Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


”Həkimə dəstək qüvvəsi” kimi sosial işçinin rolu



Yüklə 0,73 Mb.
səhifə139/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   294
3.”Həkimə dəstək qüvvəsi” kimi sosial işçinin rolu.

Psixiatrik xəstənin reabilitasiyası prosesi zamanı müəyyən paradoksun yarana biləcəyi də istisna deyil. Psixiatrik xəstənin reabilitasiyası zamanı qeyri-peşəkarın peşəkara əmrlər verməsi bu paradoksu yaradan şərtlərdəndir. Qeyri-peşəkar dedikdə “həkim komandası”nda olan həkim-psixiator nəzərdə tutulur. Sonrakı mərhələdə həkim-psixiator aparıcı mövqeyi tibb bacısı,sosial işçi və digər aid işçilərlə bölüşməlidir. Bunsuz sosial-psixiatriya həyata keçirilə bilməz. Onu da qeyd edək ki, sosial işçininhəkimdən asılılığı məsələsi də əsas suallardandır. Əgər sosial işçi işini sosial metodlar əsasında, həkimdən təcrid olunmuş şəkildə həyata keçirərsə, iş birtərəfli səciyyə daşıyar, müalicə həkimi ilə sosial işçi arasında peşəkarlığa dair məsələlərdə ziddiyyət yaranar. Yeni sosial-psixiatrik müəssisələrdə sosial işçi və həkimlər ətraf mühitin psixi xəstənin müalicəsində terapiya,reabilitasiya və genezisdəki əhəmiyyətini danmırlar.

Sosial-psixiatrik tədqiqatlar bu və digər məsələlərdə psixiatrik müəssisələrin kustodial və inteqrativ üsullardan imtina etməsində və onun sosial-inteqrativ forma ilə əvəz olunmasında böyük əhəmiyyət daşıyır. Müalicə əməkdaşları və pasientlər birlikdə fəaliyyət göstərir və vahid “terapevtik cəmiyyət” xüsusiyyəti daşıyır. Bu cür əməkdaşlıq çərçivəsində rolların bölüşdürülməsi prosesi baş verir, peşəkar qrupların vəzifələrinə məhdudiyyət qoyulmur.

Əlverişli institutsial, material, həmçinin konseptual məsələlərdə sosial işçi hər hansı konkret məsələni, məsələn, “Psixiatrik xəstəxanaların işçi komitəsi” (AFR-də) kimi həll etmək imkanına malikdir:

1.Sosial anamneziya- psixoloji yardım ixtisaslarına malik diaqnost-terapevt qrupunun əməkdaşlarınin (həkim, psixoloq,xidmət personalı) reabilitasiyada yardımı və psixiatrik xəstəxanaya adaptasiya, şəxsi formada konfliktlərin aradan qaldırılması, o cümlədən xüsusi hallarda sosial yardım, qrup şəklində sosial iş;

2.Pasientlərə sosial-maddi yardımın müxtəlif növlərinin koordinasiya (idarə) edilməsi; şəxsi əmlakla təmin edilmə, vergi və təqaüd məsələləri, ailə hüququ məsələləri;

3.Ailə və ya əvvəlki iş yeri ilə əlaqə saxlamaq, yaxud əlaqəni bərpa etmək;

4. Ailəvi terapiya; şərti xəstəliyin mahiyyəti, xəstə ilə buna uyğun davranışı təmin etmək üçün əlverişli şəraitin yaradılması, pasientlərin əmək qabiliyyətinin azalmasının mümkünlüyü, ambulator müalicənin vacibliyi, ailə üzvləri arasında maarifləndirmə işi, dövlət orqanları və xeyriyyə təşkilatları ilə əməkdaşlıq;

5. Bütün fəaliyyət qrupları ilə hər cür əməkdaşlıq;

6. Reabilitasiyanın növləri: gələcək iş yerləri ilə bağlı təkliflər, uyğun hesab edilən iş yerinin müəyyənləşdirilməsi və sövqetmə, yaşayış yeri əldə etmə, yaxud sığınacaq və ya digər sosial-psixiatrik müəssisələrdə yaşayanlarla bağlı maarifləndirmə;

7. İctimai iş: xəstəxanaya aid təsəvvürlərin dəyişməsi üçün sonrakı yaşayış məkanı arasında əlaqə, pasientin xəstəxanada kənar həyata hazırlanması.

Psixiatrik sosial iş yuxarıda sadalanan əsas bəndlər üzrə reabilitasiyalardan fərqli olaraq, digər birbaşa peşəkar reabilitasiya məsələlərini özündə əks etdirir və həll edir. Reabilitasiya prosesində ictimai və ailə problemlərinin qarşılıqlı əlaqəsi göz qabağındadır. Cəmiyyət özünü patoqenetik sahə kimi göstərə bilər, eləcə də müxtəlif ictimai fərdi qrupu(ailə, sosial sinif və s.), hər hansı bir adamı spesifik xəstəliyə yoluxdurmaqla müəyyən qrup xəstəliyin yaradılmasına səbəb ola bilər. Psixiatrik xəstəxana çərçivəsindən kənara çıxmaqla başqa bir sosial fəaliyyət sahəsini qeyd etmək olar: əlillər üçün emalatxanalar,ambulatoriya və poliklinikalar ola bilər. Bütün bunları nəzərə alaraq, pasientin müşayiət olunmasında davamlı iştirak edir, onu müxtəlif instansiyalara aparır və müalicə prosesinin aramsız davam etməsində qarant olur.

Pasientlə sosial işçinin ilk kontaktı pasient klinikaya qəbul edildikdən dərhal sonra sosial anamneziya planı tərtib olunarkən baş verir. Bu zaman sosial işçi pasientlə bağlı məktəb, iş yeri, sosial və texniki tələblər, eləcə də xəstənin ailəsi ilə bağlı problemlərlə əlaqədar müəyyən təsəvvürə malik olur.İş verənlə pasient, onun ailəsi və digər yaxın şəxslərlə görüşdən sonra sosial işçi pasientin sosial vəziyyəti ilə bağlı təsəvvürlərini genişləndirə bilər. Bir sıra hallarda iş verəni pasientin problemləri ilə tanış etmək olar. Bu, pasientin işdən azad olunmasının qarşısını almaq, xəstəni uyğunlaşdırılmış işə düzəltmək və həmkarları tərəfindən vəziyyətinə anlaşıqla yanaşma məsələlərinin həllində əhəmiyyətli olar.Qrupun yığıncağında pasient də iştirak edir, bütün məlumatlar “komanda”nın digər üzvləri tərəfindən ötürülür.Bütün peşəkar qrupların məqsədyönlü fəaliyyətini əhatə edən müalicə və reabilitasiya planının hazırlanması zəruridir.

Müalicənin sonrakı mərhələsində sosial işçinin qarşısında duran tələblərdən biri də terapevt-mütəxəssislə əlaqə yaratmaqdır.

Fərdi və qruparası söhbət müalicə və reabilitasiya prosesini mütləq müşayiət etməli, sosial işçi tərəfindən terapevtlə əməkdaşlığa doğru istiqamətləndirilməlidir. Bu zaman onu da qeyd etmək lazımdır ki, qrup formalı sosial-psixiatrik iş qeyri-verballığın mahiyyətini anlama və qrupdaxili iş bölgüsünü düzgün aparma və s. bağlı xüsusi biliklər tələb edir. Əgər qrup rəhbərliyi ümuminstitual çərçivə daxilində bütün cavabdehliyə sahib olarsa, bu iş psixiaterapevt olmayanlarla da aparıla bilər.

Bütün bunlarla yanaşı, sosial-terapevtik qruplarda, pasientlərin yığıcağında, yaxud evdəkilərlə söhbətdə reabilitasiya tədbirləri, iş yeri, iş verənlə,yaxud xəstənin bərpadan sonra işə qayıtmasından sonra iş yoldaşları ilə yaranan problemlər və s. müzakirə edilə bilər. Xəstələrin ailələri ilə iş reabilitasiyanın hazırlanması və təmin edilməsi kimi funksionallaşa bilər. Belə müzakirələrdə söhbət pasientlə qohumların münasibətindən və ailədaxili problemlərin həllindən gedə bilər. Müxtəlif səpkili yardımlar tipik şəraitdə gizli olan məsələlərin həllində, məsələn, ailədə şizofreniya xəstəsinin xəstəliyinin vaxtında müəyyən edilməsində də əhəmiyyətlidir. Xəstəliyin pataloji ağırlıq mərhələsinə keçməsindən sonra problemin həlli müşgül məsələyə çevrilir, ailə üzvlərinin heç də hamısı bu işin həllində yekdil olmur, ailə üzvləri xəstə ilə münasibətdə buraxdıqları səhvləri etiraf etmir, xəstəlikdə müəyyən pozitivlik olacağına da inanmır.

Terapevtik müalicədə nailiyyət əldə edilməsi üçün xəstənin xəstəxanadan çıxışından sonra onun etaplı şəkildə reabilitasiyası, gündüzlər və gecələr klinikaya müntəzəm şəkildə davam etməsi vacibdir. Eyni zamanda, xəstənin mənzil və ya hər hansı yaşayış yeri axtarmasında yardım da ümumi kompetensiyaya daxildir. Əgər pasient əvvəlki işinə qayıda bilmirsə, hətta sosial işçinin köməyi ilə yeni iş axtarılması da nəticəsiz qalırsa, işədüzəltmə müəssisələrinə müraciət etmək zərurəti yaranır. Burada da çətinliklər ola bilər: sosial işçininçatışmazlığı, məsləhətçi reabilitoloqun psixi xəstənin problemləri ilə tanış olmaması, yazışmaların uzanması və s. Həkimlə birgə hazırlanmış sənədlərlə sosial işçi öncədən işədüzəltmə müəssisəsini məlumatlandırdıqda, bu müəssisə ilə sıx əməkdaşlıq etdikdə məsələ pozitiv həll edilə bilər. İş axtarışı zamanı yalnız peşəkar əmək qabiliyyəti deyil, həmçinin pasientin sosial-emosional vəziyyəti də həlledici rol oynayır. Belə bir faktoru da nəzərdən qaçırmayaq, gələcək iş verən pasientə xoş münasibət bəsləsin, yaxud sosial işçinin vasitəçiliyi ilə də bu iş müsbət həll edilsin.Bu cür münasibət heç də həmişə olmur, odur ki, reabilitantlarla işləmək təcrübəsinə malik uyğunlaşdırılmış peşələrlə bağlı digər iş verənlərə də müraciət etməkdə fayda vardır. Pasientin müvəqqəti işlə təmin olunması üçün hətta bir neçə iş yerini də qarantiyə almaq əhəmiyyətlidir. Bu da sonra daimi iş yerinin əldə olunmasında əsas vasitə ola bilər:

-İş treninqindən sonra əmək və peşəkar terapevtik müəssisələrdə birinci yerdə kontakt formaları durur. Burada iş vaxtı məhdud, stress imkanları minimum səviyyədədir.

-İş verənlə pasient arasındakı razılaşmaya əsasən iş vaxti müəyyənləşir, peşəkarlıq tələbləri yüksəldilir.

-Müəyyən edilmiş müəssisə daxilində iş yerinin dəyişdirilməsi baş verə bilər.

Yuxarıda qeyd edilənlərə əsasən, heç də bütün hallarda işə qəbul mümkün olmur. Belə hallarda pasientlər reabilitik və əlillər üçün emalatxanalardan, digər əmək terapevtik imkanlardan istifadə edə bilərlər. Lakin pilləli reabilitasiya belə müəssisələrdə mümkün deyil.

Xəstəlik haqqında tam qeydiyyat aparmaqla və pasientin əmək qabiliyyətini, maraqlarını nəzərə almaqla müalicə qruplarında bərpa ilə əlaqədar təlim və yenidən təlim, yaxud xüsusi peşəkar tədbirlərdə, xüsusən gənclər üçün təşkil olunmuş tədbirlərdə bu məsələ müsbət həll oluna bilər. Eyni zamanda, pasientin iştirakı ilə real perspektivlik olduqda, ona uyğun hazırlıq tədbirləri keçirmək olar.

Beləliklə, işin ilkin uğursuzluğu pasientin psixi vəziyyətini pisləşdirir, hər bir uğursuzluqdan sonra reinteqrasiya şansları minimallaşır, bu da öz növbəsində,pasientlə mütəmadi əlaqə yaratmaqla sonrakı qayğı və iş əsasında yerinə yetirilə bilər. Bir çox hallarda işin əvvəlində fasiləsiz terapiya prosesi pozulur. Buna görə də pasient xəstəxanadan çıxanadək onun sənədləri poliklinikanın və ya səhiyyə şöbəsinin işçisinə ötürülməlidir. Sosial iş sosial işçinin, yaxud klinika işçilərinin fəaliyyət göstərdikləri sosial klublarda bir qədər başqa formada qurulmalıdır. Sosial işçinin sonrakı işi qrup halında medikamentoz və ya qrup halında aparılan terapevtik müalicə və xəstənin yaxın adamları ilə söhbət aparmaqdır ki, bu da krizislər baş verməməsi üçün qarantın əldə edilməsinə gətirib çıxarır. Daha böyük krizislərin baş verməməsi üçün yalnız sosial işçinin imkanları yetərli olmur, bu halda mobil terapevtik qrupun (tibb bacısı, həkim, sosial işçi) müdaxiləsi vacibdir. Krizis hallarının aşkar edilməsi üçün sosial işçinin sosial terapiya sahəsində iş təcrübəsinin olması, onun keçmiş pasientlərlə əlaqə saxlaması qabaqlayıcı tədbirlərin görülməsində əhəmiyyət kəsb edir.

Pasientin özünə və ailəsinə təsərrüfat işlərində göstərilən xidmətdə sosial işçilərə terapiya prosesinin uğurlu keçməsi üçün əlavə dəstək də gərəkdir. Buraya bu və ya digər məsələlərin həlli üçün pul vəsaitinin ödənilməsi, yaşayış yerinin əldə olunması, təqaüdün ayrılması və s. daxildir.

Sosial işçi əgər xəstəliyin ilkin dövründə administrativ işlərə az diqqət verirsə, yalnız psixososial yardıma üstünlük verirsə, xəstəliyin sonrakı mərhələsindəterapevtik funksiyaları ön plana çıxarmalıdır; məsələn, sosial sığorta imkanları daxilində maddi yardım edilməsini. Bununla ümumilikdə pasientin vacib maraqlarından uzaq olan idarələrarası uzun sürən yazışmalar deyil, əsasında ümumi sosial diaqnoz duran sosial-terapevtik tədbirlər nəzərdə tutulur. Beləliklə, psixiatrik sosial iş sosial işçilərdən pasientin və onun ailəsinin ənənəvi terapiyasından (müalicəsindən) başlamış cəmiyyətin müxtəlif səviyyələrdəki maraqları daxilində müalicə prosesinə ümumi rəhbərlik edənlərlə qarşılıqlı münasibəti,təhsili,medikamentoz müalicəni,həmçinin onun ətrafının dəyişməsini öyrənməyi və s. kimi fərqli funksiyaları icra etmək tələb olunur.Bundan başqa, digər peşə sahibləri ilə əməkdaşlıq, onların iş prisipləri,işçi qrupların üzvləri arasında yeni sağlam sosioloji mühitin yaradılması sosial yardım sisteminin vacib komponentlərindən hesab olunur.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin