Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Sosial işin praktikası və psixi xəstələrin problemləri



Yüklə 0,73 Mb.
səhifə138/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   294
4.Sosial işin praktikası və psixi xəstələrin problemləri

Son illərdə psixi xəstəlikdən çox psixi sağlamlığı daha konkret kriteriyalar əsasında müıyyənləşdirməyə cəhd edilir. Burada “psixi sağlamlıq” termini “normallıq” termininin sinonimi kimi işlənir. Psixi sağlamlığın, yaxud normanın müəyyənləşdirilməsinin məqsədi mürəkkəb və ziddiyyətlidir, yəni bu anlayış şəxsiyyət və mənəvi dəyər məsələləri ilə əlaqədardır.

“Sosial iş ensiklopediysı”nda psixi sağlamlığın definisasiyası ilə bağlı dörd istiqamət müəyyənləşdirilmişdir:


  1. Normallıq sağlamlıq kimi. Normallığın bir çox xəstəliklərin simptomlarının gözə görünməməsi kimi təzahür etməsi. Bu nöqteyi-nəzər bir çox psixoloji pozğunluqların diaqnostikasına əsaslanır.

  2. Normallıq utopiya kimi. İnsanlar ideal, yaxud optimal fəaliyyətlərə qadir olur. İnsan “normallıq”da özünü aktuallaşdırır və digər inkişaf nəzəriyyələlərində öz əksini tapır.

  3. Normallıq orta movqe kimi. O fərd normal hesab edilir ki, onun davranışı orta səviyyədədir, yəni əksəriyyətin fikirləri ilə üst-üstə düşür. Orta mövqe mərkəz nöqtəsidir və bu, norma hesab edilir, digər iki paralellər isə sapma (yayınma) kimi qiymətləndirilir. Hərhansı fərdin normallığı aşağıya doğru hərəkət edən əyri üzrə onun davranışına görə müəyyənləşir. Bu müəyyənləşmə şəxsiyyətin qiymətləndirilməsində fərdi yanaşmaya üstünlük verən tədqiqatçılarda şübhə doğurur.

  4. Normallıq qarşılıqlı fəaliyyət kimi. Bu, digər mövqelərlə münasibətdə ən relyativ münasibətdir. Bu mövqe normallığa yalnız bir fərdin fəaliyyəti kimi deyil, onu əhatə edən ətraf mühit kontekstində, müxtəlif şəraitlərdə dəyişən fenomen kimi yanaşır. Bu nöqteyi-nəzər tibbi modeldən təcridolunmuş, kənar bir baxışdır.

Rusiyada sosial işin inkişafı ilə əlaqədar ciddi problemlərdən biri də psixi xəstəliyə düçar olmuş adamlarla aparılan işdir. Psixi xəstəliyin ilkin mərhələsində onların diqqətdən kənarda qalmaları, əhatələrində təhsilli sosial işçilərin olmaması, onlarla əlaqə və münasibətdə çətinliklərin araşdırılmaması, eyni zamanda onlara peşəkar xidmətin verilməməsi sonrakı mərhələdə vəziyyəti daha da mürəkkəbləşdirir. Onu da qeyd edək ki, psixi xəstələr nisbətən müdafiəsiz, imkansız əhali qrupuna daxildir.

Psixiatriyaya aid müxtəlif yazılarda psixi xəstələrin profilaktikası, müalicəsi , sağlamlıqlarının bərpası üçün sosial işçilərə ciddi ehtiyacın olması məsələsi öz əksini tapmışdır.

Psixiatriyada sosial işçilərin fəaliyyət sahələri psixiatrik klinikalar, eləcə də vəzifəsi psixi xəstələrin profilaktikasl və müalicəsi olan xüsusi müəssisələr, ambulatoriyalar, keçid xarakterli sığınacaqlar, yatılı klinikalar və reabilitasiya emalatxanalarıdır.

Hələ çox əvvəllərdən qədim Rusiyada “kasıb, xəstə, zəif və yoxsul”larla yanaşı, əqli cəhətdən zəiflərə, dəlilərə, digər psixi xəstələrə yardımlar edilməsi barəsində məlumatlar vardır. Onlarla iş dövlət səviyyəsində aparılmış, rus knyaz və çarlarının Sərəncamlarında ehtiva edilmiş,kilsə və xeyriyyə cəmiyyətləri tərəfindən həyata keçirilmişdir. Sovetlər dönəmində sosial yardımlar sosial-məişət, material və tibbi imkanlara söykənən internat evləri şəbəkələrinin genişləndirilməsinə üstünlük verilməsi çərçivəsində həll olunurdu.

1992-ci ildə Rusiya Federasiyası “Psixiatrik yardım və onun tətbiqində zəmanət” haqqında Qanun qəbul edilmişdir. Bu da ruhi xəstələrlə sosial işin təşkili üzrə təşkilatların əsasının qoyulması zərirətini yaratmışdir. Qanunda xəstələrin hüquqları, psixiatrik yardım göstərənlərin hüquq və vəzifələri öz əksini tapmışdır. Lakin hələ də vəsait, peşəkarlıq, pasientin problemləri və s. bağlı məsələlər psixonevroloji dispanserlərin həkimləri tərəfindən həll edilir. Bu məsələni psixiatriya sahəsində xüsusi təhsil almış sosial işçinin həll etməsi daha məqsədəuyğundur. Belə olan halda həkimlər də öz peşələri ilə məşğul olarlar.

ABŞ-da və bir çox Avropa ölkələrində, o cümlədən Rusiyada 70 ildən çoxdur ki, psixiatrik müəssisələrdə sosial-profilaktik işlər aparılır, lakin psixiatrik sosial işlərə əsas fikir bu işdən kənarda verilir; burada təəccüblü budur ki,bu günə qədər psixiatrik müəssisələrdə iş sosial tələbat səviyyəsində qalmaqdadır.

Xəstəxanada (1895-ci ildə Londonda Royal Free Hospitalda) ilk sosial iş XIX əsrin sonlarında İngiltərədə xəstəxana rahibləri tərəfindən icra olunmuşdur. Sonrakı cəhd Bostonda R.Carbot tərəfindən 1905-ci ildə xəstəxanada deyil, xəstələrin ailələrində baş tutmuşdur.

1990-cı ildə Berlin Charitesində də hamiləliklə bağlı ilkinaddımlar atıldığı müşahidə olunmuşdur. Həmin vaxtdan başlanan hamilik və həkim fəaliyyətinin birgə işi bu gün də inkişaf etməkdədir. Sosial işlərə az diqqət verilməsi də bununla bağlıdır. Bir çox alimlərin bildirdiyi kimi, (məsələn; Almaniyada) xəstələrə hamilik, xüsusilə Almaniyada inkişaf edir və bu iş xəstəxana institutlarının xüsusiləşməsinə, tədricən bunun tibb sahəsi kimi formalaşmasına və sosial işdən tədric olunmasına gətirib çıxarır. Başqa sözlə desək, bu sahə xəstəlik peşəsi kimi tibbi araşdırma prosesinə çevrilməkdədir. Bu cür inkişaf 1960- cı ilə qədər davam etdi. Bu ildən etibarən sosial işçilərin təhsili məsələsi Almaniyada uniformalaşdırıldı. Ovaxta qədər sosial iş sahəsində işləyən sosial işçinin ən azından tibb bacısı diplomu olmalı idi (ABŞ və İngiltərədə psixiatriyada çalışan sosial işçilər xüsusi təhsilə malik olmalı idilər). Sosial işdə təkcə tibb diplomuna deyil, həkimin özünə də diqqət verilirdi. Həkim başqalarına kömək etmək istəyən şəxs kimi (iş iraçısı kimi) icraiyyə bölməsinə daxil edilirdi. Psixi xəstəliklə bağlı himayədarlıq digər tibbi yardımlardan fərqli olaraq, xəstəlikdən sonrakı dövrdə xəstənin ailəsinə də şamil edilir. Bununla bağlı ilkin addımlar XIX əsrin sonlarında atılmışdır. Sistemli yanaşma Almaniyada 1908-ci ildə formalaşmışdı (bu, alimin adı ilə “kolba sistemi” adlanmışdır). Bu sistemin əsas tələbi xəstəliyin baş verdiyi vaxtdan reabilitasiya dövrünə qədər hamiliyin davam etdirilməsi, xəstənin stasionar formada müalicəsinin aparılması, bu məqsədlə kilnikaların xüsusi bölmələrinin yaradılmasıdır. Bu iş ümumi şəkildə poliklinikalara da aid edilirdi.

Başqa bir sistem 1920-ci ildə Vendenburqda təklif kimi irəli sürülmüşdür. Bu sistem sosial işi hamilik kimi xəstənin xəstəxanaya ikinci müraciətindən sonra səhiyyə şöbələrinə həvalə edilirdi. Bu sistemin üstünlüyü süsusi idarəetmənin yaradılması hesab olunsa da, kommunikativ axının zəifliyi, həkimin müalicə üçün dövlət səhiyyə xidmətindən icazə alması məcburiyyğtində olması da göz önündə idi. Xeyli sonralar Visloxer sistemi formalaşdı. Bu sistem məsələyə əvvəlki sistemlə yeni sistemin sintezi kimi yanaşırdı. Belə ki, xəstənin himayəyə götürülməsində səhiyyə şöbələri ilə hamilik xidmətinin fəaliyyətinin birləşdirilməsi bu sistemin əsasını təşkil edirdi. Hər iki sistem ölkədə yayıldı. Bu sistemlərin ilkin müalicə və bərpa dövründəki imkanları da müəyyən çərçivə daxilində tətbiq edilirdi. Buna səbəb aşağıdakılar idi:

-keçid tipli hospitallaşdırılmış sosial-psixiatrik tibb müəssisəsinin olmaması;

-səhiyyə şöbələrində psixiatrik-klinik imkanların olmaması, hamilik xidməti və tibbi xidmətin ambulator səviyyədə ailə həkimləri, yaxud bəzi poliklinika həkimləri tərəfindən aparılması;

-genezis və psixi xəstəliklə (xüsusən şizofreniya) bağlı ictimai rəyin nəzərə alınmaması.

Aşağıda göstərilən səbəblər də sosial işin aparılmasında mövcud olan çətinlikləri daha da dərinləşdirirdi:

1.Səhiyyə şöbələrində və psixiatrik klinikalarında sosial işçi çatışmazlığı və məşğulluğun yarıtmasızlığı da mövcud idi. Hal-hazırda bir çox ölkələrdə psixiatriyada və bütövlükdə səhiyyə sektorunda sosial işçi çatışmazlığı qalmaqdadır. Hələ 1971-ci ildə Alenbax Demoskopi İnstitutu (AFR-də) xəstəxanalarda sosial xidmətə və səhiyyə şöbələrində sosial işə marağın azalması ilə əlaqədar sosial işçilər və təcrübəçilər üzərində tədqiqat apararkən bunları müəyyən etdilər:

-Gənc sosial işçilər səhiyyə şöbələrində əldə etdikləri təcrübəni maraqsız hesab edirlər. Çünki şöbələrdə bu iş idarəetmə adı altında yuxarı eşelonda olanların müdaxiləsi və diktəsi ilə aparılır.

-səhiyyə sistemindəki sosial işçinin imici peşəkar-aparıcı sosial işçinin işi ilə ziddiyyət təşkil edir.

Səhiyyə sistemindəki sosial işçinin yanlış avtostereotipinin iki səbəbi mövcuddur:

a) səhiyyə sistemində sosial işçinin işi peşəkarlıq deyil, ikinci dərəcəli (yardımçı) iş kimi qiymətləndirilir.

b) səhiyyə sisteminə aid institutlar konservativ və avtoritar hesab olunur. Sosial işçilərin təbirincə desək, bu da onların fəaliyyətlərini iflic vəziyyətinə salır (həkim mənəmliyi dərinləşir).

2.Bu təsəvvürə görə,sosial işçinin yalnız bədbəxt adamların hamisi kimi təsəvvür edilməsi.

Əslində sosial işçinin qarşısında müəyyən psixiatrik klinikada “müalicə komandası”nda işləmək vəzifəsi durur. Bu, həm də onun fəaliyyət göstərdiyi komandanın xəstəliyin müalicəsi və müalicədən sonrakı dövrdə imici ilə sıx bağlıdır. Sosial işçinin bu işdən kənarda fəaliyyət göstərməsi nəzarət və intizam instansiyalarının işinə bənzəyir. Bu günə qədər sosial işçini ona aid vəzifələrdən –“imkansızların hamisi” vəzifəsini də ayırmaq mümkün olmamışdır. Bu artıq adətə çevrilmişdir. Bu münasibət mənəvi və sosial planda sosial yardıma ehtiyacı olanlarla sosial işçi arasında pastor-pasient münasibəti formalaşdırır.Pasient hər şəraitdə pastora inanır. Digər tərəfdən,sosial-psixiatrik xidmətin sosial işçisi psixiatrik müalicə müəssisəsində, polis və ədliyyə orqanlarının icraatında olan məcburi müalicə yerlərində işləyərkən pasientlə onun arasında xüsusi cavabdehlik yaranır. Bunu nəticəsində pasientlə sosial işçi arasında sonrakı reabilitasiya dövründə də partnyorluq, qarşılıqlı inamın yaranması üçün müəyyən gözləntilərə ehtiyac qalmır.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin