Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Sosial iş nəzəriyyəsi və sosial pedaqogika nəzəriyyəsi arasında korrelyasiya problemi



Yüklə 0,73 Mb.
səhifə68/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   206
kitab tercume

2. Sosial iş nəzəriyyəsi və sosial pedaqogika nəzəriyyəsi arasında korrelyasiya problemi
Rusiyada sosial iş sahəsinin meydana gəlməsi xüsusiyyəti, uzun illər cəmiyyətə sosial müdafiə və əhalinin müxtəlif təbəqələrinin dəstəklənməsi deyil, sosial tərbiyə və islah olunma ilə bağlı yanaşma üstünlük təşkil edir. Belə tendensiyalar sosial pedaqogika və sosial iş problemlərini vahid kontekstdə, ümumi problemlərin məntiqi baxımından tədqiq olunmasına təsir göstərdi.
Tarixən sosial iş yalnız yardım və dəstək vermə işi deyil, həm də əhalinin müxtəlif kateqoriyalarında sosial əhəmiyyətli davranış stereotiplərinin formalaşdırılması işi olmuşdur. Sualın belə qoyuluşu bizə sosial işin yalnız sosial pedaqogika yox, o cümlədən sosial pedaqogikadır.
Sosial iş və sosial pedaqogika XX əsrdə ümumi praktik kəsişmə nöqtələrini tapmaqdan başqa, həm də öz konseptual və elmi sahəsini də formalaşdırıb. Sosial iş sosial pedaqoji sistemli xüsusiyyətlərə sahib olduğu təsbit edildi. Bu, sosiallaşma və gənclərin sosial uyğunlaşması ilə bağlı işlərdə daha aydın görünür.
İki sahənin yaxınlaşması istiqamətində ilk meyllər XX əsrin əvvəllərində pedaqoji elmi düşüncənin məntiqində özünü göstərmişdir. İlk növbədə, ictimai münasibətlərdə tərbiyə vasitəsilə harmoniyanı əldə etmək yolunun mümkünlüyü barədə təsəvvürlər dağılır. Sosial siyasət kontekstində tərbiyə imkanları azad bir cəmiyyətdə inovasiyaları əldə etmək qabiliyyətinə malik olan şəxsiyyətin formalaşması kimi qəbul edilir.

SOSİALLAŞMA (latınca socialis-ictimai) insan fərdinin bir cəmiyyətin tam üzvü kimi fəaliyyət göstərməsinə imkan verən müəyyən bir məlumat sistemi, norma və dəyərlər sisteminin qavranılması prosesidir. SOSİALLAŞMA həm şəxsə (tərbiyə) məqsədyönlü təsirinin ictimai nəzarətdə olan proseslərini, həm də kortəbii, qəfil meydana gələn və təsir edən prosesləri əhatə edir.
RESOSİALLAŞMA - fərqli sosial şəraitə keçid ilə bağlı əvvəlki, səhvən, köhnəlmiş dəyərlərin, rolların, bacarıqların yerinə yenilərinin və ya yenidən mənimsənilməsi deməkdir.
SOSİAL ADAPTASİYA - fərdi və qrup davranışını müəyyən bir cəmiyyətdə, sinifdə, sosial qrupda üstünlük təşkil edən norma və dəyərlər sisteminə uyğun dəyişmək. Sosiallaşma prosesində, eləcə də sosial və dövlət məcburiyyət tədbirləri daxil olmaqla, sosial nəzarət mexanizmləri vasitəsi ilə həyata keçirilir.

Məsələn, P. Natorp vurğulayır ki, fərdin daxili dəyərliliyi ən çox təvazökarlıq mühitində, ictimai fəaliyyətə sadiqlik şəraitində fəaliyyət göstərir ki, bu da fərdi azadlığa, sosial işə doğru aparır. Nəticə etibarilə bu, sosial təhsil üzərində işləmək deməkdir.
Elmi tədqiqatın genişləndirilməsi, anlayışlar məkanının buraya qoşulması, digər konseptual reallıqlar təhsil konsepsiyasının yenidən qiymətləndirilməsinə gətirib çıxarır. Bu mədəni və tarixi dəyərlərin ötürülməsi ilə məhdudlaşmır, dar mənada, yeni sosial münasibətlərin "yaradılması" ilə bağlı şəxsin fəaliyyəti başa düşülə bilər. Beləliklə, burada subyektivlik və fərdilik özünü ifadə edir, bunlar isə, öz növbəsində fəal sosial-idrak və dəyişdirici fəaliyyətdə formalaşır.
Bu yanaşma P. Natorp ilə məhdudlaşmır, bu, həm də bir sıra digər müəlliflərə, məsələn, A. Ferrierə xasdır. O, Z.Freydin pedaqoji paradiqmasına dair psixoanalitik ideyalarını şərh edərək, göstərirdi ki, bu, subyektin "həyati impulsu" sosial cəhətdən zəruri bir istiqamətdə tərbiyə vasitəsi ilə yönəlməlidir. Cəmiyyətə kömək etməyə hazır olan bir vətəndaşı, atanı, ananı tərbiyələndirmək lazımdır. Bu, ümumi olaraq təhsilin və xüsusilə konstruktiv təhsilin əsas vəzifəsi kimi göstərilir.
Rusiyada P. Blonski, S. Şatski, A. Makarenko əsərlərində təmsil olunan bütöv bir sosial-pedaqoji istiqamət yaranır. Şərti olaraq, bu tədqiqatçıların yanaşmaları aşağıdakı əsaslarla birləşdirilə bilər: burada sosial tərbiyə konsepsiyalarına əsaslanan yardım texnologiyalarını inkişaf etdirmişdir. Burada əsas prinsip "qarşılıqlı yardım və öz-özünə yardım, həmrəyliyin tərbiyəsi" olmuşdur.
Həmin dövrün pedaqogikası bütün istiqamətlərdə, o cümlədən, psixoloji, fəlsəfi və bioloji konsepsiyalar da daxil olmaqla öz konseptual məkanına fərqli sosial konsepsiyaları da fəal inkişaf etdirir. Tərbiyə mövzusu çox funksiyalı olur, mövcudluğu yalnız pedaqoji determinantlarla əlaqəli deyil və pedaqoji konseptual sahə bir çox elmi bilik və sosial təcrübə hesabına genişlənir.
XX əsrdə "sosiallığın" tədqiqi ilə əlaqəli proseslər aktivləşərək, insanın yeni dünyagörüşü, dünya duyumu və dünyaya münasibətinə çevrildikdə, tərbiyə edən və "yardım" edən müxtəlif sosial hadisələri birləşdirməyə imkan verən müəyyən bir universal paradiqma meydana çıxır. Beləliklə, bu, sosial pedaqogika və sosial işin bir-birinə doğru irəliləməsinin növbəti səbəbidir.
Sosial iş və sosial pedaqogika üçün yeni dünya dünyagörüşü həm fəaliyyətin əsas prinsiplərini, həm də elmi biliyi müəyyən edir. Bunlar "ətraf mühit-şəxsiyyət" və "şəxsiyyət-mühit" olur. Bu prinsiplər sosial iş və sosial pedaqogikanı vahid mövqedən təmin etmək üçün bir əsasdır. Gənclərin sosiallaşma və resosiallaşması sahəsində işə başlayanda müştəri ilə bağlı sosial və koqtitiv problemlərin bir funksional sahə olduğu barədə düşünülməsinə imkan verir.
Konseptual sahələrdə inteqrasiya yalnız müştəri və təşkilatın prinsiplərinə ümumi yanaşma əsasında, həm də ümumi üsullar və qarşılıqlı texnikalar vasitəsilə həyata keçirilir.
Qeyd etmək lazımdır ki, ilk dəfə sosial iş və sosial pedaqogika sahəsində biliyin inteqrasiya proseslərinin öyrənilməsi alman tədqiqatçılarının xidmətidir.
V. Lorents və başqa tədqiqatçılar sosial iş nəzəriyyəsinin əsaslarının axtarışında sosial elmlər paradiqmasında onların “əridilməsi” ilə razılaşmırdılar. Tədqiqatçı sosial işin pedaqojiləşməsi mövqeyində durur. O hesab edir ki, "pedaqogika, sosial iş yaxın bir sahə olaraq sosial müdafiə və xilaskarlıq elementləri ilə nəzarət elementlərini birləşdirir". Çünki mümkün konseptual çərçivə kimi pedaqogika artıq sosial işi özündə ehtiva edir. Burada sosial iş təcrübəsində sosial işin özü bərabər əhəmiyyətə malik bir sahə kimi götürülür. Bu, adicə "anlayışların köçürülmüş dəsti" deyil.
Başqa bir yanaşmanın tərəfdarları sosial iş praktikası üçün müvafiq nəzəri sistemin olmadığını iddia edirlər. Dərketmə prosesinin əsası kimi, sosial elmlər dilinin tətbiqi sahəsində çalışanların dilindən uzaqlaşmaması üçün anlayış, tərcümə və təhsil sahəsində problemlərə yol aça bilməyəcək bir sabit anlayışlar (konsepsiyalar) şəbəkəsi yaratmağı təklif edirlər. Bu anlayışlar və təriflər deduktiv-empirik tip nəzəriyyəsini müəyyən edəcək müxtəlif hipotezlərdə istifadə olunacaq.
Sosial iş nəzəriyyəsi belə izah edilir: "Sosial iş nəzəriyyəsi tərbiyə barədə elminin altnəzəriyyəsidir və öz növbəsində sosiologiyanın altnəzəriyyəsidir". Bu mövqe pragmatik baxımdan açıqlanır. Sosial iş prosesində bərabərlik, qarşılıqlı dəstək və insanlar arasında həmrəylik əlaqələri qurulur.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin