Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə8/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   119
2015-332

 
Azərbaycan dilinin təsir dairəsi 
Azərbaycan dili qədim dövrlərdən başlayaraq bir sıra dillərlə 
qarşılıqlı əlaqədə olmuş, başqa dillərdən söz almış və bəzi dillərə 
söz vermişdir. Bunun da nəticəsində həm özü zənginləşmiş, həm 
də başqa dillərin inkişaf etməsində müəyyən rol oynamışdır. 
Ayrı-ayrı dövrlərdə Azərbaycan dilindən fars, aqul, ləzgi, taba-
saran, erməni, rus, gürcü və başqa dillərə çoxlu söz və ifadə keç-
mişdir. Məsələn: 
1. Fars dilinə keçən sözlər: alov, araba, bəzək, bağça, qovur-
ma, qundaq, quş, dəyənək, döşək, otaq, ordu, ocaq, ilxı, sancaq, 
tənə, ton, çaxmaq, çəkmə, çolaq, çubuq, elçi, yaylaq, şiş və s. 
Fars dilinə keçən Azərbaycan sözlərinin tarixi çox qədimdir. 
Belə ki, hələ XII–XIII əsrlərdə yazıb-yaradan fars yazıçıları öz 
əsərlərində Azərbaycan sözləri işlətmişlər. Səfəvilər dövründə 
isə, yəni XV əsrin sonundan başlayaraq XVIII əsrin birinci yarı-
sına qədər (1499–1736) azərbaycanlıların hakimiyyət başında 
olduqları zaman Azərbaycan dilindən fars dilinə keçən sözlərin 
sayı daha da çoxalmışdır. 
2. Aqul dilinə keçən sözlər: çöl, qum, dustaq, balıq, bulaq, 


 
16 
yaylıq, yağ, köhnə, boran, dərin, yorğan, boşqab, biçinçi, qarğa, 
duz, qalın, doğru və s. 
3. Ləzgi dilinə keçən sözlər: ad, bağça, gözəl, güzgü, dərin, 
düşmən, köhnə, qarpız, qızıl, quş, sərin, çəltik, şirin, yaylaq, turp, 
paltar, saçaq və s. 
4. Rus dilinə keçən sözlər: arbuz (qarpız), anbar, başlıq, 
sarafan, kalpak, saray, utyuq (ütü), kazak, sazan, almaz, kamış 
(qəmiş), qaraul (qarovul), barsuk (porsuq), tuman, karandaş, aşuq 
(aşıq), çerdak, sunbuk (sandıq), izyum(üzüm) və s. 
5. Gürcü dilinə keçən sözlər: qonaq, qoçaq, tutsaq, körpə, 
keçəl, ocaq, otaq, pul, manat, papaq, polad, toxa, çəkmə, çomaq, 
çolaq, ciyər, çəkic, şüşə, şəkər, yaraq, dolma, çığırtma və s. 
Azərbaycan dilindən gürcü dilinə keçmiş sözlər müxtəlif 
sahələrə aid olaraq həm ədəbi, həm də danışıq dilində işlədilir. 
Azərbaycan dili yuxarıda qeyd olunan dillərin əksəriyyətinin 
lüğət tərkibinin inkişafında həm mənbə, həm də vasitəçi dil 
olmuşdur. Bunu başqa şəkildə desək, Azərbaycan dili həm öz 
sözlərini vermiş, həm də başqa dillərdən söz almaqda həmin 
dillər üçün vasitəçilik etmişdir. Bu dilin vasitəsi ilə gürcü dilinə 
yüzlərlə ərəb və fars mənşəli sözlər daxil olmuşdur. Məsələn: 
adəm, adam, bina, qələm, dəzgah, əlbəttə, əfsus, zər, kef, mürəb-
bə, mütəkkə, mismar, məsləhət, pəncərə, pərvanə, reyhan, saat, 
surət, ustad, ümid, fikir, xatir, həkim, cəllad və s. keçmişdir. Belə 
bir vəziyyət Azərbaycan dilinin geniş təsir dairəsinə malik 
olduğunu göstərir. 
Azərbaycan dilinin başqa dillərə müsbət təsiri hal-hazırda da 
davam edir. Bunu təkcə Dağıstan dillərində yox, qonşuluqda olan 
başqa dillərdə də görmək olur. Ümumiyyətlə, başqa dillərə keç-
miş Azərbaycan sözləri həmin dillərin lüğət tərkibinin ayrılmaz 
ünsürünə çevrilmişdir. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin