Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə24/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   206
kitab tercume

Kömək (yardım) prosesi sosial işçiyə cəmiyyət, ictimai qurumlar, ictimai əlaqələr və münasibətlər haqqında kifayət qədər böyük və spesifik məlumatların, insanın sosiallaşma və mədəniyyətə daxil edilməsi proseslərində insan psixologiyası barədə məlumatları ilə əlaqəli müəyyən tələblər qoyur. Bir sosial işçi ailə, qrup, sosial təminat qurumları kimi müxtəlif sosial sistemləri bilməli, ehtiyacı olan müştərilərə lazımi dəstək göstərilməsində onların rolu və qabiliyyətlərini aydın şəkildə başa düşməlidir.
Sosial işçi - Müştərilərə konsultasiya, reabilitasiya, pedaqoji və sosial yardım göstərən sosial xidmət işçisi
Bununla əlaqədar, sosial işin “xidmətinə” aid olan nəzəriyyələrin və ideyaların spektri yardım prosesilə əlaqəlidir və onlar sosial işçilərə müştərinin daxili və xarici vəziyyətləri ilə əlaqədar faktları və hadisələri şərh etməyə imkan verən xüsusi bilik konteksti yaradır.
Digər elmi fənlərdən götürülmüş bilik, bir qayda olaraq pragmatik məqsədlər üçün istifadə olunur, çünki sosial işçinin işinin nəticəsi təsirli yardım prosesidir. Müştəriyə kömək etmək üçün müxtəlif sahələrdə bilik tədqiqatçılar tərəfindən aşağıdakı ardıcıllıqlara bölünüb:
1. Yaradıcılıq üçün geniş və azad əsas - sosial elmlərin (sosiologiya, psixologiya, antropologiya, tarix, siyasət və s.) idraki (öyrənilməsi) insan mövcudluğunun şərtləri kimi təbiətin və cəmiyyətin izahıdır.
2. Şəxsin, onun qarşılıqlı əlaqələrinin, sosial vəziyyətinin, fəaliyyətinin biliyi emosional, koqnitiv və davranış kimi şəxsiyyət xüsusiyyətlərinin  həyata keçməsinə imkan yaradır. Bu məlumatlar sosial işçiyə fərdi, qrup, ailə və digər səviyyələrdə müştəri ilə müvəffəqiyyətli bir nəticə əldə etmək üçün lazım olan qarşılıqlı əlaqə yaratmağa imkan verir.
3. Praktiki nəzəriyyələr - kömək prosesini, müvafiq strategiyanı, vəziyyətə müdaxilə yollarını, bölüşdürülməni nəzərə alaraq, situasiyadan sistemə qədər fərqlənir. Bu, sosial xidmət və fərdi dəstəyi təmin edən peşəkar sosial qurum və müəssisələrdən olan bilik səviyyəsidir.
4.Xüsusi hallarda xüsusi qruplara və müştərilərə kömək etmək məqsədilə həyata keçirilən xüsusi biliklər. Xüsusi praktiki işlərdə xüsusi biliklər tələb olunur.
Bununla belə, müştərilərin problemlərini dəstəkləmək və bilmək praktikasını əsas gətirən müxtəlif nəzəriyyələr yalnız müştəri və onun vəziyyətinin sosial kontekstini "dərk etmək" məqsədi ilə bitmir. Müxtəlif sosial səviyyələrdə və münasibətlərdəki, modelləşdirmə, layihələndirilmə vəzifələri sosial problemlərin bilik sistemini genişləndirən bu məsələlərin həllində fərqli bir nəzəriyyə sinifidir.
M.Siporin sosial iş biliklərinin təbiətinə yanaşmada sosial işin paradiqmasını təşkil edən əsas nəzəriyyələrin təsnifatını təklif edir:
1. Şəxsiyyət nəzəriyyələri.
2. Sosial qruplar, cəmiyyətlər, qurumlar nəzəriyyələri.
3. Sosial xidmət nəzəriyyələri.
4. Praktiki sosial iş nəzəriyyələri. 

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin