Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə100/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   206
kitab tercume

Qisasalma. Bu konsepsiyaya əsasən cinayət öz təbiətinə görə qanunauyğunluq çərçivəsində cəzalandırılmalıdır. Beləliklə, həbsolunmanın cəzalandırmaqdan başqa ulitar mahiyyəti yoxdur, yəni cinayətkarlığın qarşısını almaq, cəmiyyəti qorumaq və cinayətkarı yenidən tərbiyə etmək məqsədi daşımır.
Ödəmə. Cinayətkar zərərçəkmişə qarşı vurduğu istər fiziki, istər maddi zərərə görə haqq ödəməlidir.
Ümumi qorxutma. Cinayətkarın cəzalandırılması digərcinayətlərin törədilməməsi üçün nümunə rolunu oynayır.
Fərdin qorxudulması. Burada əsas diqqət konkret bir cinayətkara qarşı tətbiq olunan cəzanın effektivliyinə yönəlir və ümid edilir ki, cinayətkar bu cəzadan ibrət alacaq və hər hansı başqa cinayətə addım atmayacaq.
Yenidən tərbiyə. Bu konsepsiyanın tərəfdarları hesab edirlər ki, ayrı-ayrı fərdin davranışını pozitiv dəyişmə, ona təlim vermə (istəməsə belə) müəyyən proqramlara məcburi cəlbetmə ilə onu yenidən cəmiyyətə qaytarmaq mümkündür.
Preventiv ölçülər: preventiv hüquqlardan məhrumetmə və azadlıqdan məhrum etmə residivin təhlükə həddinə uyğun tətbiq olunur. Bu yanaşmada aşağıdakı problemlər ortaya çıxır:
a) yenidən cinayətkar həyata dönmək istəməyənlərə qarşı azadlıqdan məhrumetmənin təsirliliyi;
b) cinayət baş verməmiş tətbiq olunan cəza;
c) Tutduğu mövqedən (vəzifədən) süi-istifadənin mümkünlüyü;
d) tədbirin baha başa gəlməsi;
e) az effektlilik,yəni böyük xərclər hesabına cinayətkarlığın azaldılmasının zəifliyi
Törədilən hərəkətə görə cəza. Burada zərərin ədalətli ödənişi üçün individ tərəfindən törədilmiş konkret cinayətin ağırlıq səviyyəsinə uyğun olaraq, qəbul edilmiş qərar dəqiq olmalıdır. Belə olan halda, məhkəmə hakimiyyətinin hüquqları nəzərə çarpacaq dərəcədə məhdudlaşır, həm məhkum, həm də ictimaiyyət törədilmiş cinayətin fəsadlarını daha dərindən dərk edir. Qeyd etmək lazımdır ki, bu prinsiplərdən heç biri adekvat deyil və cinayətkarlığın səviyyəsinin kəskin şəkildə düşməsinə aparmır, yəni penitensiar sistemdə işlərin gedişinə digər mühüm faktorlar təsir edir.
Onu da qeyd etməyi lazım bilirik ki, cəza sistemi ictimai təsirdir və bu təsirin izahını nə hüquqi, nə də etik cəhətdən tam şəkildə vermək mümkün deyil. Öz mahiyyətinə görə azadlıqdan məhrumetmə yerlərində (cəzaçəkmə müəssisələrində) saxlanılma texnikası ədliyyənin kompetensiyasına daxil olan islah metodları və nəzarət təcrübəsinin təbii davamı kimi özünü göstərir. Tam əminlikə demək olar ki, ictimai sistemlər arasında qarşılıqlı təsir mövcuddur. Məsələn, institutlaşdırma və bürokratikləşdirmə mümkündür (psixiatriya və sosial xidmət) və ya onu cəmiyyətin bütün tərəflərinə aid olan struktur xüsusiyyət kimi qeyd

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin