Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir


 Əsaslı tikintinin və investisiya qoyuluĢunun



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə65/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   101
8.2.  Əsaslı tikintinin və investisiya qoyuluĢunun 
mahiyyəti, tər43kibi və quruluĢu 
 
Müəssisənin  əsas  vəsaiti  onun  mülkiyyət  formasın-
dan asılı olaraq, müxtəlif tərkibdə olur. Dövlət  mülkiyyə-
tində  olan  müəssisələrin  fəaliyyətinin  maliyyələşdirilməsi 
dövlət tərəfindən verilən istehsal vasitələri təşkil edir. Hər 
bir yeni müəssisə işləməyə hazır olduğu zaman dövlət tə-
rəfindən onun sərəncamına ona lazım olan bütün əsas və-
saitlər,  yəni binalar, tikililər, dəzgahlar, maşınlar, avadan-
lıqlar, nəqliyyat vasitələri və alətlər verilir. İşləməkdə olan 
bütün  dövlət  müəssisələrində  sıradan  çıxan  ayrı-ayrı  ob-
yektlərin bərpa edilməsi və əsas vəsaitin artırılması kapital 
qoyuluşu  yolu  ilə  həyata  keçirilir.  Dövlətə  məxsus  olma-
yan müəssisələrin təşkili, təminatı, planlaşdırılması və  is-
tehsal proseslərin həyata keçirilməsi müəyyən mənbələrdə 
maliyyələşdirilir və idarə olunur. Təsisedici tərəf kimi fizi-
ki və hüquqi şəxslər, sahibkarlar, birliklər və digər qurum-
lar  çıxış edirlər, onlar  tərəfindən təşkili işlərini və  maliy-
yələşdirmə prosesini həll edirlər. 
Hər  bir  müəssisə  üzrə  kapital  qoyuluşunun  həcmini 
məhsul istehsalının və ya xidmət göstərməsinin planlaşdır-
mış artımına əsasən müəyyən edilir. Burada mövcud isteh-
sal gücündən, istehsal sahəsindən və avadanlıqdan maksi-
mum  dərəcədə  istifadə  olunması  və  habelə  mənəvi  cəhət-
dən  köhnəlmiş  dəzgah,  maşın  və  avadanlığın  yeniləri  ilə 
əvəz edilməsi, yeni binaların tikilməsi, köhnələrin bərpası 


 
 
207 
və  s.  tikinti  obyektlərin  əvəz  edilməsi  zəruriyyəti  nəzərə 
alınır. Bunu həyata keçirmək üçün kapital qoyuluşu tələb 
olunur.   
 Kapital qoyuluşu – istehsal və qeyri-istehsal sahələ-
rində əsas fondların sadə və geniş təkrar istehsalı üçün nə-
zərdə tutulan maliyyə vəsaitlərini  özündə əks etdirir. İqti-
sadiyyatın bu və ya digər sahəsinə kapital qoyuluşu müəy-
yən edilərkən həmin sahənin məhsullarına olan tələbat nə-
zərə  alınır.  Kapital  qoyuluşu  yeni  binaların  və  qurğuların 
tikilməsi üzrə aparılan inşaat işləri ilə əlaqədar xərclərdən 
və  istehsal  vəsaitlərinin  əldə  edilməsi  və  quraşdırılması 
üçün sərf edilən xərclərdən  (investisiyalardan) ibarət olur. 
Əsaslı  tikinti  –  yeni  obyektlərin  tikilməsi,  mövcud 
olanların  isə  yenidən  qurulması,  genişləndirilməsi  və  tex-
nika  ilə  silahlanma  səviyyəsinin  yüksəldilməsi  məqsədilə 
həyata  keçirilən  tikinti-quraşdırma  işlərini  əhatə  edir.  Sə-
naye  müəssisələrində  tikinti-quraşdırma  işlərinin  iqtisadi 
mahiyyəti istehsalın lazımi sürətini  və miqyasını, istehsal 
və  qeyri-istehsal  təyinatlı  obyektlərin  inkişafındakı  opti-
mal  nisbətləri,  istehsalın  maddi  bazasının  inkişafını,  yeni 
texniki  vasitələrin  tətbiqini    və  s.  təmin  etməkdən  ibarət-
dir. Tikintisi başa çatdırılmış və istifadəyə verilməsi üçün 
hazırlanmış istehsal obyektləri, neft-qaz quyuları, qurğular 
(məsələn, estakadalar,  dambalar, körpülər və  s.), boru kə-
mərləri və başqa obyektlər tikinti məhsullarıdır. 
Sənaye  müəssisələrində  tikinti-quraşdırma  işləri  is-
tehsal  və  qeyri-istehsal  obyektlərinin  tikilməsi  və  onlarda 
avadanlıqlar quraşdırılması ilə  əlaqədar  görülən bütün iş-
ləri özündə əks etdirir. Tikinti işlərinə aiddir: bina və qur-
ğuların ucaldılması, maşın və avadanlıqların quraşdırılma-
sı üçün özül, bünövrə və dayaq konstruksiyaların qurulma-


 
 
208 
sı,  tikinti  sahəsinin  öyrənilməsi,  ərazinin  tikinti  üçün  ha-
zırlanması,  yaşıllaşdırma  və  abadlaşdırma  işləri,  sanitar-
texniki  və  quraşdırma  işləri.  Avadanlığın  quraşdırılması 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin