Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Səhiyyədə sosial işçinin məqsəd və vəzifələri



Yüklə 0,73 Mb.
səhifə135/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   294
Səhiyyədə sosial işçinin məqsəd və vəzifələri

Sosial işçinin səhiyyədə əsas işi pasientin fiziki və psixoloji sağlamlığı üçün fəaliyyət göstərməkdir. Bu sahədə işləyən sosial işçilərin vəzifələrini aşağıdakı kimi göstərmək olar:

1.Fiziki cəhətdən əlil olan pasientin psixososial sarsıntılarını, ətraf mühit faktorlarının onun vəziyyətinə təsirini, ailə vəziyyətini qiymətləndirməli və buna müvafiq olaraq bilavasitə ona sosial-terapevtik yardım göstərməlidir.Sosial işçi səhiyyə və psixiatriya sistemində siyasətə, bu sahədəki planlaşdırma və qanunveruculuyə təsir göstərməklə pasientin professional və çoxtərəfli yardım almasında xüsusi yer tutur.Bütün bunlar bu mövzu daxilində şərh olunacaq;

2.Səhiyyənin sosial proqramlarından pasientin və onu ailəsinin maksimum yararlanmasına kömək etməlidir;

3.Əhalinin qüvvədə olan profilaktik proqrama uyğun olaraq, sağlamlığının mühafizəsi üçün sosial proqram yaratmalıdır;

4.Pasientlərin istəklərinə uyğun olan müalicə müəssisələrinin proqramları humanistləşdirməli və onu cəmiyyətin istifadəsinə təqdim etməlidir;

5.Həkim və tibb işçiləri ilə əməkdaşlıq etməklə pasientlərin hərtərəfli müalicə almasına vəsilə olmalıdır;

6.Çətin vəziyyətlərdə şəraitin araşdırılmasında, səhiyyə sahəsində, onun inkişaf planınının hazırlanmasında, sosial siyasətin yaxşılaşdırılması işində fəal iştirak etməlidir;

7.Əhalini sosial yardım işlərinə cəlb etməli və bu işin inkişaf səviyyəsinin yüksəldilməsinə dəstək göstərməlidir;

8.Sosial-tibbi dəstəyin qiymətləndirilməsində məsuliyyəti öz öhtəsinə götürməlidir.

Sosial işçi səhiyyədə çalışan tibb personalı ilə; həkimlərlə, tibb bacıları və digər işçilərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir, bu sahədə bilik və təcrübəsini artırmalıdır. Tibb müəssisəsində fəaliyyət göstərdiyi üçün müasir səhiyyə terminologiyasını mənimsəməlidir.

Tibb sahəsində sosial iş təcrübəsi özündə aşağıdakıları ehtiva edir:



  1. Stress vəziyyəti, yaxud problemli xəstə erkən müəyyənləşdirilməlidir; 2) Müəyyən qərarın araşdırılması məqsədilə mövcud vəziyyət xəstənin özünə və ailə üzvlərinə izah edilməlidir; 3) Tibbi personal arasında əlaqələri nizamlanmalıdır;4) Pasientin sosial müdafiəsinin təminatı və onların müalicə prosesinin intensivliyi təmin edilməlidir; 5) Müalicə xərclərinin ödənilməsində köməklik göstərilməlidir.

Sosial işçilərin ən geniş yayılmış yardım növləri bunlardır; nəqliyyat xidməti, tibb bacılarının xidmətləri, protezlərin əldə edilməsinə kömək, maliyyə dəstəyi, ev işlərində kömək,tibbi maarifləndirmə, məktəb və digər sənədlərin yazılması və s. Sosial işçilər konkret bir şəxsin və ümumilikdə əhalinin səhhətinə təsir edən müəyyən ərazinin, ətraf mühitin xüsusiyyətlərinin öyrənilməsi ilə yanaşı, onun ekologiyasını diqqətə almaq; özünümüalicə, xroniki xəstəliklərin kəskinləşməsi zamanı ağrıların azaldılması yollarını öyrətmək, sağlamlıq proqramlarında iştirak etmək, sağlam həyat tərzi təbliğ edən təşkilatlarla əlaqə yaratmaq.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin