Birinci qrup – fonematik qavramanın inkiĢafsızlığı ilə bağlı olan
oxunun pozulması (fonemlərin fərqləndirilməsi).
İkinci qrup – fonematik təhlilin pozulması ilə bağlı olan oxunun
pozulması. Bu zaman oxu zamanı həfrlərlə oxu, sözün səs-heca
quruluĢunun təhrifi kimi səhvlərə yer verilir.
Sözün səs-heca quruluĢunun təhrifi oxu zamanı samitlərin
düĢməsi (paltar-patar); samitlərin arasında sait səslərin iĢlənməsi
(bulvar-bulavar); hecaların yerini dəyiĢdirməsi (kəpərək-kəpənək) ilə
özünü göstərir.
Semantik disleksiya özünü mətnin texniki cəhətdən düzgün oxusu
zamanı cümlə və sözlərin baĢa düĢülməsində göstərir. Yəni burada söz
və cümlələr düzgün oxunsa da onlar baĢa düĢülmürlər. Bu qüsur
hecalarla oxuda daha çox müĢahidə olunur. Belə ki, hecalarla sözü
oxuduqdan sonra uĢaq onun Ģəklini göstərə bilmir, sözün mənası ilə
bağlı suallara cavab verə bilmirlər. Bundan baĢqa oxunulan söz və
cümlələrin baĢa düĢülməməsi sintetik oxuda – sözlərin bütöv
oxunuĢunda da müĢahidə olunur.
Oxunulanın baĢa düĢülməməsi qüsuru əsasən iki faktorun olması
ilə Ģərtlənir: 1.Dəqiqsizlik və səs-heca təhlilinin çətinliyi; 2.Cümlə
daxilində sintaktik əlaqələr haqqında təsəvvürlərin differensiasiya
edilməməsi. Oxu prosesində sözlərin hecalara ayrılması oxunulanın baĢa
düĢülməsinin əsas səbəblərindən biridir. Fonematik və heca sintezinin
pozulması nəticəsində uĢaqlar sözü tanımır, çünki hecalarla oxuda
sözlər hissələrə parçalanır, uĢaqlar isə həmin hecaları birləĢdirib bütöv
bir söz yarada bilmirlər. Onlar oxuduqlarının mənasını dərk etmir və
mexaniki olaraq bu prosesi həyata keçirirlər.
Semantik disleksiyalı uĢaqlar aĢağıdakı tapĢırıqları yerinə
yetirməkdə çətinlik çəkirlər:
a) aralarında qısa fasilələrlə tələffüz edilən ayrı-ayrı təcrid
olunmuĢ fonemləri birləĢdirib bir söz kimi deyə bilmirlər (ç, ö, r, ə, k).
b) Hecalarda verilmiĢ sözləri cümlə Ģəklində tələffüz edə bilmirlər
(la-lə, çi-çək, top-la-yır).
Aqrammatik disleksiya əsasən nitqin qrammatik quruluĢunun
inkiĢafsızlığı, morfoloji və sintaktik ümumiləĢdirmənin olmaması ilə
119
Ģərtlənir. Bu çatıĢmamazlıq zamanı sözlər hallara, kəmiyyətə, Ģəxs və
zamana görə düzgün dəyiĢmirlər.
Aqrammatik disleksiya müxtəlif patogenezli nitq qüsurları olan
(oxu vərdiĢinin sintetik mərhələdə formalaĢması ilə bağlı) uĢaqlarda
daha çox təsadüf edilir.
Mnestik disleksiya zamanı bütün hərflərin qavranılması və onların
dəyiĢmə çətinliyi baĢ verir. bu qüsur səslə hərf arasında əlaqənin
yaradılması proseslərinin pozulması və nitq yaddaĢının çatıĢmazlığı ilə
Ģərtlənir. Belə ki, uĢaqlar 3-5 səsdən və ya sözdən ibarət sıranı
ardıcıllıqla deyə bilmir, əgər deyirsə də bu zaman onların ardıcıllığını
pozur, kəmiyyətini azaldır, səsləri və ya sözləri buraxırlar.
Optik
disleksiyada
qrafik
cəhətdən
oxĢar
hərflərin
mənimsənilməsində çətinlik olur. uĢaqlar bir-birindən elementlərinə
görə fərqlənən və ya eyni elementlərə malik olan hərfləri ya dəyiĢik
salır, ya da qarĢılıqlı əvəz edirlər.
Optik disleksiya zamanı hərflərin tapılması, düzgün hərfi düzgün
olmayan hərfdən fərqləndirmək, çatıĢmayan elementi hərfə əlavə etmək
bacarığı olmur. Məsələn, uĢağa «r» hərfindən «b» hərfini, «s» hərfindən
«o» hərfini düzəltmək tapĢıranda onlar bunu yerinə yetirməkdə çox
böyük çətinliklər çəkirlər.
Literal optik disleksiyada təcrid olunmuĢ hərflərin tanınması və
hərflərin fərqləndirilməməsi qüsuru müĢahidə edilir.
Verbal disleksiya zamanı isə sözü oxuyarkən yaranan çətinliklər
özünü göstərir.
Taktik disleksiya əsasən görmə qüsurlu uĢaqlarda – korlarda
müĢahidə olunur. Bu Brayl əlifbasının taktil qavranılması zamanı
hərflərin fərqləndirilməməsidir. Oxu prosesində taktilə görə aĢkar
həfrlər nöqtələrinin sayına görə qarıĢdırılır və ya əvəz edilir.
Müasir dövrdə yazı qüçurları da ayrıca bir nitq qüsuru kimi təsdiq
edilir.
Disqrafiya –yazı prosesinin qismən spesifik pozulmasıdır. Yazı
nitq fəaliyyətinin çox səviyyəli və mürəkkəb formalı prosesidir. Bu
prosesdə müxtəlif analizatorlar: nitqi eĢitmə, nitqi hərəkət, görmə və
ümumi hərəkət iĢtirak edir. Yazı fəaliyyəti zamanı bu analizatorlar
arasında qarĢılıqlı Ģərtilik və sıx əlaqə yaranır. Bu prosesin strukturu
yazıya yiyələnmə vərdiĢlərinin mərhələlərindən, onun vəzifə və
xarakterindən asılıdır. Demək lazımdır ki, yazı Ģifahi nitq prosesləri ilə
sıx bağlıdır və onun kifayət qədər inkiĢafının yüksək səviyyəsi əsasında
həyata keçirilir.
120
YaĢlı adamın yazı prosesi avtomatlaĢmıĢ olur və bu vərdiĢə
yiyələnən uĢağın yazısından ciddi surətdə fərqlənir. Belə ki, böyüklərdə
yazı məqsədyönlü fəaliyyət olub müəyyən fikrin ötürücü və ya
qeydiyyatı məqsədi daĢıyır. YaĢlı adamın yazısının xarakteri bütövlüyü,
əlaqələnməsidir və sintetik prosesdir. Sözlərin qrafik surətləri ayrı-ayrı
elementlərlə (hərflərlə) yaradılmayıb. Bütöv tam kimi meydana çıxır:
Söz bir motor aktı kimi yaradılır. Yazı prosesi avtomatik və iki nəzarət
vasitəsi ilə: kinestetik və görmə həyata keçir.
Bu baxımdan əlin avtomatlaĢdırılmıĢ hərəkəti Ģifahi nitqin yazılı
nitqə keçməsində mürəkkəb prosesin ən sonuncu mərhələsi hesab etmək
olar.
Yazı prosesi çoxsəviyyəli struktura malik olub, böyük sayda
əməliyyatları özündə birləĢdirir. YaĢlı adamda bu ixtisar olunmuĢ,
qısaldılmıĢ xarakter daĢıyır.
A.R.Luriya
yazının
aĢağıdakı
əməliyyatlarını
müəyyənləĢdirmiĢdir:
Yazı təhrik, motor və vəzifələrdən baĢlanır. Ġnsan nə üçün, hansı
məqsədlə yazdığını bilir: qeyd etmək, informasiyanı müəyyən müddətə
saxlamaq, baĢqasına yetirmək, hər hansı bir fəaliyyətə təhrik etmək. Bu
zaman fikrən yazacağı ifadəni planlaĢdırır, onun məna proqramını,
fikrin ümumi ardıcıllığını müəyyənləĢdirir. Ġlkin fikir cümlənin
müəyyən quruluĢu ilə uyğunlaĢdırılır.
Yazı prosesində yazan Ģəxs müəyyən qaydanı gözləməli, nəyi
yazdığını və nəyi yazacağını bilməlidir.
Hər bir yazılacaq cümlə onu təĢkil edən sözlərə ayrılmalıdır, çünki
yazıda hər bir sözün müəyyən hüdudu olmalıdır. Yazı prosesində ən
mürəkkəb əməliyyatlardan biri sözün səs quruluĢunun təhlilidir. Düzgün
yazmaq üçün sözün səs quruluĢunu, ardıcıllığını və hər bir səsin yerini
mükəmməl bilmək lazımdır. Sözün səs təhlili nitqeĢitmə və nitq hərəkət
analizatorların birgə fəaliyyəti nəticəsində mümkün olur. Səslərin
müəyyənləĢdirilməsində, ardıcıllığını gözləməkdə ən əsas rolu öz-özünə
demək tutur (pıçıldamaq, ucadan və ya daxildə demək). Sözün öz-özünə
təkrar edilməsi barədə bir çox tədqiqatçılar müsbət rəy söyləyərək
göstərirlər ki, bu səhflərin az olmasında, səslərin ardıcıllığını və
xarakterini müəyyənləĢdirməkdə yazan Ģəxsə çox böyük kömək göstərir.
Yazıdakı sonrakı əməliyyatlardan biri digər səslərdən, xüsusi ilə
oxĢar səslərdən qrafik cəhətdən fərqlənən fonemləri görmə surətləri
vasitəsi ilə hərflə uyğunlaĢdırmaqdır. Qrafik cəhətdən oxĢar hərflərin
121
fərqləndirilməsi üçün kifayət qədər məkani təsəvvürlərin, görmə təhlil
və tərkib proseslərinin formalaĢması gərəkdir. Birinci sinif Ģagirdi üçün
hərflərin təhlili və tərkibi o qədər də asan məsələ deyildir.
Göstərilən əməliyyatdan sonra yazının motor (hərəkət) prosesi
gəlir. Bu proses zamanı hərflərin görmə surəti əl hərəkətləri vasitəsi ilə
yerinə yetirilir. Hərfin yazılması zamanı sözlərin ginestetik nəzarəti
görmə: yazılanın oxunması ilə həyata keçirilir. Normada yazı prosesi
müəyyən nitq funksiyaların kifayət qədər formalaĢma səviyyəsi; səslərin
eĢitmə və fərqləndirilməsi, onların düzgün tələffüz edilməsi, nitqin təhlil
və tərkibi, dilin leksik-qrammatik tərəflərinin formalaĢması, görmə ilə
analiz və sintezi, məkani təsəvvürlər əsasında həyata keçirilir.
Yuxarıda göstərilən hər hansı bir funksiyanın pozulması yazı
vərdiĢlərinə yiyələnmək prosesini pozub disqrafiya yaradır. Beləliklə də,
disqrafiya normada yazı proseslərini həyata keçirən ali psixi
funksiyaların inkiĢafsızlığı (dağılması) nəticəsində meydana çıxır.
Qeyd etmək lazımdır ki, yazı pozğunluqları aĢağıdakı terminlərlə
adlandırılır:
Disqrafiya, aqrafiya, dizfoqrafiya, evolyusiyalı disqrafiya.
Disqrafiyanı yaradan səbəblər disleksiyada olduğu kimidir.
UĢaqlarda disqrafiya bir çox ali psixi funksiyaların: görmə təhlil və
tərkibi, məkani təsəvvürlər, danıĢıq səslərinin eĢitmə-tələffüz
fərqləndirilməsi, fonematik, heca təhlil və tərkibi, cümlələrin sözlərə
parçalanması, nitqin leksik-qrammatik quruluĢu, hafizə və diqqətin
pozulması, emosional-iradi sfera və s. pozulması, formalaĢmaması
nəticəsində meydana çıxır.
Disqrafiyanın növləri çoxdur. Bu bir çox prinsiplərə görə:
analizatorların pozulması, psixi funksiyaların inkiĢafdan qalması, yazı
əməliyyatlarının formalaĢması və s. görə təsnif edilir.
Müasir dövrdə ən çox iĢlənən təsnifat aĢağıdakılardır:
1.Artikulyator-akustik disqrafiya;
2.Fonemlərin tanınmasının pozulmasına əsaslanan disqrafiya;
3.Dilin analiz və sintezinin pozulması ilə Ģərtlənən disqrafiya;
4.Aqrammatik disqrafiya;
5.Optik disqrafiya.
1.Artikulyator-akustik disqrafiya.
M.E.Xvatsev bu qüsuru «yarıda pəltəklik» termini ilə
müəyyənləĢdirmiĢdir.
Artikulyator –akustik disqrafiya zamanı uĢaq necə tələffüz edirsə,
eləcə də yazır. Bunun əsasını düzgün olmayan, səs tələffüzün yazıda əks
122
olunması təĢkil edir. Yazı zamanı səslərin düzgün olmayan tələffüzünün
öz-özünə deyilməsinə əsaslanaraq uĢaq yazıda öz səhv tələffüzünü əks
etdirir.
Artikulyator-akustik disqrafiya özünü hərflərin buraxılması,
əvəzlənməsi kimi göstərir və bu Ģifahi nitqdə səslərin buraxılması,
əvəzlənməsinə uyğun olur. Bu qüsur Ģifahi nitq pozulmaları: dizartriya,
rinolaliya və polimorf xarakterli dislaliyada daha çox müĢahidə edilir.
Bəzən hərflərin əvəzlənməsi və buraxılması Ģifahi nitqin
korreksiyasından sonra da qalır.
Dostları ilə paylaş: |