122
6.2. Forfeytinq kağızları
Forfeytinq qiymətli kağızlarının əsas növləri köçürmə və
sadə veksellərdən ibarətdir. Onlarla aparılan əməliyyatlar
gözlənilməz çətinliklər olmadan tez və sadə şəkildə həyata
keçirilir. Veksellərdən əlavə, forfeytinq obyekti olaraq akkredetiv
formasında olan öhdəliklər çıxış edə bilər. Məlum olduğu kimi,
akkreditiv – bir bankın digərinə yüklənmiş mal üçün mal-
nəqliyyat sənədlərinin ödənişini həyata keçirmək və ya akkreditiv
təqdimçisinə müəyyən məbləğdə pul ödəmək tapşırığından ibarət
olan hesablaşma və ya pul sənədidir. Sənədli akkreditiv geri
çağrılan və ya geri çağrılmayan ola bilər. Geri çağırılmayan
akkreditiv emitent bankın akkreditiv tərəfindən nəzərdə tutulmuş
kommersiya sənədlərinin ona təqdim edilməsi üzrə ödəmələri
həyata keçirmək və onun bütün şərtlərini yerinə yetirmək öhdəliyi
deməkdir.
Müasir dövrdə akkreditivlər şəhərlərarası tədarükçülər
(malgöndərənlər) və alıcıların hesablaşmaları, eləcə də beynəlxalq
hesablaşmalarda tətbiq edilir. Dünya ticarətində sənədli
akkreditivlər
əsasən
xarici
ticarət
əməliyyatları
üzrə
hesablaşmalarda istifadə edilir.
Forfeytinq obyekti olaraq akkreditivlər nadir hallarda tətbiq
edilir. Bu, ilk növbədə, həyata keçirilən əməliyyatların
mürəkkəbliyi ilə izah olunur. Bununla belə, forfeytinq bazarı
əməliyyatların keçirilməsinin yüksək sürətindən, eləcə də sənəd
mübadiləsinin sadəliyindən ibarətdir.
Forfeyterin nöqteyi-nəzərindən akkreditivlə keçirilən
əməliyyatların prinsipial çatışmamazlıgı bir sıra xüsusiyyətlərdən
ibarətdir. Məsələ burasındadır ki, əməliyyatın iştirakçısı ziyanın
dövri olaraq və bərabər məbləğlərlə ödənilməsini nəzərdə tutur.
Bu, həm onun üçün, həm də digər iştirakçılar (borclu və zamin)
üçün əlverişlidir. Əgər veksel üzrə hissələrlə ödəmə ayrı-ayrı
sənədlərlə rəsmiləşdirilirsə, akkreditiv üzrə bütün bunlar
benefisiarın hesabına vahid sənəddə birləşir və bu sənəd bir çox
hallarda borclunun xüsusi razılığı olmadan satıla bilər, bu isə
bütün əməliyyatı xeyli mürəkkəbləşdirir.
|