Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir


FƏSĠL 8. ĠNVESTĠSĠYA QOYULUġU VƏ ƏSASLI



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə63/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   101
FƏSĠL 8. ĠNVESTĠSĠYA QOYULUġU VƏ ƏSASLI 
TĠKĠNTĠ 
 
8.1. Ġnvestisiya anlayıĢı, məqsədləri və fəaliyyəti 
 
Müasir  dövrdə  aparılan  tədqiqatlardan  məlum  olur  ki, 
investisiya anlayışı  geniş məzmuna, tərkibə malikdir. Mə-
lumdur  ki,  makroiqtisadiyyatda  qoyuluşları  ümumi  (məc-
mu) xarakterli tərkib elementlərindən biridir. Belə ki, fab-
rik,  zavod,  yaşayış  binalarının  tikilməsi,  yeni  maşın  və 
avadanlıqlarının alınması, həmçinin cari ildə istehsal edil-
miş,  lakin  istehlak  olunmamış  əmtəə-material  qiymətləri 
investisiya kimi qəbul  edilir. İnvestisiya  yeni  kapitalın is-
tehsal  maddi-əşya  elementlərinin  yaradılması,  həmçinin 
şəxsi amilini (insanın) lazımi bacarıqlara və vərdişlərə yi-
yələnməsinə vəsait sərfi kimi başa düşülür. 
İnvestisiya  –  gəlir  (mənfəət)  və  ya  sosial  səmərə  əldə 
etmək  məqsədi  ilə  təsərrüfatçılığa,  sahibkarlıqda  və  müx-
təlif növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, ha-
belə maddi və intellektual sərvətlərdən ibarətdir.  
İnvestisiyalar  –  həm  pul,  həm  də  real  kapitala  qoyul-
muş  vəsaitlərdir.  Bu,  pul  vəsaitləri,  kreditlər,  daşınan  və 
daşınmaz əmlaka, intellektual mülkiyyətə və digər dəyərli 
sahələrə  qoyulan  vəsaitlər  şəklində  həyata  keçirilə  bilər. 
Real kapitala qoyulan investisiyalar əsasən kapitalın təkrar 
istehsalına və bərpasına səbəb olurlar. İnvestisiya qoyulu-
şunun  əsas  məqsədi gələcəkdə  daha  çox  gəlir  əldə  etmək 
üçün  qoyulan  xərclərdir,  istehsalat  vasitələrinə  qoyulan 
əlavə  xərclərdir;  kapitalın  artırılması  məqsədilə  qoyulan 
xərclərdir və s.  
Bu vəsaitləri birləşdirərək vahid bir şəkildə investisiya 
anlayışını  belə  ifadə  etmək  olar:  “Müəssisənin  istehsalat 


 
 
201 
həcmində artım və mütəmadiliyin təmin edilməsi və gələ-
cəkdə  müəyyən  bir  zamanda  həyata  keçməsi  gözlənilən 
gəlirin  əldə  edilməsi  məqsədilə  maliyyə  vəsaitlərinin  is-
tehsalata istiqamətləndirilməsidir”. 
Müəssisələr müxtəlif məqsədlərlə investisiya qoyurlar. 
Bu məqsədlərin əsasları aşağıdakılardır:  
-  mövcud istehsalat səviyyəsini qorumaq üçün köh-
nəlmiş təchizatın yenisi ilə əvəz edilməsi; 
- istehsalat həcminin artırılması üçün vacib olan tex-
nologiyanın təmin edilməsi; 
- bazara yeni çıxan məhsulları istehsal etmək və yeni 
texnologiyalardan faydalanmaq; 
-    xərcləri  azaltmaq  və  ya  istehsalatı  artırmaq  və 
yaxud bunların hər ikisinin birlikdə öhdəsindən gəlmək; 
-    məhsulun  istehlakçıya  çatdırılmasında  daha  təsirli 
vasitələrə əl atmaq və bölgü kanallarını genişləndirmək; 
-    istehsal  edilən  məhsulun  keyfiyyətini  yüksəltmək 
və inkişaf etdirmək; 
-  iş şəraitinin yaxşılaşdırılmaq; 
- ətraf mühitin çirklənməsinin qarşısını almaq, xalqın 
sağlamlığını qorumaq və bu məqsədlə mövcud qanunveri-
ciliyə riayət etmək; 
-  bazar  şərtləri  ilə  ayaqlaşmaq,  bölgədə,  ölkədə  və 
dünyada rəqabət üstünlüyünü təmin etmək; 
-  müəssisənin  qarşılaşacağı  konkret  riskləri  aradan 
qaldırmaq və ya məhdudlaşdırmaq; 
-  müəssisənin  bazardakı  və  sənayedəki  payını 
qorumaq  və  səmərəliliyi  artırmaq  məqsədilə  tədqiqat  və 
inkişaf etdirmə fəaliyyətlərini həyata keçirmək; 
- müəssisədə işləyənlərin sağlamlığının rifahının qo-
runması və onların həvəsləndirilməsi və s. 


 
 
202 
Müəssisələr  bu  məqsədləri  həyata  keçirmək  üçün  in-
vestisiya  qoyulmasına  istiqamətlənirlər.  Ancaq  bu  məq-
sədlər  ümumi  xarakter  daşıyır.  İnvestisiya  qoyulmasının 
əsası  isə  müəssisə  həyatının  mütəmadiliyi  və  gəlirdir. 
Əgər  müəssisə  fəaliyyətlərini  mütəmadi şəkildə  təmin  et-
mək istəyirsə, daha keyfiyyətli mal və xidmət istehsal edə-
rək  istehlakçıların  istifadəsinə  verməli,  bunlardan  əldə 
edəcəyi gəlirlərin müəyyən bir qismi ilə yeni məhsullar is-
tehsal  etməli  və  yeni  texnologiyalar  ilə  istehsalın  artırıl-
masına çalışmalıdır. 
Bazar  iqtisadiyyatının  inkişafı  fəaliyyətdə  olan  sub-
yektlər  bir  tərəfdən  rəqabətə  davamlı  olmağı,  digər  tərəf-
dən sabitliyin təmin edilməsini və dəyişən iqtisadi şəraitdə 
fəaliyyət  göstərməsini  tələb  edir.  Bütövlükdə  cəmiyyətin 
və onun subyektlərinin inkişafı milli gəlirin yüksəlməsi ilə 
mümkündür.  Bu  cür  yüksəlişlərin  əsası  investisiya  və  in-
vestisiya qoyuluşu prosesini özündə əks etdirən investisiya 
fəaliyyətidir. 
İnvestisiya  prosesinin  əsas  iştirakçıları  (subyektləri) 
xarici  fiziki  və  hüquqi  şəxslər,  habelə  dövlət,  beynəlxalq 
təşkilatlar,  şirkətlər  və  ayrı-ayrı  şəxslərdir.  Onlar  hər  bir 
investisiya prosesində həm təklif, həm də tələblər tərəfin-
dən iştirak edə bilirlər. 
İnvestisiya  (investisiya  resurslarına)  pul  vəsaitlərini, 
məqsədli bank əmanətləri, texnologiyalar, maşınlar, təchi-
zat, lisenziya, o cümlədən əmtəə nişanları, kreditlər, eləcə 
də  sahibkarlıq  fəaliyyəti  obyektlərinə  qoyulan  iqtisadi  və 
sosial səmərə və gəlir əldə etmək üçün digər əmlak, əmla-
ka hüququ və intellektual dəyərlər aid edilə bilər. 
İnvestisiya fəaliyyətinin obyektlərinə yeni yaranmış və 
modernləşdirilmiş  fondlar  və  xalq  təsərrüfatının  müxtəlif 
sahələrindəki  dövriyyə  vəsaitləri,  qiymətli  kağızlar,  məq-
sədli  pul  qoyuluşları,  elmi-texniki  məhsul,  eləcə  də  digər 


 
 
203 
əmlak obyektləri, əmlak hüququ və intellektual əmlak hü-
ququ aiddir.  
İnvestisiya prosesi investisiya bazarında həyata keçiri-
lir ki, bu da öz növbəsində kapital qoyuluşu bazarını (əsas 
fondların  təkrar  istehsalı  üçün),  əmlak  bazarını,  qiymətli 
kağızlar bazarını, intellektual mülkiyyət və hüquqlar baza-
rını, investisiya layihələri bazarını özündə birləşdirərək bir 
sıra müstəqil seqmentlərə bölünür.  
İnvestisiya  fəaliyyətinin  ümumi  prinsiplərinə  görə  bu 
bazarlar  investisiya  obyektlərinə  görə  fərqlənir  ki,  bu  da 
üsulların,  formaların,  təhlil  üsulunun  və  səmərəliliyinin 
qiymətləndirilməsinin,  etibarlığın  və  investisiya  riskinin 
səviyyəsini müəyyən edir.  
İnvestisiya fəaliyyətinin subyektlərini investorlar, si-
farişçilər,  iş  icraçıları,  investisiya  fəaliyyəti  obyektlərinin 
istifadəçiləri,  eləcə  də  təminatçılar,  hüquqi  şəxslər  (bank, 
sığorta  və  vasitəçi  təşkilatlar,  investisiya  birjaları)  və  in-
vestisiya prosesinin digər iştirakçıları təşkil edir. İnvestisi-
ya  fəaliyyətinin  subyektləri  fiziki  və  hüquqi  şəxslər,  o 
cümlədən  xarici  hüquqi  fiziki  şəxslər,  dövlət  və  beynəl-
xalq təşkilatlar da ola bilər. 
 İnvestisiya fəaliyyətinin əsas subyekti olan investor, 
şəxsi  və  ya  cəlb  edilmiş  vəsaitlərin  investisiya  şəklində 
qoyuluşunu  həyata  keçirir  və  onun  məqsədyönlü  istiqa-
mətdə  istifadəsini  təmin  edir.  İnvestor  rolunda  aşağıdakı-
lar iştirak edə bilər: 
- dövlət və bələdiyyə  əmlakını və ya əmlak hüququnu 
idarəetmə səlahiyyətinə sahib orqanlar; 
- yerli fiziki və hüququ şəxslər, sahibkar birlikləri; 
- xarici fiziki və hüquqi şəxslər, dövlət və beynəlxalq 
təşkilatlar. 
Sifarişçi rolunda investorlar, eləcə də investor tərəfin-
dən  səlahiyyət  verilmiş  fiziki  və  hüquqi  şəxslər  çıxış  edə 


 
 
204 
bilər. Bu halda bu şəxslər investisiya prosesinin digər işti-
rakçılarının  sahibkarlıq  və  başqa  fəaliyyətlərinə  müdaxilə 
etməməlidirlər. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin