NATAMAMLIQ KOMPLEKSİ – həqiqətən və ya xəyalən özünü aşağı qiymətləndirmə. A.Adlerə görə natamamlıq kompleksi ideya və duyğuların, davranış yönümlərinin məcmusudur.
VI MƏRHƏLƏ: İNTERVENSİYA PLANININ İNKİŞAFI
İntervensiya planının inkişafı zamanı sosial işçi müştərinin vəziyyətini pozitiv istiqamətdə dəyişdirə biləcək effektiv strategiya seçir və üstünlüyü ya ailə, ya qrup, yaxud ətrafla qurulan qarşılıqlı fəaliyyət prosesinə verir.
Eyni zamanda da həm fərdin, həm də ətrafın resurslarından faydalanmaqla kompleks yanaşma texnikasından da istifadə edilə bilər. Bu strategiyalar çox vaxt müştərinin problemini həll etməyə çalışarkən sosial işçinin öz üzərinə götürdüyü rolla müəyyənləşdirilir.
Belə ki, klinisist rolunu seçən sosial işçi fərdi müdaxiləni ya müştəri, yaxud da ailə səviyyəsində həyata keçirir. Ailə münaqişələri situasiyalarında o, yaranmış vəziyyəti izah etmək üçün ailə üzvlərindən birini seçməklə vasitəçi rolunda çıxış edə bilər və s.
MÜDAXİLƏ sosial işçi və ya sosial xidmətin digər əməkdaşının müştərinin iştirakı ilə və ya onun adından həyata keçirdiyi hərəkət planının və ya atılan addımların ardıcıllığı.
|
Arzu edilən dəyişilməyə yönəlik obyektiv təsiretmə vasitələrini formalaşdırmaqda müştəriyə kömək etmək məqsədilə onu müvafiq fəaliyyətə cəlb etmək çox vacibdir. Tövsiyyə prosesində müştəri və sosial işçi arasında problemin həll edilməsinə yönəlik strategiyalar birlikdə seçilir. Hər bir müştərinin həm özü, həm də problemi unikaldır. Bir müştəri üçün işlədilən vasitələr digərinin maraqlarının ödənilməsini təmin etməyə bilər.
VII MƏRHƏLƏ: MÜQAVİLƏ
Planlaşdırma mərhələsi bitdikdən sonra sosial işçi və müştəri müqavilə bağlayır. Müqavilə şifahi və yazılı formada ola bilər. Burada görüşlərin tezliyi, görüşlərin yeri, ödəniş və tərəflərin üzərlərinə götürdüyü öhdəliklərə görə cavabdehlik şərtləri öz əksini tapır.
VIII MƏRHƏLƏ: İNTERVENSİYAYA HAZIRLIQ
Bu mərhələdə hərəkət sisteminin proqramı və fəaliyyət sisteminin formalaşdırılması müzakirə edilir.
Dəyişilmə prosesində bənzər sistemlər müəyyənləşdirilməli və qarşılıqlı fəaliyyətdə onlardan istifadə edilməlidir.
Sosial işçi dəyişilmə prosesinin baş tutması üçün müştəridə müsbət motivasiya formalaşdırmağa, onu həvəsləndirməyə, ona dəstək durmağa borcludur.
IX MƏRHƏLƏ: İNTERVENSİYANIN HƏYATA KEÇİRİLMƏSİ
İntervensiyaların müxtəlif müdaxilə proqramları və müxtəlif istiqamətləri ola bilər. Ənənəvi olaraq, sosial işçilər fərdi iş modelinə uyğun yanaşmalardan istifadə edirlər: interaksional, davranış, koqnitiv, humanist və s. Müdaxilə repertuarı daim dəyişir və modernləşir.
Belə ki, zəruri olan davranışı dəstəkləməyə və ya redaktə etməyə istiqamətlənmiş davranış metodu aşağıdakı intervensiyaları əhatə edə bilər:
müsbət davranışı stimullaşdırmaq və möhkəmləndirmək, tərifdən, diqqətdən, mükafatdan və s.-dən istifadə etmək. (uşaqlarla işdə istifadə edilir);
davranış məşqi, müştəri üçün mürəkkəb olan situasiyanın çanlandırılması, yaranmış problemin təhlili;
müxtəlf narahatlıqları dəf etmək üçün uyğun davranış modellərinin sistemli şəkildə inkişaf etdirilməsi;
davranışının differensial tərzdə möhkəmləndirilməsi, müsbət stimulların kombinə edilməsi;
oyun texnikasından istifadə etməklə davranış təliminin keçirilməsi, müsbət davranış vərdişlərinin formalaşdırılması və onların möhkəmləndirilməsi, ev tapşırıqlarının yerinə yetirilməsi
Qiymətləndirmə nəticəsində idrak prosesində dəyişilmənin baş verəcəyi təqdirdə sosial fəaliyyətdə də irələmənin baş verəcəyi bəlli olarsa o zaman idrak metodundan istifadə edilə bilər. Bu prosedura aşağıdakılar daxildir:
qeyri-düzgün təsəvvürlərin və qeyri- real gözləntilərin dəyişdirilməsi;
soyuqqanlılıq və özünü idarəetmə bacarıqlarının artırılması üzərində iş;
X MƏRHƏLƏ: MANEƏLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
Qarşılıqlı təsir prosesində sosial işçi bir çox maneələrlə raştlaşa bilər. Fişer konsepsiyasına əsasən, bunlar aşağıdakı amillər nəticəsində meydana gəlir:
müştərinin daxili münaqişələri;
müştəridə qarşılıqlı fəaliyyət vərdişlərinin olmaması;
dəyişilmə prosesini əngəlləyən ətraf mühitin təzyiqi;
sosial işçi və müştər arasındakı qarşılıqlı fəaliyyət problemi;
Maneələr qarşılıqlı fəaliyyət strukturunda mövcud olan, lakin dərk edilməyən münaqişələrdən yarana bilər, ailə özvlərindən birinin yardım haqqında müraciəti ətrafda qarşıdurma yarada bilər, çünki ailədaxili münasibətlərdə güc balansı, tarazlıq pozulmuş olur.
Müştərinin mədəni identifikasiyası, həmçinin müştərinin sosiallaşması və təhsil səviyyəsi də maneə kimi çıxış edə bilər.
Maneəyə müəyyən qarşıdurma kimi baxan A.Pinkus, A.Minaxan sosial işçi və müştərinin professional qarşılıqlı fəaliyyət prosesindəki əsas maneələri aşağıdakı kimi sistemləşdiriblər:
birisindən yardım qəbul edilməsinin istənməməsi;
şəxsi mövqe və resursları itirmə qorxusu;
dəyişilmənin mümkünlüyünə inamsızlıq;
buna vaxt sərf edilməsinin istənməməsi;
inamsızlıq.
XI MƏRHƏLƏ:MÜDAXİLƏYƏ NƏZARƏT VƏ QİYMƏTLƏNDİRMƏ
Sosial işçi çoxsaylı müxtəlif müdaxilə metodlarına malikdir, lakin o, qarşıya qoyulan məqsədə çatdığında və birindən digərinə keçdiyində IV mərhələyə qayıtmalıdır ki, alınan nəticəni qiymətləndirsin, strategiya prosesini korrektə etsin, müştəri ilə qarşılıqlı fəaliyyət planını dəqiqləşdirsin
XII MƏRHƏLƏ: TƏKAMÜL
Uzunmüddətli və daimi olan konstruktiv dəyişilmədə müştəri zəruri dəyişilməyə nail olmalı, sosial işçi və müştəri arasında münasibətlər isə kəsilməlidir. Əlaqənin bitməsi istəyi müqavilədə öz əksini tapır, ona görə də tərəflər qarşılıqlı fəaliyyətin bitməsi haqqında razılığa gəlirlər.
4.HADİSƏ İLƏ FƏRDİ İŞİN ƏSAS MODELİ
Hadisə ilə sosial fərdi iş (social casework) özünün təkamülü prosesində əhəmiyyətli dərəcədə modifikasiyaya məruz qalıb. Bu gün bu ümumi ad başlığı altında başqa yanaşmaları da müşahidə etmək olar. Sosial fərdi iş sosial iş ixtisasının təkamülü prosesində işlənib-hazırlanmış yardım metodu və ya metodlarıdır. Onun əsas məqsədi şəxslərə və ailələrə öz sosial problemlərini həll etməkdə kömək etmək və sosial fəaliyətin müvafiq səviyyəsinə çatmaqdan ibarətdir.
Dostları ilə paylaş: |