərinə qayıtdılar. Ona görə ki, İnji qalası abad olsaydı, qeyri-yerlər də abadan olardı. Əgər İnjidə qıtlıq olsaydı, özgə yerlərdə dəxi qıtlıq üz verərdi.

Bu tərəfdən Əbu Səid həyatda qalan üç min islam əsgəri ilə birlə Şama tərəf yola düşdü.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin