III.Fonematik qavramanın müayinəsi UĢaqlarda səs tələffüzünün vəziyyəti yoxlanmasından sonra onun
eĢitmə ilə səsləri qavraması və fərqləndirilməsi mütləq müəyyən
edilməlidir. Xüsusilə bu o səslərə aiddir ki, onlar artikulyasiyaya görə
oxĢar və ya səslənməsinə görə yaxındırlar. Buna görə də bütün
korreksiya edən fitli və fısıltılı (sa-sa, za-ya, sa-za və s.) cingiltili və kar
(da-ta, na-ba, qa-ka), (ra-la, ri-li və s.) səslərin fərqləndirilməsini
yoxlamaq lazımdır. loqoped bu məqsədlə uĢağa onun ardınca müxtəlif
pozisiyalı hecaları təkrar etməyi tapĢıra bilər. Məsələn, sa-sa, sa-sa, ac-
ac, ac-as, sa-za, ra-la, sa-ya.
Əgər uĢaq bəzi səsləri düzgün tələffüz etməzsə loqoped ona
verilmiĢ heca sırasında (sa, ya, ca) Ģa hecasını eĢidən kimi qaldırmaq,
ayağa durmaq və s. tələb etmək olar. Sonra isə uĢağın səslənməyə görə
yaxın, lakin mənasına görə müxtəlif sözləri fərqləndirmək bacarığını
yoxlamaq lazımdır. Məsələn:
saz tüfəng
söz pələng
göz çələng
göz gül
kitab qutab
göl
Belə yoxlama müxtəlif üsullardan istifadə edilməklə aparıla bilər.
Məsələn: uĢağa Ģəkillər arasında lazımi Ģəkili tapmaq və ya sözün
mənası haqqında danıĢmaq tapĢırıla bilər. («De görüm saz nədir?»: «Bu
səs nədir?») Eləcə də loqopedin ardınca oxĢar sözləri təkrar etməyi tələb
etmək olar: Lalə-Zalə-halə; tar-dar-qar; qoyun-boyun, xörək-çörək və s.
Bu üsul həm uĢağın fonematik qavramasını, həm diqqətini, həm də
eĢitmə yaddaĢını inkiĢaf etdirir.
Dislaliyalı uĢaqların korreksiya iĢini 2 mərhələyə ayırmaq olar.
I mərhələ – hazırlıq mərhələsi adlanır. Hazırlıq mərhələsinin əsas
vəzifələri bunlardır:
a) EĢitmə diqqəti, eĢitmə yaddaĢı və fonematik qavramanın
inkiĢaf etdirilməsi.
b) Nitq motorikasının çatıĢmamazlığının mütəhərrikliyinin
inkiĢafı üçün artikulyasiya çalıĢmalarının aparılması.