129
Müddətli əməliyyatların növləri kimi fyuçers və opsionlar
geniş yayılmışdır.
Fyuçers – əməliyyatları satıcı və alıcı arasında bağlanan,
gələcəkdə müəyyən edilmiş məzənnə ilə qiymətli kağızların
müəyyən miqdarını müvafiq olaraq satmaq və almaq öhdəlikli,
standart müddətli müqavilədir.
Opsion – alıcıya müəyyən müddət ərzində müəyyən
qiymətlə əmtəənin standart miqdarını almaq hüququ (öhdəliyi
yox!), satıcıya isə satmaq hüququ verən əqddir (müqavlədir).
Müddətli əməliyyatların qəti, şərtli və uzadılmış növləri
məlumdur.
Qəti əqdlərin iştirakçıları qiymətli kağızların müəyyən
edilmiş müddətdə çatdırılması (satıcının öhdəliyi) və alqısı
(alıcının öhdəliyi) üzrə öhdəliklər götürür və şərtlər dəyişdirilə
bilməz.
Şərtli əqdlər zamanı iştirakçılardan biri digərinə müəyyən
mükafat ödəməklə öz öhdəliklərindən imtina etmək hüququna
malikdir. Əsas məqsəd məzənnə tərəddüdləri nəticəsindəki itkiləri
məhdudlaşdırmaqdır. Əqd şərtlərinin hansı iştirakçının və necə
dəyişmək hüququna malik olmasından asılı olaraq şərtli əqdlərin
ilkin mükafatlı, əks mükafatlı, stellaj və tam bölünən növlərini
fərqləndirirlər.
Dostları ilə paylaş: