DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 0,98 Mb.
səhifə3/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   2   3   4   5   6   7   8   9   ...   38
Ömər ibn Xəttabın göstərişilə

Səmmak idn Hirsəni Azərbayjana

və Bakiri Babül-əbvaba göndərməsi
Hijri tarixi ilə iyirmi ikinji ildə Ömər ibn Xəttab Nəim ibn Məğərni Həmədan, Qürğan, Rey və Təbəristan fəthinə rəvanə qıl­mışdı. Ol vaxtda Ömər ibn Xəttaba xəbər yetişdi ki, Xəzər tay­fası gəlib Dərbəndi zəbt edib, keçib Fars və Azərbayjan vi­layətlərinə qətl və qarət edirlər. Pəs Ömər namə Nəimə yazıb fər­man eylədi ki, Azərbayjan sərhədlərinə və həm Babül-əbvab Dər­bənd janiblərinə qoşun göndərib ol vilayətləri Xəzər tay­fa­sından pak və xali etsin.

Namə Nəim ibn Məğərnə vüsul olduqda dərhal Səmmak Hir­sə oğlunu Azərbayjan fəthinə və İsmə adlı şəxsi Azərbayjan tə­rə­findən və Bəkir adlı şəxsi dəxi bir tərəfdən Dərbəndə rəvanə ey­lədi.

Bəkir Dərbəndə tərəf yola düşdü. İlk Bəkirin qarşısına çıxan İsfəndiyar adlı bir məlik oldu. Bəkir birinji hərbdə onun ləş­kə­rini həzimət və özün əsir eylədi.

İsfəndyar dedi:

- Əgər istərsən Azərbayjan vilayətlərini asanlıqla fəth edə­sən, gərək məni qətl etməyib, yanınja aparasan ki, hər yerdə mə­ni görsələr bihərb və qital itaətə gəlirlər.

Pəs Bəkir İsfəndiyarı özü ilə götürüb apardı. Hər yerə çat­dıq­da müqəddəm ləşkəri-Bəkirdə İsfəndiyarı gördükdə, jümləsi itaə­tə gəlirdi. Bu vəjh ilə Azərbayjan vilayətlərini asanlıqla fəth və zəbt eylədi. Xəzər tayfası ol nahiyələrdən həzimət və rəmidə qılıb, fəthnamə Ömər ibn Xəttabə yazıb, Dərbəndə tərəf getməyə izn istədi.

Ömər ona dəstur verdikdə Bəkir öz qardaşını Azərbayjanda xəlifə nəsb edib Dərbəndə tərəf yola düşdü.

Ömər Bəkirə ijazə verdi ki, Dərbənd tərəfinə getsin. Eyni zamanda bilirdi ki, ona kömək lazımdır. Pəs dərhal Sirağə Ömər oğluna ki, Bəsrədə hakim idi – namə yazıb, əmr eylədi ki, Bəkir Dərbənddə Xəzər tayfası ilə jəngə gedir, gərəkdir məğdur olan kimi ləşkər götürüb Bəkirin köməyinə gedəsən. Pəs Sirağə ibn Ömər Əbdürrəhman ibn Rəbiə, Xəzifə ibn Əsədi Əhvaz yolu ilə özü ilə götürüb Dərbəndə tərəfə yola düşdü. Həbib adlı bir şəxsi də Ömər ibn Xəttabın əmri ilə Jəzirə yolu ilə Dərbənd tərəfinə Bəkirin köməyinə göndərdi.

Pəs bir tərəfdən Sirağə Ömər oğlu, digər tərəfdən Həbib Dər­bənd səmtinə əzm qıldıqda, bunlar daxil olduqları şəhərləri öz itaətinə tabe edirdilər. Xəzər tayfasına isə geri çəkilməyə və qaç­mağa məjbur etdilər.

Sirağə ibn Ömər və Əbdürrəhman müqəddəmeyi-ləşkər qılıb rəvanə eylədi. Şəhrəbraz adlı bir məlik qabağa gəlib sülh eylədi. Belə ki, jəziyyət versin.

Sirağə dedi:

- Mən iki düşmən üzərinə iqdam edirəm. Biri Xəzər, o biri rus ola. Mənə jəziyyət lazımdır ki, onların jənginə varam.

Pəs bu jəziyyət onlara sünnət olub qaldı. Ona görə ki, müsəl­manları Xəzər tayfasının qələbəsindən mühafizət edirdilər.

Bu rəsm indi də Mavəraənnəhrdə qalıbdır.

Pəs Xəzər tayfası ol nahiyələrdən çıxartılıb və Babül-əbvab Dərbəndə aid olan şəhərlər və qalalar ki, Xəzər tayfasının əlinə keçmişdi, tamamən sülh eylədilər.

Sirağə Ömər ibn Xəttabə fəthnamə yazdı. Ömər çox şad oldu. sirağə ol əsnada vəfat edib, yerində Əbdürrəhman Rəbiə oğlunu xəlifə nəsb edib, ləşkərin ixtiyarın ona tapşırdı.

Əbdürrəhman dedi:

- Ey Şəhrəbraz, mən iradə eyləmişəm gedib qalan şəhərlər­dən də Xəzərləri çıxarıb əhalisini müsəlman edəm. Ol tərəfdə şəhri-Alan və rus və Xəzər dedikləri tayfalar vardır, varıb onlar ilə jəng edəm.

Pəs oradan qoşunların götürüb livayi-əzimətin Dərbənd tərə­finə. Əsnayi-rahda olan qalalar və şəhərlərdə jəng edərək Xəzər­ləri hər yerdə həzimət edərək ol qala və şəhərlərin əhlini müsəl­man edərək, gəlib Babül-əbvab Dərbəndə varid və içində olan Xəzər tayfası qaçmağa üz qoyub, pərakəndə oldular. Əbdürrəh­man Ömər ibn Xəttabın xilafəti günlərində Dərbənddə hakim idi. Osmanın xilafəti zamanında orada vəfat etdi.

Əbdürrəhmanın yanında olan adamlardan biri fəthnamə ilə Ömər ibn Xəttabın hüzuruna vardıqda, Ömər xəbər aldı ki, siz Ba­bül-əbvab Dərbəndə nə növ ilə getdiniz? Deyirlər ol sərzəmin­də uja dağlar var, dərin dərələr vardır, əzim meşələr vardır. Ol kişi javab verdi ki, ol şəhərlərdə bir tayfa var idi ki, adına Xəzər­lər deyirdilər. Bizi gördükdə dedilər ki, bu sərzəminə heç vaxt ləş­kər gəlməyib, adəmlərdən başqa. Məgər siz asimanın firiştə­lərisiz? Biz dedik ki, biz insanlarız. Lakin aramızda göylərin firiştələri də vardır ki, bizə kömək edirlər. Buna görə düşmən­lərimizə qalib gəlirik. Onlar qorxudan dəvaya iqdam etmədilər. Birisi imtahan üçün bir ağajın dalında durub, bir ox atıb, bizdən bir adamı öldürdükdə gördülər ki, biz də qətl oluruz, səma mə­ləkləri deyiliz. Sonra bizimlə müqatilə eylədilər. Onları həzimət qıldıq və ol sərzəmindən qovub, pərakəndə qıldıq.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin