Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Obyektiv və subyektiv xarakterli göstəricilər



Yüklə 0,73 Mb.
səhifə161/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   206
kitab tercume

Obyektiv və subyektiv xarakterli göstəricilər.
Obyektiv göstəricilər: insan peşə tələblərinə nə dərəcədə uyğundur, onun sosial təcrübəyə töhfəsi. Sosial işdə obyektiv meyarlar kimi müştərinin problemlərinin həlli, yardım göstərmə, əhalinin müxtəlif kateqoriyalarının reabilitasiyası; müştəri və dövlət strukturları arasında vasitəçilik missiyasının həyata keçirilməsinə icazə verən, təşkilatçı koordinator, müştərinin sosial müdafiə texnoloqu olmağa imkan yaradan peşəkar biliklər və bacarıqlar, cəmiyyətdə və regionda sosial siyasətə təsir edə bilmək və onu proqnozlaşdırmaq və s. çıxış etməlidir.
Subyektiv göstəricilər: peşə şəxsiyyətin tələblərinə, onun meyillərinə nə dərəcədə uyğundur, insan peşəkar fəaliyyətdən nə dərəcədə məmnundur. Sosial işçinin əməyində peşəkarlığın subyektiv göstəricisi davamlı peşəkar-humanist istiqamətlənmə,ola bilər, peşənin əhəmiyyətinin, dəyər oriyentasiyalarının anlanması, şəxsin peşə cəhətdan önəmli keyfiyyətlərinin məcmusu, peşəkar kimi özünə pozitiv münasibət, şəxsiyyət deformasiyalarının olmaması.
Beləliklə, peşəkar sosial işçini əməyin kifayət qədər yüksək effektivliyi ilə daxili peşədə qalmaq arzusunun simbiozu xarakterizə edir.
Prosessual-nəticə göstəriciləri.
Nəticə göstəriciləri: şəxs əmək fəaliyyətində arzu olunan nəticələri əldə edirmi. Müasir sosial iş təcrübəsində işləyən mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsinin iki əsas növünü ayırmaq olar: vasitəsiz ( və ya əməyin nəticələrinin qiymətləndirilməsi) və vasitəli (işçinin fəaliyyətini keyfiyyət üzrə qiymətləndirilmə). İkinci halda söhbət sosial işçinin özünü xarakterizə edən və onun funksional fəaliyyətinin nəticələri ilə bağlı amillər haqqında gedir. Belə amillər rolunda ixtisaslama, peşəkar bacarıqlar, sosial işçinin işgüzar keyfiyyətləri nəzərdən keçirilir.
Ancaq sosial işçinin fəaliyyətinin dəqiq son məqsədinin olduğu, müştərinin fəaliyyətinə təsirlərinin təhlilinin adekvat kəmiyyət metodları olmadığı halda isə sosial işçinin əməyinin effektivliyinin vasitəsiz qiymətləndirilməsi mümkün olmur.
Bütovlükdə sosial işçinin fəaliyyətinin effektivliyinin meyarları aşağıdakılar ola bilər: müştərilərin problemlərinin durumunun və onların həllinin nəticələrinin təhlili; sosial fəaliyyətin müxtəlif növlərinə müştərilərin qoşulması dinamikası; uşaqlar, yeniyetmələr, gənclər, yaşlı nəsilin baza sosial dəyərlərə nəzərən dinamikası; sosial mühitdə şəraitin yaxşılaşdırılması üzrə fəaliyyətə yaşlı əhalinin qoşulmasının nəticələri; sosial-psixoloji vəziyyətin qiymətləndirilməsi, sosial mühitdə mikroiqlim; sosial işçinin mütəxəssis kimi peşəkar yüksəlmə səviyyəsi.
Prosessual göstəricilər: işdə öz nəticələrini əldə etməsi üçün insan müasir sosial metodlardan, priyomlardan, texnologiyalardan istifadə edirmi.
normativ-etik göstəricilər: sosial işçi normaları, standartları, prinsiplərı, peşə etalonunu mənimsədimi; o təcrübədə ustad səviyyədə peşə etalonlarına uyğun davrana bilirmi; cəmiyyətdə onun əhəmiyyətini anlayaraq peşənin şərəf və ləyaqəti üzrə davranışa riayət edə bilirmi;
real bilik bazasının göstəriciləri: mütəxəssis hal-hazırda şəxsiyyətinin və fəaliyyətin peşəkarlığının kifayət qədər yüksək səviyyəsinə nail ola bilirmi. Peşəkar inkişafın aktual səviyyəsi — bu onun hal-hazırda işdə əldə etdiyi nəticələrdir. Bununla birlikdə bu onun nəticəyə nail olmaq üçün tətbiq etdiyi şəxsi resurslardır: biliklər, bacarıqlar, şəxsiyyətin keyfiyyətləri;
proqnostik göstəricilər: insanın yüksəlmə perspektivi varmı və yaxud o belə bir perspektiv axtarışındadırmı, onun şəxsi və peşəkar inkişaf sahəsi hansıdır;
peşəkar öyrənmə qabiliyyətinin göstəriciləri: insan tədrisə, öz səviyyəsinin və peşəkar ixtisaslaşmasının yüksəlməsinə səy gəstərirmi; o sosial işin nəzəri və metodik aspektlərini öyrənməyə, kolleqaları ilə iş təcrübəsi mübadiləsi etməyə hazırdırmı;
sosial fəallığın və cəmiyyətdə peşənin rəqabətə davamlılığının göstəriciləri: mütəxəssis cəmiyyətdə öz əməyinin nəticələri ilə maraq oyada, peşənin vacib ehtiyaclarına diqqəti cəlb edə bilirmi;
texnoloji göstəricilər: sosial iş üzrə mütəxəssislərin fəaliyyətinin şəxsi-texnoloji göstəricisi kimi peşəkarın şəxsiyyətini və daha çox onun fəaliyyətini xarakterizə etməyə icazə verir. Onlara aiddir: sosial yardım, korreksiya, reabilitasiya prosesinin məhsuldarlığına praktik nəzarət və özünənəzarətə yiyələnmə; peşəkar fəaliyyətdə innovativlik, individuallıq, müxtəlif texnologiyaların tətbiqində yaradıcı mövqenin nümayişi göstəriciləri.
innovasiya xarakterli göstəricilər: peşəkar fəaliyyətdə müxtəlif texnologiyaların tətbiqində novatorluq, individuallıq və yaradıcılıq. Yenilik öz innovasiya potensialına görə modifikasiya edən (sosial yardım, korreksiya insan və insan qruplarının reabilitasiya texnologiyasını və s. inkişaf etdirən, təkmilləşdirən və yeniləyən mexanizmlərdən, metodlardan və priyomlardan istifadə), kombin (bu vəziyyətdə ən effektiv müxtəlif metodlar və priyomların işlənib hazırlanması və təcrübədə istifadə olunmasında sosial işçinin individual şəxsi mövqeyi deməkdir) və radikal (kök salmış baxışlardan, mövqelərdən, təsir üsullarından zamanın və konkret vəziyyətin tələblərinə cavab verənlərin xeyrinə imtina).

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin