191
vəziyyətə düşdükdə kreditordan müdafiə almalıdır; bu halda bank
tərəfindən kreditin ödənişi üçün xüsusi şərtlər nəzərdə
tutulmalıdır. Belə ki, bütün dünyada müflisləşmə borclunun
müdafiəsi üçün səmərəli vasitədir. Məsələn, ABŞ-da bankların –
maliyyə müəssisələrinin hər istəyənə kreditin verilməsinə görə
məsuliyyəti nəzərdə tutan, borc alan və kreditor arasında
münasibətləri tənzimləyən normativ akt mövcuddur.
İstehlak krediti bazarında amansız rəqabət mübarizəsinin
başlayacağı an yaxındadır. Əsas iştirakçıların tərkibi faiz
dərəcələri kimi köklü şəkildə dəyişə bilər.
Fərdi şəxslərin əksəriyyəti kreditləri təmir məqsədilə
götürmək istərdilər. Məşhurluğuna görə növbəti - işlənilmiş
avtomobillərin, mebelin, kompyuterin, məişət texnikasının və
digər ev predmetlərinin alınması üçün kreditdir. Təhsil xərci və
səyahətə getmək üçün kreditlərdən az istifadə edilir.
Keçirilmiş tədiqiqatlar və sorğular göstərir ki, təxirəsa-
lınmaz ehtiyaclar üçün kreditlərdən fəal istifadə edilir. Bəli, bütün
statistik göstəricilər bunu təsdiq edir. Yaxın gələcəkdə amerikan
modeli olan «həyat kreditlər»inin Azərbaycanda da tətbiqi
mümkündür.
İstehlak kreditin verilməsi möhkəm inkişaf mərhələsinə
davam gətirir. Bunu daha çox banklar həyata keçirir.
Dostları ilə paylaş: